1943-cü il kənd əhalisi üçün daha dəhşətli keçdi. Müharibənin törətdiyi bəlalara – aclıq, yoxsulluq, göz yaşlarına çətinliklə də olsa xalq dözürdü, ancaq üstəlik də kəndi yoluxucu tif xəstəliyi bürüdü. Məktəbdə dərslər dayandırıldı. Tiflisdən xüsusi həkim briqadası gəldi. Məktəbdə qərargah yaradıldı, təcili yardım dəstələri təşkil edildi. Xəstəliyin qarşısını almaq, ölüm hadisəsini azaltmaq üçün gecə-gündüz, əsil mənada mübarizə gedirdi. Neçə-neçə qoca, cavan, uşaq tif xəstəliyinin qurbanı oldu. Hər gün 4-5 nəfər rəhmətə gedirdi. Qorxudan qohum-qohumun, qonşu-qonşunun evinə getməkdən ehtiyat edirdi. Çox vaxt cənazələri araba ilə 2–3 nəfər aparır, dəfn edirdi. Bu gözlənilməz və dəhşətli xəstəliyin törətdiyi bir faciəni xüsusi ilə qeyd etmək istərdim. Ona görə ki, şahidi olduğum bu faciənin kədəri 60 ilə yaxındır ki, qəlbimdən silinmir.
Müharibə başlamazdan bir neçə ay əvvəl 1941-ci ildə Qazaxlı Məmmədin oğlu Hüseyn qonşu Kəpənəkçi kəndindən evlənmişdi. Və çox dəbdəbə ilə toy etmişdi. O vaxt heç kimin ağlına belə gəlmirdi ki, bir neçə aydan sonra müharibə başlancaq, sevib-sevilənlər əbədi ayrılacaq, ailələr başsız qalacaq, ürəklərə dağ çəkiləcək.
Təzə gəlinin gözəllik sorağı hələ kəndə toydan əvvəl yayılmışdı. Hamı onun qəddi-qamətindən danışırdı. Bir sözlə, tərifi dilə, ağıza sığmırdı. Deyilənə görə, müharibə başlanan kimi “Hüseyn ölərəm ki, sevgilimdən ayrılmaram“, – deyə səfərbərlikdən imtina edərək, meşələrə üz tutmuşdu. O, tanışlarına və yaxın adamlarına deyirmiş ki axı, bir neçə ayın gəlinini mən kimə tapşırım, atam yox, anam yox, qardaşım müharibədə. Atası evinə də necə qaytarım, mənə nə deyərlər? Bir də ki, müharibə ölüm-itim deməkdi, olmadı elə, oldu belə. Bu fıkir, xəyal onu dəli-divana edib çöllərə salmışdı. Yuxarıda qeyd etdiyimiz kimi, bu yolda da 0 həlak oldu. Ərinin ölümündən sonra gəlinin vəziyyəti daha da ağırlaşmışdı.
Lakin özünü olduqca namuslu və mərdanə apardı. “Ölsəm də ərimin yurdunda öləcəyəm, onun ocağını sönməyə qoymayacağam, o məndən ötəri özünü qızıl gülləyə qurban verdi, mən onun yurdunu boş qoymayacağam”, – deyirdi. Dəfələrlə onu geri aparmaq üçün atası evindən adam gəlmişdi, ancaq getməmişdi.
Mən o ismətli gəlini təsadüfən bir dəfə görmüşdüm. O qədər gozəl idi ki, diqqətlə üzünə baxmaq mümkün deyildi. Gözlərının cəzibədarlığı adamı heyran edirdi. Ayrılıq, qüssə və kədərdən şəvə kımı qara hörüklərin arasmda tək-tək ağartı başlamışdı. Sifətinə çökmüş sarılıq yanaqlarının qırmızısına qarışmışdı. Onun qəflətən xəstələnməsi barədə məntəqəyə xəbər çatanda çox təəssüfləndim. Tiflisdən gəlmiş həkimlərlə tez vəziyyətini yoxlamağa getdik. Lakin, artıq gec idi. Xəstəliyi barədə vaxtında xəbər verməmişdilər.
Tək-tənha xəstəliyin gücündən özünü itirmişdi. Hərarəti termometrinin son həddində dayanmışdı. Milliyətcə gürcü olan həkim gəlinin gözəlliyini və vəziyyətinin ümidsiz olduğunu görəndə sarsıntı keçirdi, üzünü mənə tutub xilas etmək mümkün olmayacağını bildirdi. Xəstə isə gözlərini zorla açıb, dodaqları titrəyə-titrəyə: “Qardaş mənə kömək edin, ölmək istəmirəm” sözlərini dedi. Nədənsə gəlinin bu acizanə müraciəti mənə çox təsir etdi, ixtiyarsız olaraq gözlərim doldu. Xəstəyə lazımı dərman verdik, qonşudan adam çağırtdırıb xəstəyə nəzarət etməsini tapşırdıq. Axşam üstü bir də xəstənin vəziyyətini yoxladıq, heç bir dəyişiklik yox idi. Səhər bir də getməyə ehtiyac qalmadı. Müharibənin milyonlarla günahsız qurbanı kimi yazıq gəlin gözlərini əbədi olaraq işıqlı dünyaya yummuşdu.
İndi amansız müharibədən onilliklər keçir, rus millətçiləri belə hesab edirlər ki, bu qanlı müharibədə yalnız ruslar zərər çəkib. Rus şəhərləri, kəndləri dağıdılıb, yandırılıb, rus anaları gözü yaşlı qalıb. Başqa respublikaların, xüsusən Azərbaycanın, Gürcüstanın, müharibə dövrü Ermənistanın şəhərlərində, kəndlərində insanların aclıqdan, yoxsulluqdan, xəstəlikdən həlak olmaları nəzərə alınmadı. Statistik hesablamalar apanlmadl. Xırda millətlərin müharibə illərindəki əməyi, əzabı, çəkdikləri iztirablar lazımı qədər qiymətləndirilmədi.
Əksinə, keçmiş müharibələr dövründə olduğu kimi, bu dəfə də sürgünlər, dinc əhalinin yerindən-yurdundan didərgin edilməsi halları baş verdi. Elə müharibənin ilk günlərində Krımda yaşayan tatarlar (türk tayfalarının qalıqları), bir az sonra Qara dəniz sahillərindəki şəhərlərdə (Batum, Suxum və s.) yaşayan türklər müharibə zonasından uzaq ərazilərə – Orta Asiyaya sürgün edildilər.
1941-ci lldə Gürcüstanın Lüksemburq rayonunda, rayon mərkəzində və Draumberq qəsəbəsində yaşayan almanlar silah gücünə köçürüldü. Bu sürgünlərin güya Qafqazın daxilində təhlükəsizliyi təmin etmək, almanların yerlərdə təxribat hallarının qarşısını almaq məqsədini güddüyünü əsaslandırmaq istəsələr də bu tədbir əslində millətçilik məqsədilə həyata keçirilmişdi. ..
1801–ci ildə Gürcüstan Rusiyaya birləşdikdən sonra Çar Rusiyası Qafqazda xüsusən kənd təsərrüfatının, maarifin, mədəniyyətin yüksəlməsi sahəsində bir sıra tədbirlər gördü. Bu isə rusların regiona olan milli marağını daha da gücləndirdi.
Məlum idi ki, XVIII yüzillikdə Çar Rusiyası sənaye və kənd təsərrüfatı cəhətdən geridə qalmış ölkə idi. Nisbətən inkişaf etmiş ölkələrin köməyinə və təcrübəsinə ehtiyacı vardı. Kənd təsərrüfatını inkişaf etdirmək üçün müəyyən yollar axtarılırdı. Digər tərəfdən də ölkə daxilində hələ bir sıra rəhbər vəzifələrdə alman və fransız mütəxəssisləri çalışırdı. Bu ölkələrin nümayəndələrinin isə hər birinin Rusiyaya qarşı öz maraqları vardı.
Aqrar ölkə olan Rusiyada torpaqdan istifadə mədəniyyəti də aşağı idi. Hakim dairələrdə belə fıkir yaranmışdı ki, bu sahədə müəyyən nailiyyət qazanmış almanların bir hissəsini Rusiyanın qara torpaq zonalarına və Qafqaza köçürməklə kəndlinin torpaqdan istifadə mədəniyyətini yüksəltmək və geriliyi aradan qaldırmaq olar. Şübhə etmirik ki, bu sahədə alman mütəxəssislərinin müsbət fıkiri də əsas sayılmışdı.
Bu tədbir 1826-cı ildə Azərbaycanda və Gürcüstanda həyata keçirildi. Azərbaycanda Gəncə şəhəri yaxınlığında indiki Xanlar, Şəmkir, Tovuz rayonu ərazisindəki qəsəbələri, Gürcüstanın Borçalı qəzasında əkin üçün yararlı olan torpaqlardan xırda Azərbaycan kəndləri zorla başqa ərazisiyə köçürüldü, yerlərində Draunberq (indiki Tamarisi) və Lüksemburq qəsəbələri yaradıldı. Bu qəsəbələrin hər birinə yüz hektarlarla torpaq sahəsi ayrıldı. Arqutinski- Dolqorukov yazırdı ki, kəndlilər yalnız bu almanlardan iki təkərli arabadan dörd təkərli arabaya keçməkdən başqa bir şey öyrənmədilər (“Борчалинский уезд экономическом комерческих отношениях” – 1897).
Xatırladım ki, almanlar Lüksemburqda yaşadıqları 115 il ərzində (1826– 1941) zəngin mədəniyyət yaratmışlar. İki, üç mərtəbəli, eyni tipli evlər tikmişdilər. Hektarlarla üzüm bağları salmışlar. Zəhmətsevərlikləri nəticəsində hər bir ailə milyoner olmuşdu. 1941-ci ildə onlar köçürüləndən sonra məlum oldu ki, ailələrin yaşadıqları mənzillərin altında nəinki bir, hətta iki mərtəbəli əlavə zirzəmilər (padvallar) var. Bu zirzəmilərə yerləşdirilən çox saylı şərab boçkalarının hər birinin tutumu 3000-4000 litrilərlə ölçülürdü. Burada həqiqət vardır. Ona görə ki, Lüksemburq rayon mərkəzini və Draunberki əsasən Azərbaycan kəndləri əhatə edirdi. XX əsrin 30-cu illərinə qədər bu kəndlərdə əhalinin başlıca məşğuliyyəti qoyunçuluq və maldarlıq idi. Bir qədər əvvəl qeyd etdiyimiz kimi, kənd əhalisi aranlı, yaylaqlı, binəli həyat tərzi keçirirdilər. Kənd təsərrüfatı isə əhalinin ikinci dərəcəli məşğuliyyəti idi. Bu mənada A.M. Arqutinski-Dolqorukovun qeydlərində həqiqət var. Ancaq 1929-1930-cu illərdən 1941-ci ilə kimi olan dövrlərdə, daha açıq desək, kollektivləşmədən sonra rayonun ərazisində olan və 80-90% təşkil edən azərbaycanlılar almanlardan yüksək kənd təsərrüfatı mədəniyyəti götürdü. Xüsusən geniş üzüm bağlarının elmi əsaslar üzrə salınması və becərilməsi sahədə almanlardan çox şey öyrəndilər.
Qazağıstana sürgün edilən almanlar müharibədən sonra öz zəhmətsevərlikləri sayəsində, az vaxt ərzində, sürgündə özlərinə nümunəvi həyat qurdular. Abad, səliqə-sahmanlı qəsəbələr saldılar, gözəl şərait yaratdılar.
Onu da qeyd edim ki, almanların köçürülməsi dövlət tədbiri olsa da Gürcüstan dövlətinin milli maraqları üçün əhəmiyyətli idi. Çünki Borçalıda və onun ətraf rayonlarında gürcülərin sayı nəzərə çarpacaq dərəcədə az idi. Tədricən bu qeyri bərabərliyi tənzimləmək lazım idi. Bu səbəbdən də 1941-ci ildə Gürcüstan Mərkəzi Komitəsinin I katibi K.N.Çarkiviani fürsəti əldən vermədən almanların abad və yüksək şəraiti olan qəsəbələrinə Gürcüstanın dağlıq ərazisində yaşayan və elementar mədəniyyətdən xəbərləri olmayan öz doğma kəndlərini qohum-əqrabasını köçürdü. İlk anlarda almanların gözəl, yaraşıqlı mənzillərinin yeni sakinləri evlərin döşəməsini söküb yerinə torpaq tökdülər və evin ortasında ocaq qaladılar. Zövqlə hazırlanmış və bir hissəsi vaxtilə Almaniyadan gətirilmiş yaraşıqlı mebelləri qırıb yandırdılar. Buğda çörəyi yeməyə adət etmədiklərinə görə, dövlət tərəfındən onlara yardım kimi verilən taxılı Azərbaycan kəndlərində qarğıdalıyla dəyişdilər. Min hektarlarla abad üzüm bağlarını doğrayıb xaraba qoydular.
Bu, müharibə illərinin yadda qalan ağır faciələrindən biri idi. Təəssüf ki, bunlar son faciə olmadı. Get-gedə bu dövlət tədbirləri, bayağı, əsil mənada millətçilik xarakteri aldı. Qonşu ermənilər, bəzi gürcü millətçiləri müharibənin gedişindən istifadə edərək müsəlmanlardan min illik tarixi qisaslarını almaq üçün fürsət tapdılar.
1944-cü ildə çeçenlər və inquşlar, qaraçaylar, qabardin-balkarlar, həmin ilin dekabr ayında Gürcüstanda yaşayan Adıgün, Asbinza, Axalsıx, Axalkələk rayonlarında yaşayan 200 mindən artıq əhali faciəli sürətdə, elliklə Orta Asiyaya sürgün edildi. Soyuq dekabr ayında olan bu sürgün təsvirə gəlməyən müsibətlərə səbəb oldu.
Yüzlərlə qoca, xəstə, hamilə qadın və körpələr yolların ağır əzabına dözməyib ömrünü başa vurdu.
Bu xalqların yaşadıqları ərazilər Gürcüstanın ən səfalı, sağlam təbiəti olan, bağ-bağatlı dağ zonası idi. Həm də Türkiyə ilə sərhəd idi. Yeri gəlmişkən bildirim ki, sürgünün əsas siyasi motivi də məhz bu idi. Belə bir şəraitdə yaşayan əhalinin gözlənilmədən Orta Asiyaya, isti iqlim şəraitinə sürgün edilməsi əhalinin qəsdən məhv edilməsi demək idi. Bunun nəticəsində də Qırğızıstana, Qazağıstana, Türkmənistana səpələnən əhalinin çox hissəsi aclıq, yoxsulluq və çətin hava şəraitində qırıldı.
Bəzən fikirləşirəm, bu müsibətlərin yaradılmasına ehtiyac vardım1? Doğrudanmı bu sürgünlər Türkiyə ilə sərhədləri möhkəmlətmək məqsədi ilə edilmişdi? Doğrudanmı bu rayonlarda yaşayan türklərə etibar etmək olmazdı?.. Əslində onlar müharibənin ən ağır illərində dövlətə qarşı xəyanət etmədilər, bəs nə səbəbə birdən Sovet dövlətinin gözündən düşdülər?!
Bütün bu sürgünlər müharibədən sonra da dayandırılmadı. 1947-ci ildə Ermənistanda yaşayan 100-minlərlə ailələr türk olduqları üçün Azərbaycana – Muğana, Milə köçürüldü. 1947-ci ildən 1953-cü ilə kimi Tiflisdə yaşayan azərbaycanlılann sayını azaltmaq məqsədi ilə bu qədim sakinlər panislamist, paniranist, pantürkist damğası ilə iki-üç dəfə şəhərdən kənarlara sürkün edildilər. Şah Abbas məscidi dağıdıldı. Qədim qəbristalıq yerli-dibli sökülərək azərbaycanlıların “it qırılan” adlandırdıqları şəhər kənarındakı təhqiramiz əraziyə köçürüldü. Gürcü və ermənilərin bir sıra tarixçilərinin və yazıçılarının istər tarixi, istər müasir əsərlərini oxuyan ziyalı başa düşə bilər ki, xalqımızın mənəviyyatını təhqir edən və bunu çox məharətlə həyata keçirilən bu tədbirlər nə məqsəd daşımışdır?!
Məlumdur ki, 1944-cü ildə müharibənin taleyi həll olunmaq üzrə idi. Almanlar əsas cəbhə xətlərində məğlubiyyətə uğramışdı, qüvvələrini itirmişdilər. Bəs Gürcüstanda yaşayan dinc əhalinin şaxtalı, qarlı dekabr günlərində vətəndən didərgin salınmasına, sürgün edil. məsinə nə ehtiyac var idi?!.
Yenə də tarixin keşməkeşli səhifələri göz önündə canlanır.
İ.V.Stalin tezliklə müharibənin qələbəsinə əmin idi. O, eyni zamanda dünya xalqlarının tarixinə bələd olduğu kimi, mənsub olduğu gürcü xalqının keçmiş tarixini də yaxşı bilirdi. Tarixən məlum idi ki, zaman-zaman gürcülər gah İranın, gah da Türklərin hakimiyyəti altında olub. İranlılar, türklər, yaxud Səlcuqlar dedikdə ilk növbədə azərbaycanlılar nəzərdə tutulub. Ona görə də bu illərdə də milli təzyiqə Azərbaycan türkləri məruz qaldı.
Gürcüstanda azərbaycanlıların tarixi mövqeyi məlumdur. Səlcuqilərlə soydaş olan azərbaycanlılar vaxtilə Tiflis əhalisinin 30-40 faizini təşkil edib. XI əsrdə isə Səlcuqlar Gürcüstanda hakim qüvvə olub. Gürcü tarixçisi M.L. Lordkipanidzə qeyd edir ki, XI yüzilliyin 60–80 illərində Gürcüstanın ən əsas şəhərlərini (Tiflis, Rustavi, Dumanisi, Bolnisi, Samşvildi və s.) Səlcuqlar özlərinə tabe edib.
Tiflis şəhərində isə müstəqil əmirlik fəaliyyət göstərib. Qurucu Davidin hakimiyyəti zamanına kimi gürcü hakimlərinin heç biri Tiflis əmirliyini özünə tabe edə bilməyib. Həmin müəllif yenə xatırladır ki, X əsrin 80 və XI əsrin 60 illərində gedən və uzun sürən çətin mübarizələrə baxmayaraq IV Bakratın Kaxetiyanı və Tiflisi öz hakimiyyəti altında birləşdirməsi mümkün olmamışdı. Bu dövrdə Tiflis Cəfərilər sülaləsinin əlində idi. 1046-cı ildə Əmir Cəfər öldükdən sonra yerinə Əmir-Xeyca Tiflisə vali təyin edilir. Hətta Tiflis əmirliyi o qədər güclənmişdi ki, müəyyən vaxtlarda Kaxetiya, Rustavi, Qardabani ərazilərini özünə birləşdirmişdi.
Gürcü tarixçilərinin qeyd etdiyinə görə, 1080-cı ildə Məlik Şahın Gürcüstanı istilasından sonra türklərin Gürcüstana kütləvi axını başlayıb. Gürcü yazılı qaynaqlarında bu “didi türk oba – böyük türk əyaləti” kimi qeydə alınıb… Gürcü xalqının tarixinin bu məqamları uzaq keçmişdən xəbər versə də, artıq İ.V.Stalinin yaddaşına çoxdan həkk olunmuşdu. Başqa tərəfdən də Borçalı, Lüksemburq, Qarayazı, Başkeçid, Ağbulaq, Qaraçöp, Axalsıx, Axalkələk, Asbinza, Adıgün və digər ən məhsuldar və bərəkətli torpaqlarda, var-dövlət içində firavan yaşayan əhalinin əksəriyyəti azərbaycanlılar idi. Bu vəziyyət daima respublika başçılarını düşündürdüyü kimi, ölkə başçısının – İ.V.Stalinin də narahatlığına səbəb ola bilərdi.
1944-cü ildə Borçalı, Bolnisi, Başkeçid, Qarayazı və digər rayonlarda yaşayan azərbaycanlıların köçürülməsi haqqında da söhbətlər yayılmışdı. Xoşbəxtlikdən bu plan baş tutmadı. Görünür, bu tədbirə müxtəlif səbəblər mane olmuşdu. Ancaq sonralar Azərbaycan rayonlarının adları dəyişdi. Lüksemburq – Bolnisi, Borçalı – Marneul, Başkeçid – Dumanisi, Qarayazı – Qardabani, Qaraçöp – Saqaraco adları ilə əvəz edildi.
Mənbə: Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”