Xəmməd Alı

  Xəmməd Alı. İgidlik yalnız köntöy sözü sinirməməklə ölçülməyib. El adına ünvanlanan hədyana qətiyyətlə verilən cavab da mərdlik hesab edilib. Doşan Qurban Sarvana odun satmağa gedirmiş. Bir araba odun satıb kasıblığına vermək fıkrindəymiş. Muğannının altında arabasını saxlayır, atı açır; bir az dincəlmək istəyir. Hava ağarışdaşanda yolda bir odun arabası görünür. Doşan Qurban Xəmməd Alını tanıyır. Onunla

Ətraflı

Nəbi Əlləz oğlu

Nəbi Əlləz oğlu Sədilər nəslindəndir. Mərd kişi olub. İstər öz adına, istərsə də kəndin adına deyılən hər hansı hədyana gülləylə cavab verib. Ağır təbiətli, ləngər yerişli bu kişi “Allah verən can el yolunda qurban getməlidi” – deyərmiş. Dəli Xaçda Aşot adlı bir erməni “yetdiyinə yetib, yetmədiyiıno bir daş atırmş“. Əməlini azmış bu dığa həddini aşır. Kefinin

Ətraflı

Osmanlı Süleyman

Osmanlı Süleyman Ayvaz öyündəndir. Cəsarəti ilə ad qazanıb. Qorxu nə olduğunu bilməyib. El-obada özünə görə xətir-hörmət yiyəsi olub. 1892-ci il idi. Süleyman Haqverdi oğlunun ailəsi Saxundurda binələnmişdi. Qonşu kəndin bir dəliqanlısı ilə onun arasında söz-söhbət yaranır. Bu mübahisədən heç biri geri çəkilmir. Məsələ qəlizləşir. Axırda mübahisəni güllə tamamlayır; Süleyman həmin dəliqanlını öldürür. Onu mühakimə edirlər,

Ətraflı

Maşadı Feran

Maşadı Feran Poladdı nəslindədi. Qüvvətli, azman bir cavan olub. Dediyini eləyən adammış. Ölüm də olsa dediyindən dönməzmiş… Sarvandan bir nəfər Maşadı Ferana pul borcluymuş. Vədə günü çatanda Maşadı Feran qardaşı Qara Bədəli pulun dalınca gödərir. Sən demə, həmin gün Maşadı Ferana pul borclu olan adamın oğlunun toyuymuş. Qız evi gəlini aparmağa gələnlərin qarşısında şərt qoyubmuş ki,

Ətraflı

Dəli Eyyub

Qara Maşadılardandır. İgidliyinə, qorxmazlığına görə ona Dəli Eyyub deyiblər. Dostluqda da çox sədaqətli olub. Qasımlı Səməd ağa igid, mərd, hazırcavab adamlara həmişə ehtiram göstərirdi. Dəli Eyyubun adl-sanı ona da çatıbmış. Günlərin birində Dəli Eyyubu qonaq çağırır. Dəli Eyyub Mehdi ağanın, Əmirxan ağanın da iştirak elədiyi qonaqlığa Ayvaz oğlu Yolçu və Qalayçı oğlu İmaməli ilə bərabər

Ətraflı

Səməd Vurğun Faxralıda

Səməd Vurğun Faxralıda 2 dəfə qonaq olmuşdur. Bu barədə Hüseynqulu Məmmədli “Mən ellər Vurğunuyam”(Bakı 1981) kitabında yazdığı məqalədə qeyd edir. I görüş – 1953-cü ildə. Faxralı Gürcüstanda azərbaycanlılar yaşayan ən böyük kəndlərdən biridir. Bu kəndin ən əziz və mehriban qonağı xalq şairi Səməd Vurğun olub, desəm, yanılmaram. Şair Faxralıya ilk dəfə 1953-cü ilin may ayında gəlmişdi. Onu o zamanlar

Ətraflı
Zəlimxan Yaqub – “Faxralı mənəviyyat etalonudur”

Zəlimxan Yaqub – “Faxralı mənəviyyat etalonudur”

Faxralı Borçalının poeziya-söz, saz-aşıq sənəti məktəbinin mənəvi mərkəzlərindən biri, bəlkə də birincisini hesab edirəm. Faxralının mərd, qeyrətli, səxavətli kişilərinin adı-sanı zaman-zaman dillərdən düşməyib. Bu mənada Faxralı həm də qəhrəmanlığımızın, qətiyyətimizin simvolu olub. Kəpənəkçidə doğulmuşam. Bizim nəslimizin xeyir işlərinə Şair Nəbinin təbii, ilhamı şırqa verib. Əmim İlyaz 95 yaşındadı. Şair Nəbini əzbər bilən kişilərdən biri də

Ətraflı

Zurab oğlu Mustafa

Amaşlı nəslindəndir. Qeyrətdi, igid, el-oba yelinə uçan bir adam olub. “El təəssübü çəkməyənə kişi demək günahdı” – onun sözləridi. Bu amalla yaşayıb… Arançıları dağa, dağçıları arana aparan yollar yolçusuz olmur. Yol üstündəki bulaqların eyni açılır, güllər-çiçəklər adamın üzünə gülür, çəmənlər ayağına döşənir, ağacların kölgəliyi genişlənir. İllah da ki, yazda, yayda. Peşqurd vaxtıydı. Təhməzqulu ağa ilə

Ətraflı

Çərçi oğlu Hümbət

Faxralıda verilən sözə həmişə əməl edilib. Bu ağır eldə sözvermə andiçmə kimi qəbul olunub, verilən söz həmişə yerinə yetirilib. Verdiyi sözə əməl etməyənlərə görə Çərçi oğlu Hümbətin taleyinə çox daşlar dəyib; iki yaxın qohumunu – yeznəsini və yeznəsinin qardaşını öldürüb, qaçaq olub… Qaçaq həmişə öz igidliyinə, cəsarətinə, sığındığı elin camaatının mehr-məhəbbətinə küsənir. Onu haqlamaqda olan

Ətraflı

Aşıq Şenlik Faxralıda

Şairsən, önündə başımı əyim,  Gedim Faxralıya səndən nə deyim? Səadət Buta Aşıq Orucla (Qasımıllı nəslindəndir) Çıldirlı Aşıq Şenlik arasında bir sənət dostuluğu var idi. Bir gün Aşıq Orucun güzarı yenə Çıldıra düşür. İki sənətkar olanlardan-keçənlərdən danışır, şirin bir ev məclisi keçirirlər. Səhər açılır, hamının üzünə xeyirli sabahlar açılsın, Aşıq Şenlik əziz qonağını seyrangaha aparır ki, dostu bu tərəfləri

Ətraflı

Xalq şairi Hüseyn Arif – “Zamanın hökmüdü…”

Yaradıcılığı təbiətin könülaçan, gözdoyduran gözəlliklərindən qaynaqlanan, səmimi, kövrək lirikası ilə oxucusunun – hamımızın duyğularına sığal çəkən şair Hüseyn Arifin (Hüseynzadə) güzarı gözəlim Faxralıya da düşüb. Səməd Vurğunun, Osman Sanvəllinin təəssüratları onun bələdçisi olub, Faxralının ziyarətinə gətirib. Bu ağır elin qonaqpərvərliyi, ağsaqqallarının aqil misallı söhbətləri, dağları, meşələri, çeşmələri, çəmənləri onun da ilhamını kükrədib. Söz deyib söz eşitdiyi faxralıları

Ətraflı

Pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev Faxralıda

Əjdər AGAYEV Faxralıda olduğu anların təəssuratını, 15 sentyabr 2001-ci il də “Gürcüstan” qəzetində “FAXRALIYA QONAQ GƏLİB QALMASAN…” məqaləsində yazmışdır. Məqaləni ixtisarla təqdim edirik. 1973-cü ilin iyununda mən, Şəmistan Mikayılov və Rəfiqə xanım Mustafayeva Balakənə ezamiyyətə gedəsi olduq. Qayıdanda Şəmistan müəllim təklif etdi ki, gəlin yolu Tbilisidən salaq… Razılaşdıq. Günorta yeməyini Tbilisidə yedik və axşama Tbilisi-Bakı qatarına bilet

Ətraflı

Şair Abbas Abdulla – QEYRƏT QALASI

Babam – Borçalının məşhur şairi Alaxas ağa ilə Təhməzqulu ağa arasında sıxı yaxınlıq olub. Onların dostluğu indi də dillərdə söylənilir. Hər ikisinin mərdliyi, qeyrəti, təpəri mənim duyumumda yaşamaqdadır. Bu fakt mən Abdulla oğlu Abbasın Faxralıya bağlılığmın açarı olub. Orta məktəbi Faxralıda bitirmişəm: Həkim Tahirgildə (Bayramov) qalırdım. Rəhmətlik Sənəm xala mənə ana əvəzi olub, hər nazınıı çəkıb, məni Tahirdən seçməyib.

Ətraflı

Ömər Qoçulu – BU ELİ TANI!

İlk dəfə haraya ayaq bassanız, ilk dəfə hansı məmləkətə yolunuz düşsə, hər şeydən əvvəl o yerin, o məmləkətin təbii şəraitinə, bitkilərinə, ağaclarına, yaşıllıqlarına nəzər salın. Və əgər bu şeylər könlünüzü, gözünüzü oxşadı, yəni, görsəniz ki, oranın təbiəti axar-baxarlıdır, bitkiləri, ağacları yam-yaşıldır, şuxdur, gurdur, demək oranın insanları da safdır, təbiidir, nurludur, gümrahdır, eşqlidir!… Siz heç Faxralıda

Ətraflı

Sabir Mirzəyev (müğənni) – Xoşbəxtəm ki…

1968-ci ilin payızı idi. Respublikamızın xalq artistləri Şövkət xanım Ələkbərova, İslam Rzayev, mən, Rusif Məmmədov Gürcüstana qastrola getmişdik. Proqrama əsasən Borçalının iri kəndlərindən biri olan Faxralıda da konsert verməli idik. Bizə demişdilər ki, o vaxtlar bu kəndə 7000-dən çox adam yaşayır… Kəndin klubu ağzınacan dolu idi. Necə deyərlər, “ iynə atsan yerə düşməzdi“. Zalda ayaq

Ətraflı

Aşıq Əhməd Sadaxlı – Faxralı səxavət kanıdı

Faxralının keçmişi haqqında çox-çox illər bundan əvvəl ata babam Qara Rusdamdan eşitmişəm. Təhməzqulu kişi ilə babamın arasında dərin salağatdığ olub. O rəhmətdiklər elə çığır açıblar ki, onu dünyəsində ot basa bilmiyəcək. Ustadım Aşıq Hüseyn Saraçlı deyərdi ki, hər ağacdan hajat sapı olmaz. Ağacın sərti, köyrəyi var. El-oba da bir-birindən ciddiliyi, qətiyyəti, mağmınlığı, igidliyi ilə fərqlənir.

Ətraflı

Şair Nizami Saraclı – “Bilməyənlər bir tikənin qədrini…”

Faxralıya uşaqlığımdan bağlıyam. Özümü biləndən bəri bu ağır elə mehr-ülfətim olub. Altı yaşım vardı. Dəyirmana ağnağız aparırdım. Gün qüruba meylləndiyindən tələsiyirdim. Uzunqulağımız arxayınlıqla üzü dəyirmana tərəf gedir, məni də arxasınca çəkib aparırdı. Yolda-izdə bir ins-cins görünmürdü. Səssizlikdən eymənirdim. Qəflətən qulağıma bir mahnı səsi gəldi; məndən 100-150 addım qabaqda gedən atlı qayğısızlıqla oxuyurdu: Əbrişim libaslı, yasəmən

Ətraflı

Qaçaq Rusdam

Sənədli povestdən parçalar   Səhərin gözü yenicə açılmışdı. Xəfif-xəfif yel əsirdi. Ağacların xırdaca yarpaqları ürkəkliklə titrəşirdi. Hümbət oğlu Rusdam İmanlı tərəfdən dərəni keçib atdan düşdü. Boz kəhərinin qantarğasından tutub evlarinə evlərinə sarı döndü. Kaxının bulağının yanına çatanda dönüb arxaya baxdı və arxayınlıqla yoluna davam elədi. Doqqazlarının ağzında dayandı. Üç aydan çoxuydu ki, evlərinə gələ bilmirdi; ata

Ətraflı

Qara Namaz

Sənədli povestdən parçalar Bu ilin yazı erkən gəlmişdi. Hər tərəf yaşıllığa bələnmişdi. Ağacların tumurcuqları göm-göy göy üzünə boylanırdı. Kolların dibinə qısılmış bonövşolər dikələb üzü yollara sarı boylanırdı. Bulaqların pıçıltısı da şirinləşmişdi. Dünənki selləmədən sonra yollar, izlər qumla, çıl-çırpı ilə örtülmüşdü; bu ilki yaz bolluq, xoş güzəran vəd eləyirdi… Gün yaxırdı. Qara Namaz Başkeçidin ucqar evlərinin

Ətraflı

Faxralının toyları (lirik anım)

FAXRALININ TOYLARI (lirik anım) Saza-sözə beşik olan bir eldə, Saz ünvanlı ocaq eldə, pir eldə Hər məclisdə köynəyindən çıxardı, Havacatlar ürəklərə axardı. Özü boyda od olardı tavar saz, Duyğulara dad olardı tavar saz. Görəndə ki, dinməyənlər məst olub, Şadlanardı, şad olardı tavar saz. …Meydan boyu ləngər yeriş ozanın, Hər havası bir murazı yozanın Barmaqları şah

Ətraflı

Oyunlar, bayatılar, deyimlər…

Oyunlar a) Sözlü oyunlar b) Adi oyunlar “Çilik-ağac” oyunu Oyunçular hər tərəfdə üç və daha çox oyunçu olmaqla iki yerə bölünür: komandaların başçıları dayanır, oyunçular özlərinə şərti adlar verməklə iki- iki onlara yaxınlaşır. Kapitan hansı adı çəksə, həmin oyunçu onun tərəfində dayanır. Oyunda üstünlük aşağıda qalanlarda olur. Oyunçu üç çilik atmalıdı, buna toxma deyilir. Çilikləri

Ətraflı

Son söz

Gürcüstanda sovet hakimiyyətinin qələbqsindən keçən 70 ilə yaxın bir dövr ərzində burada yaşayan azərbaycanlıların bir qismi gah ağrılı, acılı, qəmli-kədərli günlərini yaşamış, gah da əzablı günlərini unudaraq, nisbətən rahat nəfəs almağa imkan tapmışlar. On illərlə davam edən belə sakit anlarda kəndlər abadlaşdırılmış, yeni məktəb binaları, klublar, mədəniyyət ocaqları, gözəl, yaraşıqlı şəxsi mənzillər tikilmişdir. Əhalinin yaşayıb-yaratmaq,

Ətraflı

Faxralının saz, söz dünyası

Bütün dövrlərdə Faxralıda saza, sözə maraq güclü olmuşdur. Bu, sonsuz el məhəbbətinin nəticəsidir ki, burada zaman-zaman adlan dildən-dilə düşən aşıq Polad, Şair Allahverdi, Güllər Pərisi, XIX yüzilliyin sonu, XX yüzilliyin I yarısında yaşamış Şair Nəbi, Hüseyn Mahmudoğlu, Əlləz Bəkiroğlu, Şair Alı, sonralar Şair Şaban, Rəhim, dünyadan vaxtsız getmiş Məmmədəli Zəngin, bu gün öz sandıq ədəbiyyatını

Ətraflı

Sazlı, sözlü dünyam mənim

İnsanoğlu çox zaman “vəfasız dünya“, “fani dünya”, “etibarsız dünya“, “baş günlük dünya” adlandırır səni. Axı əslində bu tənələrin, qınaqlann heç biri sənə yaraşmır. Hər kəs öz alın yazısı, öz qisməti ilə dünyaya gəlir və dünyadan köçür. Nədir sənin günahın? Sən qədrini, qiymətini bilənlər üçün qiymətlisən, gözəlsən, etibarlısan, həmişə yaşar, əbədisən. Mən də sənin geniş, sevincli-kədərli

Ətraflı

Erməni təxribatının qarşısı necə alındı

1991-ci ilin yazı idi. Gürcüstanın Bolnisi rayonunun Qoçulu kəndinin qəbristanlığında bir, qrup kinemotqrafiya işçisi azərbaycanlılara məxsus milli geyimdə azərbaycanlıların toy mərasimini video-yazıya köçürürdü. Ssenariyə görə, yarımçılpaq erməni qızları vahimə içində qaçışır, “toy”a toplaşan “azərbaycanlı cavanlar” onları qovurdu. Əsas məqsəd də elə bu məqamı video dili ilə tarixləşdirmək idi: guya “zavallı” gürcü qızları (seçilən qızların fızionomik

Ətraflı

Böhranlı illər, sonu görunməyən faclələr… (Qamsaxurdiyanın özbaşınalığı, Mübarizin qəhrəmanlığı və s.)

Kremldə rəhbər partiya aparatında yaşlı, iş qabiliyyətini itirmiş və xəstə adamların (Brejnev, Andropov, Çemenko) biri digərini əvəz etmələri və arenadan getmələri, 1985-ci ildə Mixail Qorbaçov kimi hiyləgər, xəyanətkar siyasət dəllalının hakimiyyətə gəlməsinə yol açdı. M.Qorbaçov Stavropol ölkəsində Partiyanın Mərkəzi Komitəsinin I katibi işləyirdi. Əhatəsində isə daima erməni daşnaq partiyasının gizli fəaliyyət göstərən iş adamları, mafiya

Ətraflı

Yeni məktəb tikintisi uğrunda…

Yeni məktəb tikintisi uğrunda… Faxralı kolxozunda, sonralar isə bir müddət sovxozda tikinti, abadlıq məsələləri günün vacib tələblərindən biri oldu. Hələ ilk illərdə inzibati bina, xəstəxana, uşaq bağçası binaları, mal-qoyun fermaları üçün damlar, yataqlar tikilmişdi. Kənd təsərrüfat maşınları – traktor, kombayn, molotilka üçün geniş dayanacaqlar yaradılmışdı. Bol ərzaq məhsulları üçün xüsusi sahələr ayrılmışdı. Kənd ətrafı şosse

Ətraflı

Ötən günlərə qısa səyahət

Əslinə qalsa, 30 il (1922-1952) bir ictimai quruluşdan ötəri o qədər də böyük tarix deyil. Ancaq bu az bir zaman ölçüsü şirinli, acılı xatirələrlə, mənəvi-mılli təzyiqlərlə, sıxıntılarla, təhqirlərlə doludur. Hazırda yada  düşdükcə insanı dəhşət bürüyür. Buna baxmayaraq Borçalıda, Bolnisidə xeyirxah, insani xatirələri yaşayan rayon partiya komitəsinin I katibləri Həsən Səbri, Zeynalov, Sexadze, Tavadze. Qoçuladze (Borçalı),

Ətraflı

Yenə Bakıda (Faxralının görkəmli şəxsiyyətləri və elm adamları barədə)

Yenə Bakıda Yarımçıq qalmış təhsilimi davam etdirmək məqsədilə 1947-ci ildə Bakıya gəldim. Uzun müddət ərizə-şikayətdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun IV kursuna qəbul olundum. Müharibədən sonra Bakı şəhərində xüsusi çətinliklər var idi. Qara çörəyi“ bir kiloqramı 8-10 manat idi. Yağ, pendir, qənd isə “od qiymətinə” satılırdı. Qənd əvəzinə su köşklərindən saxarin alıb çayla içirdik. Kənddən

Ətraflı

Müharibədən sonrakı quruculuq illəri

Müharibənin qələbəsindən sonra Faxralı “Yeni yol” kolxozunun adı dəyişib “Qələbə” oldu. Müharibədən sağ qayıdanlann hesabına kolxoz işçi qüvvəsi ilə qismən təmin olundu. Qadınların əməyi yüngülləşdi. Kolxoz yeni kənd təsərrüfatı texnikası, yük maşınları ilə təmin olundu. Aclıq, yoxsulluq aradan qaldırıldı. 1946-1948-ci illərdə kolxozun ümumi gəliri xeyli yüksəldi. Hər zəhmət gününə 8-10 kq taxıl, qarğıdalı, pendir, yun,

Ətraflı

Qarayazının Kosalar kəndindən olan İsaxan ağanın qaçaqlıq həyatı (Beriyanın Saburtalalı Qara Namaza əsr düşməsi, onunla dostlaşması və sonralar ona qızıl su ilə yazılmış mauzerini hədiyyə etməsi)

Yeni quruluşla barışmayan və ona qarşı mərdliklə mübarizə aparan varl1 adamlardan biri də Qarayazının Kosalar kəndindən olan İsaxan ağa idi. O başqa qaçaqlar kimi başına 10-15 silahlı toplayıb meşələrdə qaçaqlıq etmirdi. İsaxan Qarayazıda ən varlı şəxslərdən biri idi. Onun qoyun sürülərinin, qaramal naxırının, at ilxısının sayı-hesabı məlum deyildi. Həmişə olduğu kimi, Şura hökuməti Gürcüstanda bərqərar

Ətraflı

Tarxi keçmişimizə bir baxış

Təəssüf ki, Azərbaycanda qədimdən xatirə, gündəlik, əlamətdar tarixi hadisələrin qeydini aparmaq dəbdə olmayıb. Bu barədə qədim ərəblərdən və yunanlardan sonra ermənilər daha çox səxavət göstəriblər. Ermənilərin kilsə xadimləri, səyyahlar, tacirlər öz növbəsində yaşadıqları dövrün tarixi hadisələrinə biganə qalmamışlar. Buna görədir ki, xristiyan tarixçilərinin vaxtilə yazdıqları əsərlər Qafqaz xalqlarının qədim və orta əsr tarixlərini öyrənmək üçün

Ətraflı

Böyük Vətən Müharibəsinin qələbə ilə başa çatması (L.P.Beriya barədə qeydlər)

1941-1945-ci ildə Hitiər Almaniyası ilə müharibədə Sovet dövləti müttəüqlərin (Amerika, İngiltərə) köməyi ilə qələbə çaldı. Ancaq bu müharibə ağır itkilər, iqtisadi dağıntılarla başa çatdı. Beş illik müharibədə almanlar artıq bir çox Avropa dövlətlərini işğal etmişdi. Müharibə Şimali Qafqaza qədər gəlib çatmışdı. Rusiyanın iri şəhərləri dağıdılmışdı. Leninqrad mühasirədə idi. Şəhər əhalisi ordu ilə birlikdə düşmənə qarşı

Ətraflı

Müharibənin nəticələri : xəstəlik, açlıq, xalqların sürgünü… (Qazaxlı Məmmədin oğlu Hüseynin sədaqətli həyat yoldaşı, türk kökənli xalqların sürgün edilməsi)

1943-cü il kənd əhalisi üçün daha dəhşətli keçdi. Müharibənin törətdiyi bəlalara – aclıq, yoxsulluq, göz yaşlarına çətinliklə də olsa xalq dözürdü, ancaq üstəlik də kəndi yoluxucu tif xəstəliyi bürüdü. Məktəbdə dərslər dayandırıldı. Tiflisdən xüsusi həkim briqadası gəldi. Məktəbdə qərargah yaradıldı, təcili yardım dəstələri təşkil edildi. Xəstəliyin qarşısını almaq, ölüm hadisəsini azaltmaq üçün gecə-gündüz, əsil mənada

Ətraflı

Müharibə illəri (1941-1945-ci illər, Faxralıların cəbhəyə təyyarə hədiyəsi, erməni hərbi komissar Variyanın xalqımıza qarşı özbaşınalığı)

Bəşəriyyətə ölüm gətirən müharibə illəri (1941-1945-ci illər) 1941-ci il iyun ayının 22-si alman faşistlərinin Sovet sərhəddinə hücumu barədə xəbər dünyanın hər yerinə yayıldı. Artıq bu müharibənin başlanması demək idi. Bu barədə SSRİ Xarici İşlər naziri V. M. Molotovun Sovet Xalqına radio ilə müraciəti böyük təşvişə və sarsıntıya səbəb oldu. Müharibənin nə demək olduğunu yaxşı bilirdik.

Ətraflı

Erməni xisləti və “Göy at”ın hekayəti

Rəhmətlik Səkinə nənəmdən tez-tez eşidirdik ki, Mahmud dayım əli açıqlıqda dayısı Məməş Məhəmmədə, at saxlamaqda isə atası Bayram kişiyə oxşayırdı. Doğrudan da dayım yaxşı say-seçmə atlar saxlardı. Söz düşəndə də deyərdi ki, at igidin qardaşıdı. Koroğlunu Qıratsız, Şah İsmayılı Qəmərtaysız, Qaçaq Nəbini Bozatsız təsəvvür etmək olmaz. O, 1933-cü ildə Şülaver bazarından iki at almışdı. Bu

Ətraflı

Faxralida ilk mədəni tədbirlər, səhlyyə və maarifin başlanğıcı

Faxralida ilk mədəni tədbirlər, səhlyyə və maarifin başlanğıcı MƏDƏNİYYƏT Hələ inqilabdan çox-çox əvvəl Faxralının tədbirli, xeyirxah kişiləri kəndin abadlığına can yandırmışlar. XVII yüzilliyin sonlarında iki məscid (şiə və sünnü məscidi) tikilmiş, XX əsrin əvvəllərində (1914-1919) uzaq məsafədən kəndə su kəməri çəkilmiş, 5 yerdə yaraşıqh bulaqlar, əlavə su ambarları tikilmişdi. Bulaqların üstünə xeyriyyəçi şəxslərin adları həkk

Ətraflı

Xəyanət (Kollektivləşmənin ilk qurbanı)

1931-ci il qanlı yanvar hadisələri hələ qırmızı terrorun gələcək illərində törədəcəyi ağır cinayətlərin başlanğıcı idi. Şiddətli dolu yağışından qabaq səslənən vahiməli göy gurultusu və ildırım şaqqıltısı kimi baş verəcək faciələrdən xəbər verirdi. Hələ insanlar nəsil-nəsil şəhərlərdə, kəndlərdə çox qanlı hadisələrlə üzbəüz dayanacaqdı, günahsız qurbanlar verəcəkdi… Faxralıda kollektivləşmənin ilk illərində belə qurbanlardan biri də Binəli Hüseyn

Ətraflı

1931-ci il represiya qurbanları (Aşır oğlu Mehralının, Təhməzqulu oğlu Mirzəlinin güllələnməsi)

1931-ci il Qanlı Yanvar günləri 1931-ci ildə gənc Şura hökumətinin bütün ərazilərində (şəhər, rayon, kəndlərində) “daxili düşmənlərdən təmizlənmə” (operasiya) tədbiri keçirilirdi. “Operasiya” – təbabətdə insan həyatını ölümdən xilas edən son əməliyyat kimi şəfalı, sevinc, xoş təəssürat bəxş edən bir məram olduğu halda, 1931-ci ildə bu söz “cəmiyyətin təmizlənməsi” simvoluna çevrilərək saxta, insanlara bədbəxtlik gətirən, göz

Ətraflı

Faxralıda “Qaçaqlıq” hərəkatı

Faxralıda bolşeviklərin hər şeyin ümumi olması  ideyası, bir çox şayələrin yaranmasına səbəb olmuşdu. Şayələr yayılmışdı ki, nəinki var-dövlət, hətta qadınlar da ümumi olacaqdır. Bu səbəbdən bir çox insanlar (əsasən varlılar) hökümətə tabe olmamaq üçün “qaçaqlıq” etməyə başladırlar. Onlar söz-söhbətlərdən qorxub ailəsinin namusunu qorumaq üçün silahlanıb meşələrdə qaçaqçılıq edirdilər. Bu silahlı dəstələr dağlarda, dərələrdə, meşələrdə məskən salmaqla

Ətraflı

Faxralının nəsilləri

1920-1921-ci illərdə Gürcüstanda Sovet hakimiyyəti qurulana qədər Faxralıda təxminən aşağıdakı tayfalar yaşayırdılr: Hasanlı Alqullar, Abış evi, Cimilər, Cananlar, Endirlər Qazaxlı Qurbanlılar, Əhmədalılar, Nabadoğulları Aşırlı Dərgahlı (Şeşəpapaqlar, Xuduöyü, Daqqalar, Əfgərli və s.) Quyraxlı, Zamanlı Çöllüöyləri, Vərzalar, Qarabədəllər Güllər, Hacı Molla Oruclar, Yahyalar, Mollaöyü, Novruzöyü Keçili, Mahmıdlar, Orucunnu, Bayrışdar Alməmmədli (Bədəlli, Məməşdər-Teşərələr) Amaşdı, Məsimoğulları Baləmmətli, Qubuş evləri

Ətraflı

Yaylaqlar, binələr, qişlaqlar…

Qonşu kəndlərə nisbətən Faxralı kəndi maldarlıq, qoyunçuluq, əkinçilik üçün əlverişli olan çox geniş çox geniş coğrafi ərazidə yerləşib. Kəndin ərazisi tarixən bir tərəfdən İmirhəsən, Qoçulu, Molla Əhmədli, Qoşakilsə, Saraçlı başqa bir tətəfdən də Qurdu, Darbaz (erməni kəndləri), Hopret (yunan kəndi), sərhədləri Ermənistan ərazisinə dayanan Becanoğuzaran qışlağı, digər tərəfdən Kəpənəkçi, Cəfərli, Bolus-Xaçın (gürcü kəndi) ilə həmsərhəddir.

Ətraflı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur