Yaradıcılığı təbiətin könülaçan, gözdoyduran gözəlliklərindən qaynaqlanan, səmimi, kövrək lirikası ilə oxucusunun – hamımızın duyğularına sığal çəkən şair Hüseyn Arifin (Hüseynzadə) güzarı gözəlim Faxralıya da düşüb.

Səməd Vurğunun, Osman Sanvəllinin təəssüratları onun bələdçisi olub, Faxralının ziyarətinə gətirib. Bu ağır elin qonaqpərvərliyi, ağsaqqallarının aqil misallı söhbətləri, dağları, meşələri, çeşmələri, çəmənləri onun da ilhamını kükrədib. Söz deyib söz eşitdiyi faxralıları zaman-zaman unutmayıb, salğarı-sanbalı ilə tanınan, ehtiram ünvanı olan bu eli həmişə könül xoşluğu ilə xatırlayıb.

Ömrünün Faxralıya ad olan günləri kövrək, həzin xatirələr biçimində şeirləşib.

 

Gəldim Faxralıya, gəldim bir payız,
Məni qarşıladı neçe oğul, qız.
Hanı Musa kişi, Binnət qağamız,
Zamanın hökmüdü, neyləyə billəm?..

Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur