NAHAQDAN TÖKÜLƏN QANLAR, ZlNDANLAR, SÜRGÜNLƏR ÜZƏRİNDƏ QURULAN ” YENI DÜNYA ”

Qanlı Oktyabr inqilabının varisi olan Gürcüstan 1922-ci ildə yeni həyata qədəm qoydu. Gizli bolşevik təşkilatlarının bu və ya digər tapşırıqlarını yerinə yetirən ilk fırqəçilər fəaliyyətə başladılar. Ancaq kəndlərdə fırqəyə cəlb olunan bu adamların əksəriyyəti savadsız, varlı adamların nökərləri və kimsəsiz yetimlərdən ibarət idi. Onlar inqilabın əsil mahiyyətini tam dərk etmir, yeni quruluşla köhnə quruluşun fərqini görə bilmirdilər. Daha doğrusu, bir əlləri bolşeviklə rin ətəyində, bir əlləri də varlıların-qolçomaqların ətəyində idi. Inqilaba zidd qüvvələr Faxralıda çox güclü idi. Bir tərəfdən inqilabdan əvvəl İranda, İraqda, Qahirədə, İstanbulda dini təhsil almış mollalar, şeyxlər, axundlar, digər tərəfdən də kəndin var-dövlət sahibləri (Hasanlılar, Aşırlılar, Kovxalılar, Qasımlılar, Məsimoğulları, Ayvazöyləri, Hasanöyləri və s.) inqilabın qələbəsinə inanmırdılar. Nökər-naibin dövlət adamı olacağına, xalqı idarə edəcəyinə şübhə ilə yanaşırdılar. Yeni quruluşa qarşı müqavimət göstərir, yeri gəldikdə isə əks təbliğat aparırdılar.

Doğrudan da uşaqlıq yaddaşı möhkəm və etibarlı olurmuş. 1928-ci illərdə baş verən faciələri xatırlayanda indi də dəhşətə gəlirəm.

lk illərdə şura hökumətinin uzun ömürlü olacağına hətta yoxsullar belə inanmırdılar. Hər ailədə bu gün, sabah nə olacağı barədə şayiələr gəzir, yeni-yeni xəbərlər yayılırdı.

Dini təhsil görmüş ruhanilər islam bayrağına ümid bəsləyir, qonşu İrandan kömək gözləyirdilər. Çalıb-çapmaqdan, asıb-kəsməkdən dəm vuran bəzi dəliqanlılar Türkiyənin qüdrətini, Osmanlı imperiyasının keçmişini, Qara dənizdə ingilislərin ”yarım dünya” gəmilərini necə batırmalarım mədh edir, oradan nicat gözləyirdilər. Ənvər paşa, Nuru paşa, Sənan paşa, Qara Bəkir paşanın adını iftixarla çəkir, onların məharətlərinə qoşulmuş nəğmələr dillərdə gəzirdi.

Erməni-müsəlman qırğını haqqında xatirələr baş qaldırır, yenidən təkrar-təkrar danışılırdı. Andronikin, Dronun, Hamazapsın millətçi, daşnak erməni ordusuna komandanlıq etməsi, müsəlman kəndlərini yandırması, əhalini qəddarcasına qılıncdan keçirməsi, kəndləri top atəşinə tutması, hamilə gəlinlərin qarnından cida ilə körpə uşaqları çıxarması, gözəl qadınların sinəsi üstünə qaynar samavar qoyması və s. vəhşiliklər törətməsi barədə vahiməli, faciəli hadisələrdən, demək olar ki, hər ailədə söhbət gedərdi.

Bir sözlə, sinfı mübarizə illəri adlanan bu dövr, əsl mənada xeyirılə şərin, bədxahlıqla xeyirxahlığın mübarizəsi illəri idi.

Firqəçilər kəndlərdə savadsız əhalini varlılara, ruhanilərə, daha dəqiq desək, yeni quruluşla barışmaq istəməyənlərə qarşı mübarizə etməyə çağırırdılar.

İlk firqə özəkləri, komsomolçular gündən-günə siyasi təbliğat işini gücləndirir, təşkilatçılıq işi aparır, sıralarını artırırdılar.

Kənd varlılarının nökərləri, yetimlər, yoxsul uşaqları komsomoi sıralarına daxil olur, silahlanırdılar. Komsomolçulardan ibarət silahlı dəstələr yaradılır, onların əli ilə imkanlı şəxslərin var-dövləti, əmlakı müsadirə edilir, torqa (hərraca) qoyulurdu.

Yeri gəlmişkən onu da xatırladım ki, ilk illərdə varlı və ortabablar arasında təbliğat işinə də xüsusi fıkir verilirdi. Çalışırdılar ki, şəhərin, kəndin bu təbəqəsindən olan ailələr yaxın zamanlarda onlar gözləyəcək faciələrdən xəbər tutmasınlar. Hətta, belə nüfuzlu adamların bəzilərinə müvəqqəti vəzifə də etibar edirdilər. El təbiri ilə desək: ”başlarının altına yastıq qoyulur”du. Bu iki başlı siyasətin nəticəsi idi ki, 1224-cü ildə kəndin kəndxudası Təhməzqulu kişinin oğlu İman Faxralı kəndinə sədri seçildi. Lakin az keçmədi ki, o, işdən azad edildi, yerinə Tiflis şəhərindən gətirilmiş fəhlə nümayəndəsi Fətəli, onu da Hasanxocalı kəndindən olan ilk firqə nümayəndəsi Yusif kişi əvəz etdi.

Bu illər ən dəhşətli illər idi. Günün günortası kənddə adlı-sanlı adamlara sataşmaq, adam öldürmək, xəncərlə bir-birinə xəta yetirmək, gecələr yol kəsmək, ev yarmaq, mal-qaranın quyruğunu doğramaq, ot, taxıl tayası yandırmaq kimi hadisələr tez-tez baş verirdi. Hər gün bir xoşa gəlməz hadisə olurdu. Sonralar aydınlaşdı ki, bəzi faciələrin baş verməsində yeni quruluşun nümayəndələri, firqəçilərin də qızışdırıcı rolu olub.

1929-cu ildə Faxralı kəndində ilk komuna (kolxoz) quruldu. Komunaya ilk növbədə fırqəçilər (Binəli Mahmudov, İsrafil Əlizadə, Bayramalı İmanov, Mustafa Hüseynov, Hacı Xudatov, İsrafıl Məmmədov, Ələşrəf Rəsulzadə, Məhəmməd və Səməd Nuriyevlər, Şükür Hüseynov) daxil oldular. Bu hadisə xalqa möcüzə kimi görünürdü. Torpaqların, mal-qaramn birləşdirilməsi, adamların ailəliklə birgə işləməsi, ilk təşkilatı tədbirlər qəribə maraq doğurmuşdu. Savadsız adamlar bu işin gələcəkdə nə ilə nəticələnəcəyini təssəvürə gətirə bilmirdilər. Bir səslə kommunanın adı “Yeni yol” qoyuldu. Hətta aşıq Nəsib “Faxralının yeni yolu, məhv elədi sağı-solu” deyə şeir də qoşdu. İsrafil Əlizadə komunaya ilk sədr seçildi. O, 35-40 yaşlarında, dolu bədənli, ağır təbiətli, təşkilatçılıq bacarığı olan bir ziyalı idi. Xüsusi təhsil görmüşdü. Dünya hadisələrindən başı çıxan və dövrlə ayaqlaşan adam idi. O əvvəllər bir müddət İmirhəsən, Saraçlı, Faxralı, Qoçulu  kəndlərinin birləşmiş sovetliyinin sədri işləmişdi. Mahmudov Binəli isə Faxralıda fəaliyyət göstərən ilk fırqə təşkilatının katibi idi. O, Zaqafqaziya Kommunist Darulfünunu bitirmişdi. Olduqca savadlı və cəsarətli adam idi.

Bu zaman elə bir dövr idi ki, kəndin varlı-imkanlı adamları yeni içtimai quruluşa qarşı açiq çıxış açıq çıxış etməsələr də bir sıra təxribatlar törədirdilər. Dindarlar isə kolxoz quruluşu barədə müxtəlif şayələr yayırdılar. Belə danışırdılar ki, əkin yeri, mal, qoyun birləşdirildikdən sonra, tədricən kolxozçuların ailələri də birləşdiriləcək. Qadınlar kimi ürəyi tutsa onunla yaşayacaq, mənim, sənin söhbəti olmayacaq. Hamı bir yerdə yeyib-içib, gecələr böyük yorğanların altında yatacaqlar.

Belə söz-söhbətlərdən qorxub, ailəsinin namusunu qorumaq üçün silahlanıb meşələrə qaçanlar da az olmamışdı. Həmin zamanlarda “Qaçaqlıq hərəkatı” geniş vüsət alırdı.

Mənbə: Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur