Fatma Aslan barədə məlumata baxış

Fatma Aslanın kitabları

 

Faxralı

Quru kəsəyim, daşına qurban.
Qayadan süzülən yaşına qurban.
Borçalı üzükdür – dedi sənətkar,
Faxralı adına, qaşına qurban.

Nəbi babam, “ağır elim var“ dedi,
Türki yeyən imran dilin var dedi.
Sinəsində sonaları çırpınan,
“Keçi qiran , Divsiz” gölün var dedi.

Ağır elin eli keçməz, amandı,
Candan keçər, eldən keçməz, amandı.
Meydanında at oynatmaz yağılar,
Çeşməsindən yadlar içməz, amandı.

“Ana yurdum” payızın var, yazın var,
Tarix ilə pıçıldaşan sözün var.
Milyon milyon ürəklərə söz açan,
Dədəm Qorqud yadigarı sazım var.

Sən tarixin yaddaşından birisən,
Namus, qeyrət, pak ad çalır dünyada.
Dünənindən, bu gününə salam de,
Oğuz yurdu, ötənləri sal yada.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur