QOCALARMI
Bu dağlara sidq-ürəklə
Meyl salan qocalarmı?
Əzgillidə cah-cəlalla,
Binə quran qocalarmı?
Qoşa bulaq, adın cardı,
Yahalardan yadigardı.
Görməyənlər intizardı,
Gəlib görən qocalarmı?
Sair könlüm, gəzmə xəstə,
Dərmanını burdan istə.
Qara dağdan Gəzdək üstə
Gedib-gələn qocalarmı?
Qızıl qaya sinəsində,
Dincələsən kölgəsində.
Faxralının binəsində,
Ömür sürən qocalarmı?
Əli, götür telli sazı,
Çal-oxu yaylaq avazı.
Barmaqlan al-qırmızı,
Zoğal dərən qocalarmı?
SİZİ
Nə gözəldir bizim dağlar,
Heç görməsin yaman sizi.
Sizdən ayrı düşən ağlar,
Bürüməsin duman sizi.
Ellər öü həmdəm seçib,
Yaz qonubdur, payız köçüb,
Gözlərinnən görüb keçib,
Neçə tarix, zaman sizi.
Özü şahdır, tacı qardı,
Sevgilisi növbahardır.
Bakirəli, düz ilqardı,
Unutmaram, inan, sizi.
ÖLMƏZ
Hər məclisdə söyləmişəm,
Muğanlıdan keçən ölməz.
Mən də niyyət eyləmişəm,
Faxralıya köçən ölməz.
Yolum düşə Til dağından,
Ceyran-cüyür oylağından.
Aşıq Hasan bulağından,
Nəziksudan içən ölməz.
Əli, yetmiş yaşın nəsdi,
Yüz yaşasan, sənə bəsdi.
Etibarlı, yaxşı dostu
Bizim eldən seçən ölməz.