Babam – Borçalının məşhur şairi Alaxas ağa ilə Təhməzqulu ağa arasında sıxı yaxınlıq olub. Onların dostluğu indi də dillərdə söylənilir. Hər ikisinin mərdliyi, qeyrəti, təpəri mənim duyumumda yaşamaqdadır. Bu fakt mən Abdulla oğlu Abbasın Faxralıya bağlılığmın açarı olub.

Orta məktəbi Faxralıda bitirmişəm: Həkim Tahirgildə (Bayramov) qalırdım. Rəhmətlik Sənəm xala mənə ana əvəzi olub, hər nazınıı çəkıb, məni Tahirdən seçməyib.

Emin ağa ilə Oruc ağanın da dostluğu mənim hafizəmdən silinən deyil.

Niyəsə dəqiq elmlərə marağım az idi. Rəhmətlik Nəbi müəllim mənim ədəbiyyata, poeziyaya olan marağımı bilirmiş. Bir gün məni yanına çağırdı. Güman elədim ki, danlayacaq. Lakin belə olmad1:

– Oxu, oğul. Sən ədəbiyyat üçün doğulmuş adamsan. Şeirlərin də çox xoşuma gəlir. Bu iste’ dadın müqabilində sənə fizikadan da, riyaziyyatdan da istədiyin qiyməti yazacam. Sevdiyin, seçdiyin sahəni kamil mütəxəssisi olmağa çalış.

Beləcə, Faxralı mənim bioqrafiyamda özümlü yeri olan azman kəndlərdən biridir. Bu elin duz-çörəyini dadan, havasını udan ona ömürlük bağlanır. Onlardan biri də mənəm.

Şair Nəbi adyıla şeir pirinə dönən bu cl yüzlərlə istedad yetirib. Faxralı ona məktəbini bitirənlər həyatda da mə’zunu olduğu məktəbin adına layiq ömür yaşayırlar.

Faxralı mənim ədəbi taleyimdə də öz yeri olan kəndlərlən biridir. Təsadüfi deyil ki, gəraylılarımdan biri də bu ağır elin adına ad olub: O illərin xoş təəssüratı “İnam saatı” poemamda tapıb. Əli Səngərli mənə şer həsr eləyib. Faxralı ilə məni poetik duyğular da doğmalaşdırıb.

Faxralı qeyrət qalasıdır. İstər 30-cu illərdə, istərsə də 90-cı illərdə öz təpəri ilə kimliyini təsdiq eləyib.

Faxralı qayım-qədim, sanballı bir eldi. Fəxr eləyirəm ki, mənim bioqraflyamda bu kəndin ayrıca yeri var…

Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur