1931-ci il Qanlı Yanvar günləri

1931-ci ildə gənc Şura hökumətinin bütün ərazilərində (şəhər, rayon, kəndlərində) “daxili düşmənlərdən təmizlənmə” (operasiya) tədbiri keçirilirdi.

“Operasiya” – təbabətdə insan həyatını ölümdən xilas edən son əməliyyat kimi şəfalı, sevinc, xoş təəssürat bəxş edən bir məram olduğu halda, 1931-ci ildə bu söz “cəmiyyətin təmizlənməsi” simvoluna çevrilərək saxta, insanlara bədbəxtlik gətirən, göz yaşlarına, milyonlarla ailələrin faciəsinə səbəb olan bir anlayışa çevrildi. Bu illərin törətdiyi fəlakətləri indi də xatırlamaq dəhşətlidir.

1931-ci ildə mənim 12 yaşım var idi, IV sinifdə oxuyurdum. Hər şeyi götür-qoy etməyi bacarırdım. Yanvar ayı idi, qış tətili yenicə başlanmışdı. Səhərdən xeyli vaxt keçmişdi. Atam Məmməd Hüseynqulu oğlu rəngi qaçmış, qam qara halda evə gəldi. Onun vəziyyəti bizə də təsir etdi. Anam narahat halda ondan soruşdu ki, yenə nə xəbər var, belə pərişansan? Doğrusu belə fıkirləşdik ki, yenə gecə ikən kimi isə öldürüblər. Ya da qaçaqlar bir xəta törədib. Bu illərdə ölüm halları tez-tez olurdu. Sonra da ağlımıza gəldi ki, yəqin fırqəçilərdən, ya da komsomolçu-batraklardan (o vaxtlar onları belə də adlandırırdılar) kimsə yenə atama dil atıb, “kulak” deyə sataşıb, qanım qaraldıb. Ancaq atam belə atmacalara çox da baş qoşmazdı. Qanı qaralsa da təmkinini pozmazdı. Bu dəfə isə görünür vəziyyət başqa idi. Anamla nə danışdılarsa, anamın da rəngi dəyişdi. Atam üzünü mənə tutub dedi ki, oğlum, deyəsən bu gecə məktəbinizə çoxlu qızıl əsgərlər gəlib. Siniflərinizi hələlik onlara veriblər.

Məni maraq götürdü. Hələ o vaxta kimi qızıl əsgər görməmişdim. Onların haqqmda ancaq məktəbdə müəllimdən eşitmişdim, dərs kitablarında da şəkillərini görmüşdüm. “Neçə gün qalacaqlar?” – deyə atamdan soruşdum. O, pərişan baxışlarını yerə dikib, könülsüz halda “bilmirəm” cavabını verdi. Sonra da əlavə etdi ki, hər halda nə qədər buradadırlar dərsləriniz olmayacaq. Atamın bu sözləri elə bil ki, kənddə heç kəsin ağlına belə gətirməyəcəyi faciələrdən xəbər verirdi. Atam bir qədər evdə var-gəl etdikdən sonra ümidsiz halda bayıra çıxdı, ancaq o gün evə qayıtmadı. Anamın narahatlığı daha da artdı, tez-tez babamgilə gedib-gəlir, təlaş keçirirdi. Gecədən xeyli keçmiş dayım xəbər gətirdi ki, atamı da həbs ediblər. Demə atam bu barədə əvvəlcədən bilirmiş.

Yaxın qohumumuz Binəli Mahmudov ÇKA-nın etibarlı adamı imis. Tiflisdən göndərilən nümayəndələr birinci gündən onların evlətində qalmaq qərarına gəliblərmiş. Binəlinin atası Hüseyn kişi (Mahmudoğlu Hüseyn) savadsız olsa da, öz müasirləri arasında nisbətən açıq fikirli, cəhalət və nadanlıqla barışmayan adam idi. Uşaqlarını ilk dəfə yeni tipli dünyəvi məktəblərdə oxudarkən bəzi həmkəndliləri tərəfindən ciddi qınağa və müqavimətə də rast gəlmişdi. Böyük oğlu Binəli Tiflisdə firqə məktəbində ilk təhsil alanlardan idi. Hüseyn kişi həm də çox cəsarətli və qorxmaz, şair təbiətli şəxsiyyət idi.

Hələ 1930-cu illərdən qabaq onun igidliyi barədə bəzi əfsanəvi epizodlar da məlum idi. Belə danışırdılar ki, Hüseyn kişi Qızıl qayadan atla kəndə qayıdarkən heç kəslə hesablaşmaq istəməyən varlı tayfalardan birinin çobanları vəhşi qoyun itlərini (adamçıl) onun üstünə buraxırlar. Məqsədləri də bu olur ki, itlər Hüseyn kişini atdan salıb parçalasın. Ancaq itlər onun üstünə hücum edərkən Hüseyn kişi dərhal qılıncını sıyırıb atın üstündən itlərin ikisini ikiyə bölür. Qalan itlər isə qamaşaraq geri çəkilir. Bu əhvalatdan sonra Hüseyn kişi ilə it sahibi arasında olan münaqişə uzun illər səngimir.

Bütün bunlara baxmayaraq “operasiya” günlərində, hətta ondan sonra da kənddə belə söhbət gəzirdi ki, Hüseyn kişi bir çox günahsız adamların qanının arasına girib, onları vaxtsız və günahsız ölümdən, zindandan, sürgünlərdən xilas edib.

Fövqəladə komisiya əsasən üç nəfərdən ibarət idi. Bu tərkibə Tiflisdən göndərilmiş, milliyətcə erməni, çekist Xitarov, Lüksemburq rayon fırqə komitəsinin birinci katibi Əbdül Eyyubov və rayon icraiyyə komitəsinin sədri Yəhya Mustafazadə daxil idi. Ancaq üçlüyə Xitarov rəhbərlik edirdi. Hərdən bir də Şaumyandan olan Şabanov da onları bəzi şəxslər barədə məlumatlandırırdı. Üçlük Binəlinin evində səhərlər, bəzən də günorta və axşamlar qonaq olurdular. Belə anlarda evin ağsaqqal qocası Hüseyn kişi ilə söhbət edir, onun xeyirxah fıkirləri ilə hesablaşırdılar. Həbsə alınan ayrı-ayrı şəxslər barədə bu el ağsaqqalı ilə aparılan söhbətlər zamanı məlum olmuş du ki, bədxahlar atamın haqqında da çuğulluq etmiş, onun adını qara siyahıya salmışlar, ona görə Hüseyn kişi atamı xəbərdar etmişdi ki, hələlik bir neçə gün ehtiyatlı olsun, bəlkə sonra bir çarə tapıldı.

1929-cu ildə kənd soveti sədrliyindən çıxarıldıqdan sonra Təhməzqulu oğlu İman, yeznəsi Babaşoğlu Pənah, qardaşı oğlu Mehdi, əmisi oğlu Bayraməli (ləqəbi: Mırıx) Türkiyəyə qaçmışdılar.
Bəzən də onların səs-sorağı Faxralı meşələrindən gəlirdi. 1930-cu ilin yazında Bayramalı gizlin kəndə ailəsinə baş çəkməyə gələrkən milis dəstələri tərəfindən evinin yaxınında mühasirəyə alınıb öldürüldü. Az keçmədən 1930-cu ilin yayında Təhməzqulu kişi həbs edildi. 1931-ci ilin yanvarında isə “operasiya”da kütləvi həbslər başladı. Bu zaman Təhməzqulu kişinin oğlanları Nadir, Mirzəli, Şeşəpapaqoğlu Oruc, Mahmud, Əhməd, Qurban, Aşıroğlu Bayraməli, Mehrəli, Qasımoğlu Məhəmməd, Haqverdi (aşıq), Hüseynoğlu Alı, Kovxalılardan Hövüd Məhəmməd, Mahmudalı, Güllər tayfasından Şeyx Molla Qurban, Dəli Hüseyn, Bayramah, Keçili tayfasından Mahmudoğlu Hüseynin qardaşı oğlanları İsmayıl, Kamal, Qarammədoğlu Bayram, Babaşoğlu Asdan, Şeyx Molla İsgəndər, atam Məmməd Hüseynqulu oğlu və 25-30 nəfərə yaxın şəxs həbsə alınıb köhnə məktəb binasının altında zirzəmiyə salınmışdılar.

Imanm bu hərəkətlərini Mustafa Kamal Atatürkə çatdırmışdılar. Ölkə başçısı İmanı yanma çağırtdırmış, ona yüksək səlahiyyətli vəzifə tapşırmışdı. İman bundan sonra İman İldırım Türk adı ilə bu vəzifədə uzun illər ad-san qazanmış, türk dövlətinə ləyaqətlə xidmət etmişdi. Və 1989-cu ildə Türkiyədə ömrünü başa vurmuşdu.

Qeyd: Xalq arasında danışırdılar kl, İman Təhməzqulu oğlu Türkiyə sərhəddinə çatanda müqqəddəs türk torpağına səcdə etmiş, bir ovuc torpaq götürərək öpmüş mauzeriııi, beşatlaıuııı sərhəddə yera atmışdı. Sonra kədər, sevinc və həyacan hissilə silahlarına üz çevirib demişdi: “Mən xalqımı, nəslimi, ailəmin şərəfini, atamın adını, ləyaqətini, var-dövlətini düşmənlərdən – ruslardan qorumaq üçün sizi üstümdə gəzdirirdim. Şükür olsun Allahın birliyinə ki, daha öz doğma vətənimə gəldim, öz xalqıma qovuşdum. Bundan sonra siz mənə gərək olmayacaqsınız”.

Sonradan məlum oldu ki, bu şəxslərin hər birinin taleyini üç nəfərin (troykanın) imzası həll etmişdi. Atam dindirilərkən qısa tərcümeyi-halını danışmışdı. Bildirmişdi ki, 12-13 yaşlarında iki qardaş, bir bacı atadan yetim qalmışlar. Az keçmiş anaları da onları atıb başqa ərə getmişdi. Bir müddət qardaşı və bacısı ilə qohumlarının himayəsində qalıb, sonralar yad qapılarında, bir neçə il Abışoğullarının, sonra Saraçlı kəndində, axırıncı illərdə isə Məsimoğlunun nökəri olub, bacısını, qardaşını saxlayıb. 22-23 yaşlarında evlənmiş, qaynatası və yaxın qohumlarının köməyi ilə kənddə balaca xırdavat tükanı açmış, ailəsini dolandırmışdı. Buna baxmayaraq səsini bağlayıb, inəyini, atını və ev tikmək üçün aldığı tikinti materiallarını müsadirə etmişlər.

Atam tərcümeyi-halını danışdıqdan sonra yerli şura sədri və başqa fırqəçilər də onun sözlərini təsdiq etmişdilər. Açıq-aşkar üzünə duran olmamışdı. Hələ bir gün əvvəl, yemək zamanı süfrə arxasında söhbət edəndə Hüseyn kişi də atam barədə bu sözləri deyibrniş. Aydın oldu ki, atam haqqında yazılmış imzasız danoslar düşmənçilik və paxıllıq məqsədi güdürmüş. Üçlük atamın günahsız olduğunu təsdiq etmiş və məhbusluqdan azad olunması barədə qərar vermişdi.

Azad edildikdən sonra o, evə Binəli Mahmudovla bərabər qayıtdı. Sevincimizin həddi-hüdudu yox idi. Həmin gün Binəli ilə bərabər atamın iki beşatılan tüfəngini aparıb qəbul məntəqəsinə verdik. Xatırımdadı, mərhum Binəli Mahmudov yaxın qohumlarından da 3 tüfəng götürmüşdü, həmin silahları da dövlətə çatdırdı. O məsləhət görürdü ki, kimin silahı varsa gizlətməsin, təhvil versin. Bir də ki, bundan sonra əmin-amanlıq olacaq, silah heç kəsə lazım olmayacaq.

Kənddən yığılmış silahlardan iki sinif otağı ağzına qədər dolmuşdu. Bu göstərirdi ki, şəxsiyyətindən asılı olmayaraq Faxralı kəndinin adamları nə qədər qeyrətli və ehtiyatlı olmuşdu.

Yığılan silahlar da müxtəlif idi. Rus beşatılanı, berdanka, mauzer, tapança, osmanlı beşatılanı, hətta qədimdən qalan silah növləri (dayan doldurum) və s. Kənd bir aya yaxın mühasirədə qaldı. Həbsə alınanların qohum-əqrabası, ailəsi gecə-gündüz göz yaşı tökür, səhərin hansı hökmlə, qərarla açılacağını səbirsizliklə gözləyirdilər. Körpələr, kiçik yaşlı məktəblilər qızıl əsgərlər tərəfındən qovulmasına, hədələnməsinə baxmayaraq məktəb binasının ətrafından əl çəkmirdilər.

Bir səhər tezdən xəbər yayıldı ki, qonşu kəndlərdə həbsə alınanlardan bəzilərini güllələyiblər. Faxralıdan da kimlərsə güllələnməlidir. Gecə verilən hökm ildırım sürətilə kəndə yayıldı. Bu qəfil xəbərdən kənd bir-birinə dəydi. Böyüklü-kiçikli hamı məktəb binasının ətrafına toplanmışdı.

Nizami ordu daha hazır vəziyyətə gətirilmişdi. Görünür, hökmün yerinə yetirilməsi zamanı kənddə əhalinin ayağa qalxacaqlarından ehtiyat edirdilər. Hündür binaların, damların üstünə çıxmışdılar. Vahiməli ağlaşma, “bala vay”, “qardaş vay”, “ata vay” səsi, hönkürtülər adamları dəhşətə gətirirdi. Hamı bir-birinə qarışmışdı. Hər kəs öz faciəsini gözləyirdi. Lakin heç kəs bilmirdi ki, müsibət kimin başına gələcək, kimin yanan çırağı əbədi sönəcək, kimin qapısına həmişəlik qara qıfıl vurulacaq, kimin ürəyinə ömürlük ayrılığın dağı çəkiləcək. Yaşlı, həyəcanlı gözlər məktəb həyətinə, məhbuslar saxlanılan zirzəmiyə zillənmişdi. Çox gözələmək lazım gəlmədi. Zirzəmidən iki nəfər çıxarıldı. Onların əlləri arxadan bağlı idi. İki nəfər silahlı qızıl əsgər qabaqda, iki nəfər də arxada gedirdi. Süngülər məhbusların kürəyinə dirənmişdi. Məhbuslar azca ayaq saxlasaydılar süngülər kürəklərinə sancılardı. Məhbuslardan biri Aşır oğlu Mehralı, digəri isə Təhməzqulu oğlu Mirzəli idi.

40-45 yaşlarında olan bu mərd oğullar biri uzun boylu, sağlam bədənli, enli kürəkli, digəri orta boylu, sakit təbiətli sınmadan başlarını uca tutaraq qürurla, təmkinlə, ahəstə addımlarla ölüm ayağına gedirdilər. Hər ikisi Yovşanlı deyilən hündür yalda güllələndilər. Bütün kənd, qohum-qardaş, hətta şəxsi ədavətləri olan adamlar belə bu faciəli anları məyus-məyus seyr edirdilər. Bütün kənd ağlayırdı. İndi 70 ildən sonra şəxsən şahidi olduğum müdhiş mənzərəni nə qədər əzabla xatırlayıram.

Məhbuslar Yovşanlı yalına çatan kimi dalbadal atılan güllələr bu günahsız gəncləri torpağa sərdi. Qətlə yetirilənləri elə orada da rus əsgərləri tərəfindən əvvəlcədən hazırlanmış qəbrə atıb üstünü torpaqla örtürdülər. Ölüm hökmünü Məmmədhəsən adlı bir nəfər ləzgi icra etmişdi. Sonralar danışırdılar ki, bu erməni qisasını Azərbaycan kəndlərinin əksəriyyətində Məmmədhəsən Zingirov yerinə yetirmiş, öz din qardaşlarını qətlə yetirməkdən zövq almışdı.

Bir ay davam edən “operasiyanın” birinci və faciəli mərhələsi sonsuz göz yaşları ilə başa çatdı. Məhbusların bəziləri kənddə ikən, o cümlədən Bayram Qarammədoğlu, digərləri isə İsmayıl Mahmud doğlu, Şeşəpapaq oğlu Əhməd başqa məhbuslarla birlikdə rayona aparılaraq orada həbsxanadan azad edildilər. Şeşəpapaqoğlu Oruc, Molla Mahmud, Güllərin Bayramalı Xəlil oğlu, Qasımoğlu Məhəmməd az müddət həbsdə qaldıqdan sonra kəndə qayıtdılar.

Ancaq Güllərin Şeyx Molla Qurban, Dəli Hüseyn, Qasımoğlu Haqverdi (aşıq), Alı Ayvazoğlu, Asdan Babaşoğlu, Təhməzqulu kişinin oğlu Nadir və adını unutduğumuz bir sıra başqaları Sibirə sürgün edildi, bir daha geri qayıtmadı.

Aşıroğlu Dostuqardaşı Xoca, Amaşlının Hasan Hüseynəli oğlu doğma yurdlarından sürgün edildilər.

Bunlarla yanaşı iftixar hissi ilə qeyd edilməlidir ki, Nadir Təhməzqulu oğlu bu təhqirlərə dözməmiş, Sibirdən Əfqanıstana, oradan da Irana və Türkiyəyə qaçmışdı. Az müddətdən sonra Rusiya sərhəddini keçərək həyat yoldaşı Hilalı Ermənistanın Cücə kəndindən Türkiyəyə aparmağa müvəffəq olmuşdu.

“Operasiya” ilə bağlı bir epizodu da xatırlatmaq istərdim. Bir qədər yuxarda qeyd etdim ki, “operasiyanın” keçirildiyi bir ay müddətində üçlük hər gün Binəli Mahmudovun evində qonaq olurdular. Tədbirin axırıncı günü ailənin ağsaqqalı Hüseyn kişi rayon firqə komitəsinin birinci katibi Əbdül Eyyubov və digər üzvlərlə vidalaşıb ayrılarkən kədərli-kədərli bildirir ki, məhbusların sırasında onun iki qardaşı oğlanları da gedir. Və onlara kömək edə bilmədiyinə təəssüflənir.

Eyyubov dərhal ondan soruşur ki, kimdir onlar? Bəs nə üçün indiyə kimi bu barədə bir söz deməyib? Hüseyn kişi Mahmudov İsmayılın və Kamalın adlarını çəkir. Eyyubov söz verir ki, İsmayılın rayonda həbsdən azad edilməsinə kömək edəcək, ancaq Kamalın ittihamnaməsində bir neçə qəsdən adam öldürmə faktları olduğu üçün ona kömək etmək mümkün olmayacaq. O zaman mərhum Hüseyn kişi danışırmış ki, onu gözü yaşlı görən və irəli sürülən faktlar qarşısında özünün gücsüzlüyünü hiss edən Əbdül Eyyubovun da gözləri dolmuş və qocanın kədərinin nə qədər dərin olduğunu duymuşdu.

Doğrudan da Kamalı xilas etmək mümkün deyildi. Buna bir neçə cıddi səbəblər vardı. Yəqin ki, Kamalın ulu babaları olan Bayrış və Orucun hələ Şeyx Şamil ordusunda (1825-1853) çar Rusiyasına qarşı vuruşub həlak olmaları faktı erməni çekistləri Xilarov və Şabanova çatdırılmışdı. Digər tərəfdən də intiqam üzündən Kamal kənddə odlu silahla bir neçə ermənini qətlə yetirmişdi.

Üçlük ilə daima əlaqə saxlayan Şulaver qəsəbə sakini çekist Şabanov da 1918-cl ildə erməniləri öldürməkdə Kamalı təqsirləndirir və ona son cəza tədbirini görməyi tələb edirdi. Bu məsələ isə əslində belə olmuşdu: 1918 ci ildə Qafqazda milli məsələ son dərəcə gərgin idi. Milli ədavətin güclənməsi və geniş miqyasda yayılmasında isə ermənilər əsas qızışdırıcı rol oynayırdılar. Daşnaqsütun partiyasının Tiflis şəhərində ”mauzeristlər” adlanan xüsusi erməni terror dəstələri fəaliyyət göstərirdi. Bu dəstənin bir özəyi də Borçalıda yeganə böyük erməni qəsəbəsi olan Şülaverdə yerləşirdi.

Ruslar qarşısında xüsusi xidmətləri ilə fərqlənən ermənilər hələ vaxtilə Borçalı uyezdinin mərkəzini Şülaverə keçirməyə nail olmuşdular. Yeri gəlmişkən qeyd edək ki, vaxtı ilə Əbdürrəhim bəy Haqverdiyev də burada xidmət göstərmişdir.

Şaumyan qəsəbəsi uyezd mərkəzi olduqdan sonra həm də bu ərazidə yeganə bazar da burada təşkil edilmişdi. Borçalının və Lüksemburqun əhalisi həftə bazarına buraya gəlirdilər. 1918-ci ildə növbəti bazar günlərinin birində Arıxlı kəndindən bazara gəlmiş kəndlilərin bir qrupu axşam bazardan geri dönərkən Şulaver qəsəbəsindən xeyli aralı erməni quldurları tərəfindən öldürülmüşdü. Bura son illərə qədər “Arıxlılar qırılan dərə” adlanırdı.

Həmin ildə Faxralı kəndində ən nüfuzlu şəxslərdən sayılan Məhəmməd (ona kənddə Məməş Məhəmməd deyirdilər) Şulaver qəsəbəsinə tez-tez gedir, hər gedişində də əhalini qonşu kəndlərlə münasibəti pozmamağa, fitnə-fəsadlara uymamağa çağırırmış. Növbəti səfər zamanı Şulaverdə çayxanada çay içərkən xüsusi tapşırıq almış və Tiflisdən gəlmiş mauzeristlər onu boğur və qəsəbədən kənar su arxına atırlar.

Bu hadisədən az keçmiş Məməşin xalası oğlu Bayrışoğlu Oruc Şulaver qəsəbəsinə gəlir, at üstü mərkəzi küçədən keçərək şülaverlilərə Məməşin qanını yerdə qoymayacağını, gunahkarları özü cəzalandıracağını bildirir. Orada da pəncərələrin birindən atılan güllə nəticəsində qətlə yetirilir. Bütün bu qətl hadisələri Kamalın gözü qarşısında olmuşdu. O, günahsız qurbanların şahidi idi. Son  dəfə millətçilik zəminində baş verən bu hadisələr isə onu tamam sarsıtmışdı. O, qonşu ermənilərin xəyanətinə, iki nəfər adlı-sanlı qohumunun bu xəyanətə qurban getməsinə dözmürdü. Xalası oğlu Orucun məzarı üstə and içib söz vermişdi ki, onun hər tükünə bir erməni öldürəcək. Sonra da Kamal atlanıb erməni kəndlərinin ərafına “ova” çıxmışdı. Rast gəldiyi bir neçə ermənini öldürmüş, başlarını bədənlərindən ayırıb xurcuna doldurmuş, gətirib Məməşin, Orucun başsız qalmış ailələrinin qarşısına tökmüşdü.

Bütün bunlardan Şabanov və Xitarov xəbərdar idi. Kənddən də bəzi əlavə məlumatlar vermişdilər. Ancaq tarix boyu öz günahlarını inkar edən və ”sudan quru çıxmağı” bacaran ermənilər üçün kimin nə dərəcədə günahkar olması maraqlı deyildi. Onlar bütün günahları Kamalda görürdülər. Və onun ən ağır cəza ilə cəzalanmasına çalışırdılar. Çünki Kamal türk oğlu idi. Türklər isə ermənilərin tarixi düşmənləri idi.

Erməni liderləri Xitarov və Şabanovun faxralılara qarşı son dərəcədə qəddarlıq göstərməsinin başqa səbəbi də vardı, o da ondan ibarət idi ki, 1918-ci ildə ermənilərin Daşnaqsütün partiyasının əsas təşkilatçılarından olan Andronikin millətçi dəstəsinin bir hissəsi Ermənistan ərazisindən – Voronsovka və Sərçəpət yaşayış məntəqələrindən keçib, Lök yüksəkliyindən enib Bolnisi Xaçın, Şulaver erməni məntəqələrindən güc toplamalı, sonra da Lüksemburq və Borçalıda Azərbaycan kəndlərinin əhalisini qılıncdan keçirib, Sadaxlı və Körpülü tərəfdən gələcək erməni qüvvələri ilə birləşib Qazax, Gəncə, ordan da Qarabağa keçmək planlarının müəyyən hissəsindən Kəpənəkçi və Faxralı əhalisi əvvəlcədən xəbər tutmuşdular, ona görə erməniləri qabaqlayaraq İtkörpüsü deyilən yerdə etibarlı səngərlər qurmuşdular.

Orada da Andronikin talançı quldur dəstəsinin bir qrupunu mühasirəyə salıb qıraraq daşnaqların çirkin niyətlərini həyata keçirməyə imkan verməmişdilər. Yəqin ki, erməni çekistlərinə bu hadisələr də məlum idi. Ona görə də fürsətdən istifadə edib Faxralı əhalisi ilə daha qəddar davranmalı, intiqam almalı idilər. Onlar buna da nail oldular. Buna kəndimizin simasım itirmiş ilk fırqəçi və komsomolçuların bəzi nümayəndələri də yaxından kömək göstərdilər.

Mənbə: Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur