1968-ci ilin payızı idi. Respublikamızın xalq artistləri Şövkət xanım Ələkbərova, İslam Rzayev, mən, Rusif Məmmədov Gürcüstana qastrola getmişdik. Proqrama əsasən Borçalının iri kəndlərindən biri olan Faxralıda da konsert verməli idik. Bizə demişdilər ki, o vaxtlar bu kəndə 7000-dən çox adam yaşayır…

Kəndin klubu ağzınacan dolu idi. Necə deyərlər, “ iynə atsan yerə düşməzdi“. Zalda ayaq üstə dayanmağa da yer yoxuydu. Şövkət xanım mənə pıçıldadı ki, deyəsən bu kəndin əhalisi musiqinin, muğamlarımızın, xalq mahnılarımızın vurğunudur, bir az ehtiyatlı olun. Sənətçilər yaxşı bilir ki, sərraf yanında başdansovdn oxumaq mümkün deyil…

Həmin axşam mən “Bəstənigar təsnifı”ni oxudum. 300-400 nəfərin toplaşdığı zalda elə bil nəfəs dərən də yoxuydu. Vallah, özümü unutmuşdum, necə oxuduğum yadımda deyil. Onda gözlərimi açdım ki, alqış səsləri zalı titrədir. Gözucu çalğıçıların sağ tərəfində dayanmış Şövkət xanıma baxdım; məmnunluqla gülümsünürdü. İlk sırada oturmuş ağbirçək bir ananın gözlərindən süzülən yaş damlaları məni kövrəltdi. Yüzlərlə konsertlərdə olmuşam. Faxralıdalkı qədər səmimi duyğularla əhatələndiyimi xatırlaya bilmiram. Bakıdan 600 kilometr uzaqda, yad millət içində musiqimizə belə bələdlik, musiqimizə belə vurğunluq, belə duyum möcüzədir, vallah! Mən buna Faxralı möcüzəsi deyərdim…

O gecə Şövkət xanımın oxuduğu “Dərslər”, İslam Rzayevin oxuduğu “Şur təsnifı” faxralıların duyğularını oxşadı…

Həmin gecə bizə Aslan müəllimin evində (Aslan Allahverdi oğlu Həsənov) böyük bir ziyafət verdilər (sonra öyrəndik ki, ziyafəti Oruc Əlizadə təşkil etmişdi). Kəndin rəhbərlərinin, hörmətli adamlarının iştirak etdiyi bu ziyafət, əslində-konsertin davamı idi. Hamımız faxralıların qonaqpərvərliyindən vəcdə gəlmişdik. Havamı dəyişmək üçün eşiyə çıxanda na görsəm yaxşıdır? – biz olan otağın pəncərəsinin altına yüzlərlə adam toplaşıb – bizi yenə dinləmək üçün.

Ziyafət səhərə yaxın başa çatdı. Aslan müəllimin oxuduğu muğam, deyəsən “Zabul-segah” idi, hamımızı valeh elədi. Gördük ki, bu kəndin “zəri də var, zoru da var…”

Müğənni kimi taleyimdən razıyam. Qürrələnirəm ki, Faxralıda mən də olmuşam, onun çörəyini mən də yemişəm!..

Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur