Ələddin Dəmirçinin şeirləri
Ələddin Dəmirçi haqqında Elimizin çox dəyərli oğlu, hədsiz dərəcədə elinə, yurduna, təbiətə vurğun olan və elimizin sevimli şairi Oruc Nikbinə Ələddin Dəmirçi tərəfindən yazılmış şeir:
ƏtraflıƏləddin Dəmirçi haqqında Elimizin çox dəyərli oğlu, hədsiz dərəcədə elinə, yurduna, təbiətə vurğun olan və elimizin sevimli şairi Oruc Nikbinə Ələddin Dəmirçi tərəfindən yazılmış şeir:
ƏtraflıHamlet Kazımoğlu haqqında Hamlet Kazımoğlu demişdir: * Səbrim ömrümdən uzundur. * Məni sevgimdən tanıyacaqlar. * Yaşamağın dadını gördüm, yolunu tapmadım. * İçində yer saxla mənə, öləndə Vətəndə ölüm. Yaman qəribsəmişəm Yaman qəribsəmişəm, Heç bilmirəm neyləyim? Buludları yerə töküm Yağışlar tərsinə yağsın Ağaclar kökündən bar versin Dünyanı baş-ayaq eyləyim. Yaman qəribsəmişəm, Heç bilmirəm neyləyim? Bir həsrət
ƏtraflıFatma Aslan barədə məlumata baxış Fatma Aslanın kitabları Faxralı Quru kəsəyim, daşına qurban. Qayadan süzülən yaşına qurban. Borçalı üzükdür – dedi sənətkar, Faxralı adına, qaşına qurban. Nəbi babam, “ağır elim var“ dedi, Türki yeyən imran dilin var dedi. Sinəsində sonaları çırpınan, “Keçi qiran , Divsiz” gölün var dedi. Ağır elin eli keçməz, amandı, Candan
ƏtraflıHəzi Həsənli barədə məlumata baxış Faxralım Əgər sən olmasan məndə olmazdım, A layla beşiyim – nənni Faxralım. Mən səni heç zaman belə bilməzdim, Dumanlı Faxralım, çənli Faxralım. Mənə balam deyən anamsan vətən, Mənə lalam deyən sonamsan vətən. Obamsan, yuvamsan, binamsan vətən, A mənsiz Faxralım, mənim Faxralım. Gözəldağın gözəlliyin naxışıdır, Qızıl qayan qartallann baxışıdır. Toz-torpağın, palçığın da
ƏtraflıOruc Nikbin (Əlizadə) barədə məlumata və yazdığı kitablar haqqında buradan tanış ola bilərsiniz. TEYMURAZ Tanındın layiqli bir loğman kimi, Fəqət öz canına illacın hanı?, Əzrayıl yolunu vaxtsız kəsdimi? Qərq etdi torpağa gözəl insanı. Şəfalı gözlərin bir baxış ilə, Dinməz körpələrin dərdin bilərdi. Yoxlardm cismini əllərin ilə, Körpə gözün açıb üzə gülərdi. Neçə kədər basmış analar
ƏtraflıHüseyn Faxralı barədə məlumat Faxralı sevgili şeirlərdən nümunələr Fəxr elə ki… Yaddaşlarda tarix yatır, arxivlərdə keçmişin, Qədim, köhnə başdaşları, məzar yeri, köçmüşün, Zalım, zülümün əlindən baş götürüb, qaçmışın, Yurd-yuvadan perikmişin, diyar-diyar uçmuşun, Bu olmuşlar həqiqətdi, danılmazdı, Faxralım. Mərd igidlər, ərənlərin ortalıqda at oynadan, Şir ürəkli oğulların məskənisən, oylağısan. Zaman-zaman olmuş, olur, olacaqdı çuğulların, Yaxşının da,
Ətraflıİlyas Namazov barədə məlumat Faxralıdı Harda olsam fəxr etmişəm, iftixarım Faxralıdı, Alnıaçıq, başıuca – öz vüqarım Faxralıdı. Eli atıb tutan bay olarmı bu dünyada, Qəza gəlsə, dara düşsəm xilaskarım Faxralıdı. Babam mənə miras verib bu laləzar torpaqları, Qarş-qarış qismətimdi – dövlət-varım Faxralıdı. Bahar gəlib, ətirlənib seyrəngahım bulaq üstə, Kef məclisi qurulanda yoldaş, yarım Faxralıdı. İlyasam,
ƏtraflıRəşid Faxralı barədə məlumat Bir qılıncdı bu Borçalı deyilən, Bu qılıncın tiyəsidi Faxralı! Söz meydanı bu obaya ad olub, Keçmişini öyəsidi Faxralı. İndilikdə – havam, suyum ölərsəm Sümüyümün yiyəsidi Faxralı!.. Bu kənd – Faxralı Uca dağdır, göy yaylaqdı, Sıx meşədir, gur bulaqdı. Odu sönməz bir ocaqdı, Sehr dolu gözdür bu kənd. Sığınıb söz çırağına,
ƏtraflıŞair Nəbi barədə məlumat DÜNYA Doğrudan-yalandan dərs verdin bizə, Çıxmadı işlərin bir yana, dünya. Nə mənzilin bəllidi, nə də məkanın, Cadalar düşübdü hər yana, dünya. Xudam zinət verib dağınnan, daşa, Nə sultan tanıdın, nə xan, nə paşa. Çoxları cəhd etdi, çıxmadı başa, Gəlibdi əlindən amana, dünya. Ruzidə bəllidi fəsildə yaylar, Ötür ömrümüzdən həftələr, aylar. Keçir
Ətraflı“Haça qaya”, “Sulu gəzdək”, “Çal dağı”, Faxralının torpağıdı bu yerlər. “Xurdaçalar”, “Yeddi qardaş yatağı”, Faxralının torpağıdı bu yerlər. “Gilli burun”, “Dələverin dərəsi”, “Üç təpədi kəndimizin bərəsi. Göylərində buludların nərəsi, Faxralının torpağıdı bu yerlər. “Yataq dağı”, “Böyük burun”, “Altı daş”, “Keçli dərə”, ‘Taxtalar”nan ayaq-baş. “Püşdü”dən en “Kor bulaq”da süfrə aç, Faxralının torpağıdı bu yerlər. Bir tarixdi
ƏtraflıSəməndər Məmmədov barədə məlumat Səməndər Məmmədov: “Səngərim…” şeiri KİTAB TUTMAZ MİN DASTANIM, FAXRALI Vurğun könlüm pərvanədir başında, Canımdan da əziz canım, Faxralı. Həyatım, varlığım, zövqüm, kamalım, Səcdəgahım, din-imanım, Faxralı. Qızılqaya, Böyükgüney, Qaradağ, Səngərimdə əriməyən qara bax. Dağlarında “Cəngi” çalır hər bulaq, Ömrümdə mənalı anım, Faxralı. Eşqinlə çırpınır könlümün səsi, Oylağım, yuvamsan, Möylə dərəsi. Səndədir, ceyranın,
ƏtraflıMəhsəti Şeyda barədə məlumat ÜRƏK SƏHV EDƏNDƏ Mənə ümid verən qara gözlərin, İndi nağıl olub, nağıla dönüb. Oğrun baxışların, şirin vədlərin, Bir ovuc zəhərli noğula dönüb. Ürək səhv edəndə nə olar, gülüm, Çalış ki, bir daha yanılmayasan. Sevənlər qəlbini ovlayıb, atıb, Sonra dəllal kimi tanınmayasan. HARDA QALDIN? İlk sevgimi anan da mən, Səni yada salan
ƏtraflıMirvair Məmmədova barədə məlumat LALƏLƏR Təzə-təzə göz açan, Çəmənə ətir saçan, Dodağı qan lalələr; Yanar ulduzlar kimi, O qızıl piyalələr. Yel əssə, yellənərlər, Axarlar, sellənərlər. Ö çiçək dilləriylə Astaca dillənərlər. Külək çölü ətəklər, Çəməndə güllər qalar. Bir lalə yanağından Neçə arı bal alar. NƏNƏMİ Boz-bulanıq gölə dönüb gözlərim, Axtarıram burmabirçək nənəmi. Oxşarında bir ağbirçək qalmayıb,
ƏtraflıFikrət Məmmədov barədə məlumat GÖZƏL DAĞI Gözəl dağı, qollarını bircə aç, Öz balan tək qucağına atılım. Nə ki sağam, qoy asılım boynundan, Öləndə də torpağına qatılım. Arzum budur, uca, məğrur başından Dünya varkən, qara yellər əsməsin. Əl-ətəyin dolu olsun çiçəklə, Səngərində bircə mərrmi bitməsin. Gözəl dağım, ulu babam oylağı! Fikrətəm, adına şeir yazıram. Harda olsam,
ƏtraflıSöhbəddin Məmmədov barədə məlumat DÜNYADI A dostlar, bilin ki, düz tutulmayıb Mayası, yalandan yalan dünyadı. Kimiyə səfadı, kimiyə cəfa, İnsanı ucaldan, salan dünyadı. Dinləyin sazımı, dinləyin bir az, Dərdimi çəkəmməz nə Kür, nə Araz. Nə ola, gözündə qalmaya muraz, Əhdinə vəfasız olan dünyadı. Sevinci dayazdı, kədəri dərin, Söhbəddin, ağırdı qəza-qədərin. Talayıb könlümü, bilmirəm sirrin –
ƏtraflıƏli Faxralı barədə məlumat QOCALARMI Bu dağlara sidq-ürəklə Meyl salan qocalarmı? Əzgillidə cah-cəlalla, Binə quran qocalarmı? Qoşa bulaq, adın cardı, Yahalardan yadigardı. Görməyənlər intizardı, Gəlib görən qocalarmı? Sair könlüm, gəzmə xəstə, Dərmanını burdan istə. Qara dağdan Gəzdək üstə Gedib-gələn qocalarmı? Qızıl qaya sinəsində, Dincələsən kölgəsində. Faxralının binəsində, Ömür sürən qocalarmı? Əli, götür telli sazı, Çal-oxu
ƏtraflıDünyamalı Əsgərov barədə məlumat BİR GÜN Könül, havalanma bahar eşqinə, Gələr zimistan, qar olar bir gün. Əsər yellər, boran olar – sərt boran, Gördüyün o günlər dar olar bir gün. Qəvvas olub, dalma dərin dəryaya, Etibar eyləmə bulanıq çaya. Hərçənd sərindir kölgədə qaya, Dincəlmə dibində, mar olar bir gün. Dünyamalı öydünü söyləyər, Anlayanlar qulaq verib
ƏtraflıHüseynqulu Məmmədli barədə məlumat KAMANDAR Dizimdə taqət yox, gözümdə qara, Gözləməkdən yollarını, Kamandar. Günü-gündən dərdi-qəmim azalır, Dilləndirsən tellərini, Kamandar. “Urfanı”dan əhli-ürfan kam alar, “Yanıq Kərəm” ürəklərə od salar, Eşqə düşən, ərənlərdən cam alar, Dinləyəndə xallarını, Kamandar. “Mənsuru”nda Mənsur dara çəkilər, “Zarıncı”da gözyaşları tökülər. “Divanı”də xanimanlar sökülər, Görmək olmaz əllərini, Kamandar. Keçib gedir ömrümüzün karvanı, “Misri”,
ƏtraflıŞair Şaban barədə məlumat Şair Şabanla Qara Qəribin “küsüşməsi” Ağlama Elə durma – qəm içində, Gül, ağlama, gül, ağlama. Sən ağlasan mən ağlaram, Gəl ağlama, gəl ağlama. Sənin umuddu sözünü, Ocağıma qat közünü. Görən itirər özünü, Göz yaşını sil, ağlama. Cismim yandı ahu–zardan, Üzülürəm intizardan. Gəl Şabanı qurtar dardan, Ürəyini al, ağlama!
ƏtraflıŞair Ali barədə məlumat QARDAŞ Yazginən məktubu şahlar şahına, Odur hər işlərin çarası, qardaş. Dilimin əzbəri qibləgahıma, Qoymaz dostu darda ağası, qardaş. Söylə görüm, varıbsınız hayana, Məhəmməd hümməti qərq olmaz qana. Yetişdi, məktubun çatdı anama, Sevinsin hamının anası, qardaş. Kərəm sahibinin çoxdu qərarı, Gün çıxar, hər yerdə əridər qarı. Allah göstərməsin heç kəsə darı, Dağılar
ƏtraflıQara Qərib barədə məlumat Cənnət bulağı Nə gözəl xəlq edib yaradan səni, Sirrinin seyrinə dalanlar bilənlər. Çiçəklərin loğman, otların təbib, Dərdinə dərmanı bulanlar bilər. El köçüb üstünə, binə quranda, Döşlərin bənzəyir mağarlı kəndə. Sulanıb, köz üstə kabab bişəndə, Dadını mehmanın olanlar bilər. Tökülər üstünə min bir mey-məzə, Çiçəkli çəmənin çalar gülgəzə. Bülbül cəh-cəh vurar gül
ƏtraflıSəkinə Məmmədalı qızı barədə məlumat ALIM, HEY! Heç bilmirəm, hardasan, İgidim hey, Alım, hey! Şər atıblar, dardasan, İgidim hey, Alım, hey! Adın gəzir dillərdə, Baxmır bizə illər də. Sərkərdanam ellərdə, İgidim hey, Alım, hey! Alməmmədli Səhnəyəm, Bərəkətsiz təhnəyəm, Sənsiz kiməm – heç nəyəm, İgidim hey, Alım, hey! *** Könlümdə yarımın şəkli qalıbdı, Gözümdə qapqara kəkli
ƏtraflıGüllər Pərisi barədə məlumat QARDAŞ Qarsa tərəf baxıb, baxıb, ağlaram, Vurulub köksümə yaralar, qardaş. Sinəm üstün çalın-çarpaz dağlaram, Dolanır könlümdə haralar, qardaş. Eşqin badəsini yaman içibsən, Dərd əlindən Türk elinə qaçıbsan. Qohumdan-qardaşdan niyə keçibsən, Divan işə baxıb aralar, qardaş. Qəlbim qövr eyləyir köhnə yaradan, Çox keçməz, çıxarsan qorxu-qaradan. Sıra dağlar çəkilsəydi aradan, Görünərdi gözümə oralar,
ƏtraflıAllahverdi İbrahim oğlu barədə məlumat YANDIRAR Yaram qəm-qubarda, can intizarda, Eşqinin atəşi məni yandırır. Saxla qədəmini, gəlmə yaxına, Od düşər üstünə, səni yandırar. Yenə havalandı könlümün quşu, Çoxdu qəm-qüssəsi, həm fikri-huşu. Yığılıb yanına tayınnan-tuşu, Xınalı dəstində şəmi yandırar. Eşit Allahverdinin ah-fəryadını, Ləbin şirin: bal da verməz dadını. Gəlin sizə faş eyləyim adını: Ağ üzündə üç
ƏtraflıAşıq Polad barədə məlumat Olarmı Ay ağalar, gəlin sizə söyləyim, Pünhani işləri duymaq olarmı? Bir ustad ki, şəyirdinə kəm baxa, Onu ustad yerinə saymaq olarmı? …Qalıbdı gözləri, getmir ayağı, İstəyir belimdə ola bir yağı. Tökülü əhəl atın yalı, quyruğu, Onu ləyaq bilib minmək olarmı? Polad cəhd eylədi, ala saznı, Nə fayda, ustadsan, qıymaq olarmı?
Ətraflı