Faxralıda bolşeviklərin hər şeyin ümumi olması ideyası, bir çox şayələrin yaranmasına səbəb olmuşdu. Şayələr yayılmışdı ki, nəinki var-dövlət, hətta qadınlar da ümumi olacaqdır. Bu səbəbdən bir çox insanlar (əsasən varlılar) hökümətə tabe olmamaq üçün “qaçaqlıq” etməyə başladırlar.
Onlar söz-söhbətlərdən qorxub ailəsinin namusunu qorumaq üçün silahlanıb meşələrdə qaçaqçılıq edirdilər. Bu silahlı dəstələr dağlarda, dərələrdə, meşələrdə məskən salmaqla yanaşı, bəzən gecələr kəndlərə basqın edir, firqəçi və komsomolçularla haq-hesab kəsirdilər. Kolxoza daxil olan yoxsul kəndlilərin evlərini, ot tayalarını, çəpərlərini yandırırdılar.
Faxralı, Kəpənəkçi, Saraçlı meşələrində (Qızıl qaya, Qaradağ, Bejanoğuzaran, Saxundur, İtkörpüsü), dağlarda, hər gün yeni-yeni silahlı qaçaq dəstələri görünürdü. Dinc əhalinin dağda, binədə tək yaşaması, mal-qoyun saxlaması çətinləşirdi. Bu illərdə dağ yollarında, binələrdə tez-tez soyğunçuluqlar olurdu, kəndlərdə inqilab komitəsi üzvlərinin, firqəçilərin evləri yanlır, sui-qəstlər edilir, mal-qoyun oğurlanırdı.
1922-ci ildən başlamış Yeni iqtisadi siyasət 1927-ci ildən sonra “qolçamaqlara qarşı qəti hücumun başlanması” ilə nəticələndi. Bu isə varlıların gələcəyə olan az-çox ümidini də qırdı və daha da hiddətlənmələrinə səbəb oldu. Bir qrup varlı adamlar ailələri ilə xaricə qaçmaq üçün gizli hazırlığa başladılar.
1929-cu ilin yayında Məsimoğlu İmaməli ailəsi və oğlanları ilə birlikdə yaylaqdan Türkiyəyə keçdi. Məsimoğlunun ailəsi və yaxın qohumları Qaraxaçda Xram çayının başında Soyuqbulaq deyilən yerdə yurd salmışdılar. Əvvəlki illərdən fərqli olaraq bu il yaylağa Məsimoğlu İmaməli bütün ailəliklə köçmüş, aranda təsərrüfatla məşğul olmaq üçün isə qohumlardan bir-iki nəfər qalmışdı.
Onu da qeyd edim ki, əwəlcə ciddi hazırlıq işi apanlmışdı, mal-qoyunun bir hissəsi, ev əşyaları, qiymətə gedən şeylər, aranda, dağda kənar kəndlərdə satılmış, gümüş kəmər, gəvə, silah və başqa çəkidən yüngül, qiymətdən ağır şeylər alınmışdı.
Aranda qalan şəxslər əhalinin və dövlət nümnyəndələrinin diqqətini yayındırmaq üçün təsərrüfatı səliqə-sahmana salmış, qışdan ötəri tədarük görmüş, qapıda ot tayalan ucaltmış, xırman döymüşdülər. Müəyyən edilmiş vaxtda isə arançılarla birlikdə gözdən yayınaraq yaylağa getmişdilər. Bir neçə gündən sonra gecə ikən dəyələlər uçurulmuş, yır-yığış cdilib atlara yüklənmişdi. Elə o gecə də mal-qoyun sürüsündən qalmış az bir hissə köçlə bərabər sərhədi keçmiş, qalan sürünü isə Ermənistan ərazisində azərbaycanlılar yaşayan kəndlərin ərazisində başlı-başına buraxmışdılar. Atlılar sərhəd kəndlərinin birindən pulla tutulmuş azərbaycanlı bələdçinin köməyi ilə heç bir xəta üz vermədən sərhəddi keçmişlər. Səhər açılan kimi yaylaqda bu hadisə ildırım sürətilə dildən-dilə düşdü. Mal-qoyun otaran çobanlar, naxırçılar səhər boş yurd yerini görəndə təəccüb qaldılar. Əvvəlcə bəzi adamlar belə fikir edirdilər ki, Məsimoğullan yurd yerlərini dəyişib, otlaq üçün daha əlverişli yerə köçüblər. Ancaq, az keçmədən hər şey aydınlaşdı.
Haşiyə:
Məsimoğlu İmaməli, onun xanımı vətəndən uzaqlarda, Türkiyədə uzun illər yaşadı və ömrünü başa vurdu. İndi Türkiyədə onun oğlanları, Yusif, İsmayıl və digərlərinin artıb törəyən nəvə-nəticələrinin 70-dən artıq İstanbul və Ankarada müstəqil ailələri vardır. Ancaq Türkiyədə göz açdıqları üçün onların ata-baba yurdları F axralı haqqmda ürək yanğısına, göz yaşlarına səbəb ola biləcək təəssüratları yoxdur.
1929–cu ildə dağ kəndlərindən, Borçalıdan, Qarayazıdan, qonşu Arıxlı, Saraçlı və Qoçuludan da ailəliklə Türkiyəyə köçənlər olmuşdu. Bu hadisələrdən sonra qorxudan ailəsini tərke dib, meşələrə üz tutanların sayı xeyli artdı. Təpədən dırnağa kimi silahlanmış bu atlı dəstələr nə vasitə ilə olursa-olsun ailələrini Türkiyəyə keçirmək üçün fürsət axtarırdılar.
Hadisələrin qarşısını almaq üçün hökumət hər kənddə qaçaqlarla mübarizə etmək məqsədilə könüllü silahlı dəstələr (atriyat) düzəltmiş və mübarizəni gücləndirmişdi. Şübhəli ailələr gecə-gündüz nəzarət altında saxlanırdı.
1930-cu ilin payızında yenə böyük dəstə Türkiyəyə keçdi. Osmanlı Süleyman Hümbət oğlu (kənddə ona “yekə xancal” da deyirdilər), Süleyman oğlu Həmid, Yerəbaxan oğlu Məmi, qardaşları Nidi, Allahverdi, İsə, Hay-hayın oğlu Əhməd Türkiyəyə keçdilər. Bunların arasında varlılarla yanaşı, uzaqdan qohumluğu çatan bəzi kasıblar da vardı.
Oğul-uşaqlarından ayrı düşən qaçaqlar bir yerdə qərar tuta bilmirdilər. Tcz-tez sərhəddi keçir, özlərinə himayədarlar tapır, məlumatlar toplayır, ailə üzvləri və yaxın qohumları ilə əlaqə yaradırdllar. Bəzən də dövlət sərhədçiləri və mühafızə dəstələri ilə qarşılaşır silahlı toqquşmalar zamanı itkilər verirdilər.
1930-cu ildə payızın son ayında Osmanlı Süleyman, oğlanları Əhməd, İsəbalı, Yerəbaxan oğlu Hidi, Allahverdi, İsə yenidən sərhədi keçdilər. Bu dəfə onlar ailələrini aparmaq üçün gəlmişdilər. Əvvəldən şərtləşməyə görə ailələri yenə də keçmiş dədə-baba yurdlarında payız binəsində idilər. Bura Faxralı meşəsinin ən ucqar sərhədi “Becanoğzaran” adlanırdı. Deyilənə görə, buradan axşamdan 5-6 ailə (uşaqdan böyüyə) yola düşür, atlı dəstə Ağbaba rayonu ərazisinə kimi sağ-salamat gəlir…
Axşamdan səhərə kimi yol getmiş atlılar ancaq sərhədə vaxtında çata bilmir. Atlı dəstədə hamilə qadın, hər ailədə bir neçə müxtəlif yaşlı uşaq olduğuna görə atları sürətli sürmək mümkün olmur, ona görə də əvvəlcədən nəzərdə tutulmuş keçidə səhərə yaxın çatırlar. Bu böyük atlı dəstəsi sərhədçilərin diqqətindən yayınmır. Sərhədçilər həyacan siqnalı verən zaman atlılar Arpaçayına çatmaq üzrəymiş, qaçaqlardan kimsə lovğalıq edib, sərhədçilərdən bir nəfəri güllə ilə vurmuş və nəticədə böyük faciə baş vermişdi. Qaçaqların hərəkətinə cavab olaraq sərhədçilər atlıları atəşə tutmuş, atlıların qabaqda gedən hissəsi sərhəddi keçib xilas olmuş, arxada qalan hissənin isə atları, körpə uşaqları yaralanmışdı. Yerəbaxan oğlu Allahverdinin hamilə qadını öldürülmüş, üç körpəsi (Aslan, Yetər, Qədim) əsir alınmışdı. Osmanlı Süleymanın nəvələri də (Məhəmməd, Mustafa, Gülyaz, Gülnaz) sərhədçilər tərəfındən tutularaq qərargaha (Qaranamazlı kəndinə), oradan da Gümrüyə göndərilmişdi.
İnsanların tədbirsizliyi üzündən baş vermiş bu faciə indi də unudulmur. Faxralıya xəbər çatan kimi Ermənistanda kimsəsiz qalmış uşaqların yaxın və uzaq qohumlarından bir neçə nəfər Gümrüyə gedib qorxu və həyacan içərisində olan uşaqları kəndə gətirdilər.
Məhəmməd Əhməd oğlu Süleymanov (Osmalı Süleymanm nəvəsi) atışma zamanı güllə ilə qıçından yaralandı, Gümrüdə qıçınm birini kəsdilər. Bir müddət Gümrüdə xəstəxanada qalandan sonra şikəst halda doğma kəndə qayıtdı.!Məlumat üçün qeyd edim ki, Məhəmməd olduqca istedadlı bir gənc idi. Sonralar Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini əla qiymətlə bitirdi, lakin ba bası, atası Türkiyədə yaşadığı üçün ona öz sənəti üzrə işləmək etibar edilmədi, bir müddət Azərbaycanda Kürdəmir rayonunun Şilyan kəndində müəllim işlədi və gənc yaşlarında dünyasını ata-ana həsrətilə başa vurdu.
Osmanlı Süleyman ailəsini Türkiyə ərazisinə keçirmək istərkən iki oğul – Hüseyn və Dünyamalı aranda olduqlarından vaxtında gəlib atlı dəstələrinə çata bilməmiş, kəndə qayıtmışdılar.
Hüseyn Süleymanoğlu Alman faşizminə qarşı müharibə illərində silahlı dəstələrə qoşularaq bir müddət meşələrdə qaçaqlıq etdi və partizanlar tərəfindən öldürüldü.
Dünyamalı Süleyman oğlu kənddə sakit ailə həyatı qurdu, oğul qız böyütdü, nəvə-nəticə sahibi oldu, dünyadan köçdü.
O qədər də var-dövlət sahibi olmayan 70 yaşlı inadkar qocanın (Osmanlı Süleymanın) böyük bir ailəni və yaxın qohumlarını Türkiyə sərhədində ağır faciələr qarşısında qoyması isə kənddə heç də rəğbətlə qarşılanmadı, el qınağına səbəb oldu.
1930–cu il üçün bu son hadisə olmadı. Şura hökuməti qaçaqlara qarşı mübarizəni gündən-günə gücləndirsə də, Faxralı, Kəpənəkçi meşələrində, Qaraxaç yaylaqlarında qaçaqlar yenə də cövlan edirdi. Fürsət düşəndə sərhədləri keçir, kəndlərdən say-seçmə atları aparırdılar. Hətta xoşagəlməz xətalar törədir, tez-tez yerli milis dəstələri ilə toquşurdular. Faxralı kəndindən olan və ilk xalq milisi dəstələrində iştirak edən Bayram Piri oğlu və Allahyar Qasımov Qaraxaçda belə bir qanlı toqquşmanın qurbanı oldular. Onların hər ikisi dövlət nümayəndələrinin iştirakı ilə kənddə torpağa tapşırıldı. Və qəbirlərinin üstündə ilk dəfə mitinq keçirildi.
Çox təəssüf ki, bu illərdə onlarla belə günahsız qurbanlara rast gəlmək olurdu.
Mənbə: Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”