İlk öncə “Faxralı toylarında xəngəl verilir” fikrinə aydınlıq gətirək:

Bu barədə Azərbaycan Televiziyasının “Xəzər” kanalının “Səyyah” verilişində də qeyd olunmuşdur. Kadrda aparıcı Faxralı toy və nişanlarında xəngəl verilməsi barədə söhbət açır.  Həqiqətə uyğun olmayan bu xəbər bir çox faxralıların haqlı iradına səbəb olmuşdur. 

Aşağıdakı videonun 40-cı dəqiqəsində bu hadisə göstərilmişdir.

 

Faxralıda dəfələrlə qonaq olub onun milli adət-ənənələrini lentə alan Səyyaha, kənd sakinlərinin böyük hörməti və simpatiyası vardır. Ona görə videoda göstərilən xəngəl hazırlanma prosesi Səyyahın verlişinin daha rəngarəng olması üçün təqdim olunub. Bunula bərabər faxralılar xəngəl yeməyinə də, bu kənddə yüksək dəyər verildiyini nümayiş etdirirlər. 

Reallıqda Faxralı toy və nişan tədbirlərində heç zaman xəngəl verilmir. Faxralı toylarında adətən “bozartma”, “plov”, tərəvəz, turşu, pendir, kabablar (ət, toyuq, balıq), salatlar və s. verilir. 

Faxralı toylarında səhv olaraq xəngəl yeməyinin verilməsnə aşağıdakı hadisə də səbəb olmuşdur.

Məlumdur ki, gürcülər Azərbaycan mətbəxinin ləziz yeməyi olan “yayma (yarpaq)” xəngəlini çox sevirlər.

Faxralı sakinlərindən birinin övladının toyunda iştirak edən gürcü millətindən olan iş yoldaşları “yayma (yarpaq)” xəngəlinin bişirilməsini xahiş etmişlər. Təbii ki, qonaqların xahişi nəzərə alınmış və yalnız gürcü qonaqları üçün xəngəl bişirilmişdir. Başqa sözlə, bu, gürcülərin istəyi ilə onların şərəfinə verilmiş xəngəl qonaqlığıdır. Yəni, bunun toyla heç bir əlaqəsi olmamışdır.

Beləliklə, “Faxralı toylarında xəngəl verilir” fikri tamamilə əsasızdır.

 

Faxralı mətbəxi

Aşağıdakı yeməklər və yemək məhsulları Faxralı süfrələrinin bəzəyidir:

Aş (əriştəli)
Aş (yalnız düyü)
Atlama
Axsaqulaq
Bal
Bəhməz
Bozartma
Çığırtma
Cız-bız
Dovğa
Əriştəli-isti
Fəsəli
Halva
Horra (Hörrə)
Kabab (tikə)
Kömbə
KörəməzKöç zamanı süd və qatığın qarışığından ibarət sərinləşdirici içki
Motal pendiriQoyun dərisində saxlanılan pendir növü

Qatlama
Qaxac
Qayğanaq
Qovud (Qood)
Qovurma ətHazırlanması:

Kiçik tikələrlə doğranmış qoyun və ya mal ətinin üzərinə soyuq su tökülür və qoyulur qaynamağa, üzünə çıxan kəfi yığılır. Təxminən 1.5 saat qaynamalıdır. Sonra ət odun üzərindən götürülür, öz yağında (bulyondan yığılmış) yarımhalqa şəkilində doğranmış soğanla bir yerdə qovurulur. Xırda doğranmış pomidorlar və yaşıl bolqar bibəri əlavə edib, onların şirəsi çıxana qədər qovrulur. Sonra üzərinə süzülmüş bulyonu tökürülür, duz, istiot vurulur və biraz qaynadılır. Süfrəyə verilərkən üzərinə xırda doğranmış göyərti səpmək olar. 

QosaraYaz fəsli zamanı Qulançar bitkisinin Dağdağan ağacının soyulmuş qabığından düzəldilmiş borucuğa doldurulması (kənarlarına isə Turşəng-Quzuqulağı doldurulur) və sonra ocağın közündə bişirilməsindən yaranan yemək növü.

Qulançarın əhəmiyyəti:

1. Qulançar “asparagin” adlı maddə ilə zəngindir. Bu maddə damarları genişləndirir və qan təzyiqini aşağı salır. Həmçinin qulançar ürək əzələsini stimullaşdırır ki, bu səbəbdən həkimlər onu ürək xəstəliklərindən əziyyət çəkən və infarkt keçirmiş insanlara yeməyi tövsiyə edirlər.

2. Saglamolun.az bildirir ki, qulançar görməyə müsbət təsir edir.

3. Fol turşusu ilə zəngin olan qulançar anemiya (qanazlığı) zamanı çox faydalıdır.

4. Qulançar şəkərli diabet xəstəliyindən əziyyət çəkənlər üçün olduqca faydalıdır – qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir.

5. Kalsium və fosforla zəngin olan qulançar sümüklərin sağlamlığını qoruyur.

6. Qulançar qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqlarda şişərək peristaltikanı (bağırsaqların hərəkətliliyi) yaxşılaşdırır, qəbizliklə mübarizə etməyə kömək edir.

7. Qulançar sidikqovucu təsirə malikdir, odemləri azaldır, sidik kisəsini və sidik yollarını təmizləyir.

QurudQurudun tərkibi: Süzmə, duz.
Hazırlanması:
Qurudu hazırlamaqdan ötrü qatıq və ya ayran torbada qatılaşanadək süzülür, süzmə hazırlanır. Sonra ona duz vuraraq xəmir kimi yoğurub yumrulayır və qurudurlar. Qurudu uzun müddət saxlamaq olur. İstifadə zamanı qurud, isti su ilə yuyulub təmizlənərək məhlul halına salınır. Bu məhlula sarımsaq qatmaq və ya sarımsaqsız istifadə etmək olar. Qurudlu yarpaq xəngəli Faxralıda ən ləziz yeməklərədən sayılır.
Quymaq
Səməni
Soğança
Sucuq
Turşu (zoğal, əzgil və s.)
Yarpaq xəngəli
Gürcü xəngəli
Xəşil (Xaşıl)
Yayma

REDAKTOR

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur