Faxralida ilk mədəni tədbirlər, səhlyyə və maarifin başlanğıcı

MƏDƏNİYYƏT

Hələ inqilabdan çox-çox əvvəl Faxralının tədbirli, xeyirxah kişiləri kəndin abadlığına can yandırmışlar.

  • XVII yüzilliyin sonlarında iki məscid (şiə və sünnü məscidi) tikilmiş,
  • XX əsrin əvvəllərində (1914-1919) uzaq məsafədən kəndə su kəməri çəkilmiş,
  • 5 yerdə yaraşıqh bulaqlar,
  • əlavə su ambarları tikilmişdi.

Bulaqların üstünə xeyriyyəçi şəxslərin adları həkk olunmuş daş lövhələr vurulmuş və bulaqlar tayfaların adları ilə adlandırılmışdır. Kovxalının, Qasımlının, Alməmmədlinin, Babaşdınin, Əhmədalların, Molla Qurbanın bulaqları. İmkanlı adamlar özləri üçün iki mərtəbəli, çox otaqlı evlər tikmişdi.

Doğrudu, qırmızı terrorun tüğyan etdiyi illərdə ( 1931-1937) sünnü məscidi yüksək minarəsi ilə birlikdə uçuruldu. Şiə məscidinin dairəvi divarlarına nəfis xətlə həkk edilmiş quran ayələrindən parçalar, bulaqların üstündəki daş lövhələrə yazılmış xeyriyyəçilərin adlan bəzi savadsız, cahil, avantürist fırqəçilər və komsomolçular tərəfındən öz xeyirxah eloğulularını unutmadılar.

1934-1935-ci illərdə kollektivləşmə nisbətən başa çatdı. Buna baxmayaraq hələ kəndin ən ağrılı-acılı illəri idi. 1931-ci ilin qanlı yanvar günlərinin vurduğu yaralar sağalmamışdı. Doğmalarını, yaxınlarını itirən adamların çoxu matəm libasını dəyişməmişdi. Binəli Mahmudovun qətlə yetirilməsi (1934), gözlənilmədən ilk kolxoz sədri İsrafil Əlizadənin (1935) və digər nüfuzlu şəxslərin həbs edilməsi, kütləvi sürgünlər (1937), bir sıra qeyrətli və savadlı adamların ailəliklə Türkiyəyə keçmələri kənddə çaşqınlıq yaratmışdı.

Belə bir şəraitdə təsərrüfatı iqtisadi inkişaf yoluna salmaq, xalq arasında yaranmış siyasi gərginliyi aradan qaldırmaq, adamların inamını artımaq üçün səbrlə, təmkinlə çalışmaq lazım idi. Doğrudur ilk illərdə bəzi qərəzli həbslər və tarixi abidələrə qarşı qəsdlərə də yol verilmişdi, bu halları savadsız adamların hakimiyyət başına gətirilməsi, siyasi şəraitin düzgün qiymətləndirilməsi kimi də qəbul etmək olardı, ancaq fakt-faktlığında qalır ki, Mehrəli Həsənov (savadsız olsa da) və onu əhatə edən komanda zaman keçdikcə bu çətinliklərin öhtəsindən gəldilər. M.Həsənov isə 10 il fasiləsiz təsərrüfata başçılıq etdi, ad-san qazandı, bir çağırış Gürcüstan Ali Sovetinə  deputat seçildi. Kolektivləşmənin təşkili ilə paralel kənddə abadlıq, mədəni tədbirlərin aparılmasına da diqqət artırıldı. İlk növbədə kənd arası yollar, küçələr plana salındı. Çəpərlər söküldü, hasarlar dağıdıldı, dar, keçilməz araba yolları əvəzinə geniş yeni şosse yolları, daş yollar salındı, Faxralı-Bolnis Xaçın, Faxralı-İmirhəsən kəndləri arasında ilk planlı, asfalt yollar çəkildi. Yolların çəkilişində uşaqdan böyüyə hamı iştirak edirdi. Hər gün səhər tezdən qara zurnanın səsi adamları yuxudan oyadır, kolxozçular-qocalar, cavanlar əllərində külüng, bel, lapatka, axın-axın yol çəkilməsinə gedərək həvəslə çalışırdılar. Hətta bəzi gənclər o dövrdə dəbdə olan “xəbər edin komunxozu, daş yolların olmaz tozu” deyərək dodaq altı züm-zümə edirdilər. Elə bu illərdə kənddə qiraətxana, özfəaliyyət dərnəyi, ilk uşaq bağçası yaradıldı. Uşaq bağçasına Yasəmən adında qadın müdir təyin edildi. 0, Qazax rayonundan gəlmişdi. Yerli əhaliyə nümunə olmaq üçün ilk növbədə firqəçilər və komsomolçular uşaqlarını bağçaya qoydular. Az keçmədi ki, kənddə 300 nəfərlik klub və inzibati bina tikilib istifadəyə verildi (1935-1938). Klubun nəzdində dram dərnəyi yaradıldı. Müəllimlər tərəfindən burada “Şamdan bəy”, “Dağılan tifaq”, “Hacı Qəmbər”, “Arşın mal alan” tamaşaları göstərildi.

SƏHİYYƏ

Maraqlı burasıdır ki, atlar üçün (Xan qızının bağı deyilən yerdə) kəndlər arası tibb məntəqəsi təşkil olunmuşdu. İldə bir dəfə baytar mütəxəssislər tərəfindən atlar nəzarətdən keçirilirdi. Yaxşı, say-seçmə atları dövlətin suvari ordusuna seçib göndərərdilər. Ancaq 1930-1931-ci illərə qədər kəndlərdə, o cümlədən Faxralıda insanlar üçün həkim məntəqəsi yox idi. Lazım gəldikdə əhali kəndarası həkim kimi tanınmış savadsız qadınlara, bəzən də bu “vəzifəni” üzərlə’inə götürmüş kişilərə (sınıxçılara, falçılara) müraciət edirdilər.

Dava dərman, resept anlayışı yox idi. Nisbətən açıq gözlü adamlar rayonda aptekdə işləyən Şətinin oğlu adlı alman əczaçısının yanına gedər ona müraciət edərdilər. O, isə həm xəstəliyi təyin edər, həm də lazımı dərman verərdi. Kənddə tibb məntəqəsi olmadığından, tibbi xidmət, fıkir verilmədiyindən qızılçıq, çiçək, ishal (qarın ağrısı) və digər yoluxucu xəstəliklərdən ölən uşaqların sayı yeni doğulan körpələrin sayından qat-qat artıq idi. Vaxtsız ölən kişi və qadınların dünyadan köçməsi allah hökmü kimi qəbul edilirdi. Qan təziqi, infark, soyuq və gün sətəlcəmi, onlarca digər xəstəliklər barədə xüsusı yozmalar vardı. Bəzən həddindən artıq yayılmış xəstəliklərə isə çox vaxt “üstündən saat ötüb“, “vurğun vurub“, cavan hamilə qadınlar uşaq üstə, doğum zamanı ölərkən “hal aparıb” kimi gülünc “dıaqnozlar” qoyulardı. Ölümün isə əsl səbəbi açılmamış qalardı. Bir ənənə olaraq kəndin bütün hamilə qadınlarına “əvəçi” adı ilə tanınan qadınlar kömək edərdi.

İnsanların sağlamlığının qorunması üçün dövlət qayğısı olmadığına görə çoxuşaqlı ailələrdə 10-12, bəzən də daha çox uşaqdan nadir hallarda 3-4 nəfər vaxtsız ölümdən xilas ola bilərdi. Heçə vaxt yaddaşımdan silinməz, rəhmətlik anam 11 uşaq dünyaya gətirmişdi, lakin onların 8 nəfəri 1938-ci ilə kimi qızılçadan, çiçəkdən, sətəlcəmdən və digər xəstəliklərdən dünyalarını dəyişdi. Yalnız biz iki qardaş, bir bacı salamat qaldıq. Rəhmətlik anam vaxtsız dünyadan gedən körpələrini tez-tez xatırlar və göz yaşı tökərdi.

1930-1931-ci illərdə dövlət tərəfindən kəndə ilk həkim təyin edildi. Familyası Burxanov idi. 1935-ci ildə onu əslən Azərbaycandan (Göyçay rayonu) olan, Azərbaycan Dövlət Universitetinin tibb fakultəsini bitirmiş Ənvər Hacıyev əvəz etdi. Onun həyat yoldaşı Ziya xanım Borçalıdan, Bayramovlar nəslindən idi. Həkimxana Faxralıda imkanlı şəxs sayılan və Tiflisdə yaşayan Molla Namaz Qasım oğlunun olduqca zövqlə tikilmiş və sonralar müsadirə edilmiş yaşayış evinin bir hissəsində yerləşirdi (1935-1960).

Faxralıda bu illərdən fasiləsiz olaraq həkim xidməti fəaliyyətə başladı və nəsil-nəsil, müxtəlif millətlərdən olan ali tibb təhsilli mütəxəssislər çalışdı. Hazırda Faxralıda ali təhsilli yerli həkimlər xidmət göstərir. Hətta bir nəsilə mənsub olan onlarca adlı-sanlı gənc həkimlərin adını çəkmək olar.

MAARİF

Qaynaqlardan məlum olur ki, Qafqaz, o cümlədən Gürcüstan ərəblərin tərəfındən istila olunduqdan sonra burada yaşayan azərbaycanlılar arasında islam dininin yayılması ərəblərin mühüm vəzifələri oldu. İlk növbədə Tiflisdə islam dinini qəbul edənlərin ibadəti etmələri üçün VIII əsrdə cümə məscidi tikildi və islam dininə etiqad edənləri ətrafına topladı. Ancaq, bu hələ əyalətlərdə yaşayan azərbaycanlıların dini tam qəbul etməsi və islam dininin tam qələbəsi demək deyildi. Azərbaycanda, o cümlədən Borçalıda sıx yaşayan yarım köçəri (aranlı-yaylaqlı) əhali daha sonralar XI yüzilliklə Alp-Arslanın hüzurunda islam dinini qəbul etdikləri göstərilsə də, bu əyalətlərdə hələ islam barədə təsəvvürlər zəif idi. Sonrakı yüz illiklərdə Tiflisdə Qafqaz müsəlmanlarının dini mərkəzinin yaradılması, qazi və müfti rütbələrinin müəyyən edilməsi və geniş fəaliyyət göstərmələri, dini məktəblərin, mədrəsələrin açılması islam dininin daha da geniş yayılmasını təmin etdi, din vahid inam və əqidə birliyinə çevrildi.

XVIII-XIX əsrlərdə Faxralının varlı və imkanlı adamları uşaqlarını İran, İraq, Misir və Türkiyənin dini məktəblərində oxutdurmuşlar. XIX əsrin sonu, XX əsrin əvvəllərində Hacı Həsən (Molla Qurbanın atası), Şeyx Molla Qurban, Səfiqulu Xoça (Güllər tayfası), Şeyx İsgəndər, Xuduoğlu Molla Hüseyn, Şeyx Səlim (Bala şıx), Molla Əli (Hacı öyü), Molla Bayram və digərləri şərq ölkələrində dini təhsil almışlar. Əfəndi isə Türkiyədə ali dini məktəb bitirmişdi. Şərq ölkələrində dini təhsil alanlar xalqın xeyir-şərində iştirak edir, məsciddə dini ibadətləri yerinə yetirirdilər. Onlardan fərqli olaraq Əfəndi həm də şəxsi dükan açaraq ailəsini dolandırırdı. Deyilənə görə, o, olduqca mədəni, savadlı və geniş dünya görüşlü bir şəxsiyyət imiş.

El arasında hörmət qazanmış axund və şeyxlərin bəziləri öz evlərində mədrəsələr açmış, gənclərə dini dərslər vermiş, quran ayələrini öyrətmişlər.

Məşədi Oruc, Məşədi Qaraməhəmməd, Məşədi Əhməd, Məşədi Hüseyn, Kərbəlayi Əlləz, Kərbəlayi İbrahim, Kərbəlayi Həsən, Kərbəlayi Qara və onlarla başqaları müqəddəs yerlərə ziyarətə getmiş və getdikləri ziyarətkahların ünvanlarını öz şəxsi adlarında əbədiləşdirmişlər.

Ancaq ayrı-ayrı şəxslərin evlərdə açdıqları dini məktəblər əhalinin gündən-günə inkişafda olan tələbinə cavab vermirdi. Dahi mütərəqqi yeni təhsil sisteminə ehtiyac var idi.

1801-ci ildə Çar Rusiyası Qafqazı silah gücünə istila etdikdən sonra öz milli maraqlarını həyata keçirmək üçün Azərbaycan və Gürcüstanda rus-tatar məktəbləri, oğlan və qız gimnaziyaları, eyni zamanda rus dilli digər təhsil ocaqları açdı. 1879-cu ildə Gürcüstanın Qori şəhərində seminariyanın təşkili, 2 il sonra isə seminariyanın nəzdində Azərbaycan bölməsinin açılması rus dilli kadrların hazırlanmasında müstəsna rol oynadı. Bir faktı qeyd etmək kifayətdir ki, seminariyanın 40 illik fəaliyyəti dövründə (1879-1921) 250-dən çox azərbaycanlı buranı müvəffəqiyyətlə bitirmişdir. Seminariyanın azərbaycanlı məzunları sırasında Nəriman Nərimanov, Üzeyir bəy Hacəbəyli, Mirzə Cəlil, Hüseyn Minasazov, Abbas Minasazov və onlarla başqaları sədaqətlə, şərəflə xalqa xidmət etdilər, siyasət, maarif-mədəniyyət, ədəbiyyat tarixinin şanlı, şöhrətli səhifələrinda əbədi izlər qoydular. Faxralıdan isə 1885-1895-ci illərdə Tiflis və Kutaisi quberniya ruhani məclisinin sədri olan Qazi Axund Ələsgərin qardaşı oğlu Mirzə Rza 1895-ci ildə, axundun böyük oğlu Həbib isə 1896-cı ildə Qori seminariyasını bitirmişdi.

XIX əsrin sonlarında Faxralıda Axund Ələsgər, Molla Qurban, Mahmud oğlu Hüseyn kimi müasirlərindən fərqlənən və gələcəyə açıq gözlə baxan mütərəqqi fikirli adamlar da vardı. Onlar öz övladlarını, qohum-əqrabalarının istedadlı gənclərini kəndin feodal mühitindən uzaqlarda, yeni məktəblərdə təhsil almalarını təmin etmək sahəsində öz həmvətənlərinə nümunə oldular. Savad dərəcələri müxtəlif olsa da bu insanların hər birinin öz dövrünə görə xidmətləri təqdirəlayiqdir.

Qori seminariyasının məzunu Mirzə Həbibi doğma kəndinin problemləri az düşündürmürdü. O başa düşürdü ki, kəndin maldarılıq, qoyunçuluq sahəsilə yanaşı, torpaqdan istifadə mədəniyyətini də qaldırmaq lazımdı. Bu isə dövlət yardımı olmadan mümkün deyil, Ona görə Mirzə Həbib şəxsi nüfuzundan istifadə edərək 1914-cü ildə Borçalı qəzasında fəaliyyət göstərən “Aqrar kəndli bankı”nın Faxralıda şöbəsini açmağa müvəffəq olmuşdu. Bankın Faxralı şöbəsi – Faxralı, Saraçlı, Qoşakilsə, İmirhəsən, Arıxlı və digər kəndlərin əhalisinə borc (kredit) pul vermişdi. Bu pullar isə kəndlərdə əkinçiliyi inkişaf etdirməyə sərf edilməli idi, ancaq az keçmədən ölkədə siyasi vəziyyət dəyişdi, əvvəl müharibə başladı, sonra Oktyabr inqilabı oldu, kəndlilər götürdükləri borc pullara özləri üçün iki mərtəbəli evlər tikdirdilər.

Mirzə Həbib həm də 1929-cu ilə kimi Borçalı qəzasının Maarif şöbəsində müfəttiş işləmişdi. Arxiv sənədləri göstərir ki, qəzanın əhatə etdiyi Azərbaycan kəndlərində yeni məktəblərin açılması, əhalinin maariflənməsinin təşkili sahəsində Mirzə Həbibin müstəsna xidməti olmuşdu. Bir sıra kəndlərdə hazırda fəaliyyət göstərən orta məktəblərin ilk bünövrəsinin qoyulması Mirzə Həbibin adı ilə bağlıdır. O, həm də Borçalıda rus-tatar məktəbinin müdiri vəzifəsində çalışmışdı.

Mirzə Rza isə seminariyanı bitirdikdən sonra 1934-cü ilə qədər, müxtəlif məsul vəzifələrdə öz istedad və bacarığını göstərmişdi. O, həm də 1916-1917-ci illərdə Borçalı qəzaslnda rəhbər vəzifələrdə işləmiş Əbdürrəhim bəy Haqverdiyevlə yaxm dost olmuşdu.

Ə.Haqverdiyev 1917-ci ildə Fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinin Mərkəzi Şurasına üzv seçilmişdi. Həmin ilin mart ayında (1931) qəzasına müvəkkil təyin edllınişdi. Burada çalışdığı il yarım vaxt ərzində Mirzə Rza isə onun müavini olmuşdu.

Mirzə Rza 1922-ci ildən 1930-cu ilə kimi Zaqafqaziya Federasiya Maarif Komissarlığının türk məktəbləri üzrə nazir müavini vəzifəsini icra etmişdi. Bu vəzifədə işlədiyi müddətdə Gürcüstanda Azərbaycan məktəblərinin şəbəkəsinin artmasında, maarifin təşkili, milli kadrların seçilməsi və hazırlığı sahəsində göstərdiyi fədakarlıqlar ehtiramla yad edilməyə layiqdir.

Mirzə Rza 1918-ci ildə Azərbaycanda Milli Demokratik hökumətin lideri M.Ə.Rəsulzadə ilə yaxından əlaqə saxlamışdı. Sovet hakimiyyətinin ilk illərindən o təqib olunmuş və 1934-cü ildə ailəsi ilə birlikdə Türkiyəyə keçmişdi.

Bir qədər əvvəl qeyd etdiyimiz kimi, hələ inqilabdan əvvəl və sonra maarif orqanlarında çalışmış Mirzə Rza və Mirzə Həbibin təşəbbüsü ilə 1919-cu ildə Faxralıda yeni tipli məktəbin bünövrəsi qoyuldu. Burada ibtidai məktəbin açılması ciddi təziqlərlə qarşılaşsa da, Mirzə Həbibin kiçik qardaşı Seyfulla Əlizadə hər cür müqaviməti qırdı, məktəbi təşkil etdi, özü də bu ibtidai məktəbin ilk müdiri oldu.

Seyfulla Əlizadə 1914-cü ildə Tiflis şəhərində gimnaziyanı bitirdikdən sonra ömrünün ən mənalı anlarını müəllimliyə həsr etmişdi (Yolçu Əlizadə, “Maarif fədailəri – Mirzə Rza və Mirzə Həbib”, “Xalq qəzəti “, 10 noyabr 1999-cu il).

1874-cü ildə Borçalının Qızılhacılı kəndində ilk Azərbaycan məktəbi təşkil edildi. Borçalı qəzasının ətraf kəndlərindən mütərəqqi fıkirli, varlı ailələr uşaqlarını həmin məktəbdə oxutdular. Nəriman Nərimanov bu məktəbə müəllim təyin edildi. Sonralar Ə.Haqverdiyevin Borçalı qəzasında məsul vəzifədə çalışması (1916-1917) ətraf kəndlərdə maarifçilik ideyalarının yayılmasına xüsusi təsir göstərdi.

Mirzə Rza və Mirzə Həbibin təşəbbüsü ilə 1923-1924-cü illərdə Faxralı kəndindən bir neçə istedadlı gənc, o cümlədən Ələsgər Əlizadə (Mirzə Həbibin oğlu), Abbas Dadaşov, Rəhim Həsənov, bir qədər sonralar isə Əli Novruzlu Tiflis gimnaziyasında təhsil aldılar.

Onu da əlavə edim ki, hələ 1915-ci ildə Gürcüstanda kənd yerlərində 21, şəhər yerlərində 5 Azərbaycan məktəbi fəaliyyət göstərirdi. 1923-1924-cü illərdə Azərbaycan məktəblərinin sayı 85, şagirdlərın sayı isə 3489 nəfərə çatdırmışdı.

1930-cu illərdə Azərbaycan dilində müxtəlif təmayüllü 5 texnıkum vardı. 1919-cu ildə bünövrəsi qoyulan Faxralı ibtidai məktəbi 1926-cı ildə 7 illik təhsil verən kəndli gənclər məktəbinə (KGM-ŞKM) çevrildi və əslən Gəncədən olan Hüseynqulu bəy adlı bir nəfər direktor təyin edildi. 0, Gürcüstanda Şura hökuməti qurulandan bir neçə il sonra ailəsi ilə bərabər Türkiyəyə keçdi, yerinə əvvəlcə kənd təsərrüfatı ixtisaslı Arçil Bayramov, sonra isə Əli Novruzlu təyin edildi.

Məktəbdə dağ kəndlərindən – Yırğançaq, Hamamlı, İlməzli, Qəmərli, Qızılkilsə, Borçalıdan – Sadaxlı, Qullar, Kürdlər, eləcə də Darbaz, Kəpənəkçi, Arıxlı, İmirhəsən, Qoşakilsə, Saraçlı, Daşlı Qullar, Həsənxocalı kəndlərindən onlarla şagird oxuyurdu.

Faxralı məktəbi Lüksemburqda ətraf kəndlərə xidmət edən ilk əməktəb idi. Onun o dövrə görə güclü maddi bazası, geniş təsərrüfat sahəsi, üzüm bağları vardı. Məktəbə ətraf kəndlərdən gələn şagirdlər yataqxana, pulsuz yemək və paltarla təmin olunurdular. Şagirdlərin becərdiyi kənd təsərrüfatı məhsulları, demək olar ki, onların yeməyini təmin edirdi. Məktəbin geniş dülgərlik emalatxanası fəaliyyət göstərirdi. Burada şagirdlərə müxtəlif peşələr öyrədilirdi. Şagirdlər üçün çörək məktəbin öz kürəsində (fırnısında) bişirilirdi.

Müəllimlərin əksəriyyəti Tiflis, Gəncə və Qazaxdan göndərilmişdilər.

Mən 1926-cı ildə 1-ci sinifə getdim, müəllimim Abbas Dadaşov idi. Bədəncə zəif olduğum üçün bir aydan sonra təhsilimi davam etdirə bilmədim. 1927-ci ildə yenidən 1-ci sinifə gedəsi oldum. Bu dəfə müəllimim kifayət qədər dini təhsil görmüş Əli Əlizadə (Məşədi) oldu.

İlk müəllimim Abbas Dadaşov 1927-ci ildə qonşu Kəpənəkçi kəndinə kənd şurasına katib vəzifəsinə göndərildi. Hansı səbəbdənsə bir ildən sonra azad edildi. Onun yerinə gimnaziyada bərabər təhsil aldığı, həmyerlisi və dostu Ələsgər Əlizadəni təyin etdilər. Bu illərdə Borçalıda belə bir adət də var idi: dostun və ya qohumun öz dostunun yerinə vəzifəyə getməsi (vəzifənin böyük və kiçikliyindən asılı olmayaraq) dostluğa və qohumluğa xəyanət kimi qiymətləndirilirdi. Abbas Dadaşov da bu mövqedən hərəkət edərək təhvil-təslim vaxtı Ələsgər Əlizadəni tapança ilə öldürdü. Özü isə həbs edilərək bir daha geri qayıtmadı.

1927-1928-ci illərdəFaxralı məktəbində oxuyanların sayı kifayət qədər artmışdı. Artıq məktəbin yerləşdiyi əsas bina – Mantaşovun bəy evləri və əlavə təsərrüfat üçün nəzərdə tutulan yardımçı tikililər – məktəbin ehtiyacını ödəmirdl. Kəndin bir neçə yerində Əhmədoğlu Bayramalının Qubu oğlu Həmidin, Xuduoğlu Mollahüseynin, Kablayı Qaranın şəxsi evlərində məktəbin ibtidai siniflər üzrə filialları təşkil edilmişdi. Bu filiallarda ilk anlarda ərəb əlilifbası ilə qismən təhsil görmüş, Şura hökuməti qurulduqdan sonra isə savadıızlığı ləğv etmə kurslarında latın əlifbasını öyrənmiş İsmayıl Qənbərov, Göyu Zamanov, Kəblayı Qara və Əli Əlizadə dərs dedilər. Bir neçə il keçdıkdən sonra onları pedaqoji orta təhsilli yerli kadrlar əvəz etdilər.

1934-cü ildə Nəbi Gülməmmədov və Binnət Mahmudov pedaqoji texnikumun ilk məzunları kimi doğma kəndə qayıtdılar. Bir il sonra Nəbi Gülməmmədov, daha sonra isə Binnət Mahmudov (1936) Bakı şəhərində keçmiş Lenin adına Pedaqoji institutun fizika-riyaziyyat fakultəsinə daxil oldular. Beləliklə, Faxralıdan Bakıya ilk cığır açıldı. Hər an adları fəxrlə çəkilməyə layiq olan hər iki gənc Faxralıda ali məktəbə ilk qədəm qoyan pionerlər oldular. Onların açdığı elm yolu, təhsil yolu ildən-ilə genişləndi…

Bir zamanlar Ərəbistanda, İranda, lraqda, Türkiyədə dini təhsil görmüş gənclərdən, onların valideynlərindən ağız dolusu danışan kənd əhalisi, indi artıq Nəbi Gülməmmədovun, Binnət Mahmudovun, Leninqradda təhsil alan Rəhim Həsənovun valideynlərindən söz açır, onların uzaqgörənliyindən, övladlarına qarşı qayğı göstərmələrindən və maarifpərvərliklərindən həsəd hissi ilə danışırdılar.

1934-1935-ci illərdə Tiflis və Borçalı Pedaqoji texnikumlarının əhatə dairəsi xeyli genişləndi. Əsrlərdən bəri cəhalətdə qalmış kənddə əhalinin elmə-təhsilə qarşı marağı get-gedə artdı. Texnikumlara güclü axın başladı. Bu baxımdan müstəsna hal təşkil edən Faxralı məktəbinin məzunlarından müəllim olmaq həvəsilə xeyli gənc texnikumlara daxil oldular. Qara Hümbətov, Dünyamalı İmanov, Şərif Budaqov, Mürsəl Budaqov, İsmayıl Musayev, Qurban Hüseynov, Hüseyn lsgəndərov, Şəmistan Mikayılov, Pənah Qara oğlu Borçalı, Dünyamalı Nəbiyev, Bayram Eyvazov, Qulu Əhmədov, Molla Novruz oğlu, Nəbi Eyvazov Tiflis pedaqoji texnikumunu bilirdilər.

Gələcək haqqında ürəkləri sonsuz arzularla dolu olan bu gənclərin hər birinin taleyinə bir-birinə bənzəməyən ömür yolu qismət oldu. Şərif Budaqov, Qulu Əhmədov, Hüseyn İsgəndərov, Pənah Qara oğlu, Qara Hümbətov Böyük Vətən Müharibəsindən qayıtmadılar. Müharibədə əsir düşənlər sonralar ittiham edilərək vətəndə həbsxanalara, sürgünlərə göndərildilər. Qismətlərinə yenə də əzablı-iztirablı günlər düşdü. Nəhayət, dəhşətli həyat sınaqlarından keçdikdən sonra onlar kəndə qayıtdılar, hazırda yaşayan Nəbi Eyvazov müstəsna olmaqla əksəriyyəti ömürlərini başa vurdular.

Şərif Qərib oğlu Budaqov (Mürsəl Budaqovun qardaşı)

Ağır döyüş yolu keçmiş, məzarı qürbət vilayətdə qalan sərkərdələrdən biri də Şərif Qərib oğlu Budaqov-dur.

Şərif Budaqov 1910-cu ildə Faxralıda anadan olub. İlk təhsilini əksi əlilba (ərəb əlifbası) ilə doğma kəndində alıb. Sonradan yeni əlifbanı (latın) öyrənmək məcburiyyətində qalıb, pedaqoji texnikum bitirib. Bir müddət doğma kəndlərində müəllimlik edib. O dövrdə hələ Firudin bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi “, folklora aid kitablarının və elmi jurnalların sonralar Şərif müəllimin kitabxanasindan aşkar edilməsi onun vaxtilə yüksək mütaliəsindən xəbəb verirdi.

Onu da xatırladım ki, Şərif müəllimin doğulduğu və boya-başa çatdığı ailə çox uşaqlı idi. Nisbətən də ilk illərdə ehtiyac içərisində yaşayırdılar, buna baxmayaraq o özündən kiçik bacı-qardaşlarım təhsilli görmək istəyirdi. Lakin Finlandiya ilə olan müharibənin (1939) ilk günlərindən Qızıl Ordu sırasına səfərbərliyə alındı. Məlum olduğu kimi, müharibə Sovet Ordusunun qələbəsi ilə başa çatdı. Bu döyüşlərdən az keçməmişdi ki, daha dəhşətli bir müharibə başladı.

Bu zaman artıq Şərif Budaqov döyüş təcrübəsi qazanmışdı, hərbi rütbəsi də vardı. Mərhum dostum Mürsəl Budaqov ürək yanğısı ilə danışırdı ki, qardaşı müharibədə mayor rütbəsində batalyon komandiri olub. Rostov vilayətində döyüşlərdə iştirak etməsini, qəhrəmancasına həlak olmasını, Rıbinski kənd qəbristanlığında dəfn olunduğunu, hətta sonralar gedib qardaşının qəbrini ziyarət etdiyini də ağır kədər hissi ilə yad edirdi.

Pənah Hüseyn oğlu Mahmudov (Binəli və Binnət Mahmodovların qardaşı)

Pənah Hüseyn oğlu Mahmudov Faxrahda anadan olub (1920), orada 7 illik məktəbi bitirib (1935) . Borçalı Pedaqoji Texnikumunda təhsilini başa çatdırıb, ibtidai sinif müəllimi adını qazanıb. Aşağı Saral yeddiillik məktəbində müəllim, Borçalı Rayon Partiya Komitəsində təlimatçı, Zaqafqaziya Ali Partiya Məktəbində dinləyici, Borçalı Rayon Xalq Maarif Şöbəsinin müdiri (1949-1951) işləmişdi.

Gürcüstan maarif nazirinin müavini Berozaşvili ilə aralarında qarşıdurma yaranmış, Mərkəzi Komitənin bürosunda vəzifədən azad edilmişdi.

1952-ci ildən Azərbaycan Dövlət Universitetində tələbə, aspirant, dosent, həmin universitetdə 48-ildən artıq müəllimlik fəaliyyəti. Əməkdar müəllim adına layiq görülüb. 80 yaşında uzun sürən xəstəlikdən sonra 2000-ci il oktyabrın 11-də vəfat etmişdir.

Mənbə: Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur