Ələddin Dəmirçi haqqında

Elimizin çox dəyərli oğlu, hədsiz dərəcədə elinə, yurduna, təbiətə vurğun olan və elimizin sevimli şairi Oruc Nikbinə Ələddin Dəmirçi tərəfindən yazılmış şeir:

QAYIT ÖZ YURDUNA, ELINƏ QAYIT!

Qayıt öz yurduna, elinə qayıt
Kəs bu ayrılığı, unut həsrəti,
Bülbüllər heç zaman, sevməz qəfəsi,
Elin nəfəsidir, şair nəfəsi,
Qayıt öz yurduna, elinə qayıt!

Sənsiz bu təbiət darıxır vallah,
Qıy vuran qartallar karıxır, vallah,
Yam-yaşıl meşələr soluxur, vallah,
Qayıt öz yurduna, elinə qayıt!

Sən gəzən dərələr, dağlar burdadı,
Çörəyə duz sap ye, verər bal dadı,
Özün şəhərdəsən, meylin yurtdadı,
Qayıt öz yurduna, elinə qayıt!

Onsuz da qəribdir, sənsiz bu dağlar,
Geri dön, qoy olsun, qəmsiz bu dağlar,
Ucalmaz dumansız, çənsiz bu dağlar,
Qayıt öz yurduna, elinə qayıt!

Gəlmir qayalardan kəkliyin səsi,
Sükuta qərq olub, Ballı dərəşi,
Binəsində qatarlaşmır dəyəsı,
Qayıt öz yurduna, elinə qayıt!

Qoyma darıxmağa, təkdir Təpəkli,
Enmir bulağına, beli səhənglı,
Gəzmir at belində, bığı eşməklı,
Qayıt öz yurduna, elinə qayıt!

Vurğunmu doğuldun?, Vətənə, elə,
Bir az canına bax, özünü gözlə,
Fəxrsən, dayaqsan, zənginsən sözlə,
Qayıt öz yurduna, elinə qayıt!

Susmuş bulaqların sözünü aç gəl,
Batmış çeşmələrin, gözünü aç gəl,
Yarıb biçənəkdən, izini aç gəl,
Qayıt öz yurduna, elinə qayıt!

Payız, qış taxtından yıxılan zaman,
Təbiət yaz havası, qoxuyan zaman,
Quşlar yuvasını toxuyan zaman,
Qayıt öz yurduna, elinə qayıt!

Dolan el içində, üzünü görək,
Mehriban baxışlı gözünü görək,
Gələn baharını, yazını görək,
Qayıt öz yurduna, elinə qayıt!

Baxacam yollara Səngər dağından,
Alacam müjdəni Gözəl dağından,
İçək Tənəklinin gur bulağından,
Qayıt öz yurduna, elinə qayıt!

Aldı kitabını Alek Dəmirçi,
Oxudu, ağladı, göynədi içi,
Bütün el gözləyir Nikbin Orucu,
Qayıt öz yurduna, elmə qayıt!

Dəmirçi Alek

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur