“Haça qaya”, “Sulu gəzdək”, “Çal dağı”,
Faxralının torpağıdı bu yerlər.
“Xurdaçalar”, “Yeddi qardaş yatağı”,
Faxralının torpağıdı bu yerlər.“Gilli burun”, “Dələverin dərəsi”,
“Üç təpədi kəndimizin bərəsi.
Göylərində buludların nərəsi,
Faxralının torpağıdı bu yerlər.“Yataq dağı”, “Böyük burun”, “Altı daş”,
“Keçli dərə”, ‘Taxtalar”nan ayaq-baş.
“Püşdü”dən en “Kor bulaq”da süfrə aç,
Faxralının torpağıdı bu yerlər.Bir tarixdi “Alğullunun dərəsi”,
Keçilməzdi “Tərs pöhrən”in pöhrəsi,
“Yaylım təpə”, “Əlləzin ov bərəsi”,
Faxralının torpağıdı bu yerlər.“Qoşa tillər” bir-birindən aralı,
“Qurddu dərə” baş tərəfdən daralı.
“Sarağanlı” başdan-başa saralı,
Faxralının torpağıdı bu yerlər.“Miçnə daşı”, “Yol ayrıcı” nişandı,
“Bolus gəzdək”,”Mığırlı”ya aşandı.
Şairləri dastan deyib qoşandı,
Faxralının torpağıdı bu yerlər.“Kollu quzoy”, “Sarı gəzdək”, “Til yalı”,
“Mırıx mağa”, “Əzməliy”in bir yanı.
“Salah dərə” heyran edir insanı,
Faxralının torpağıdı bu yerlər.“Şirin təpə” çox təpədən şirindi,
Bilən varmı “Daşlı boyun” kimindi.
“Üngül daş”ın yeri necə bilindi,
Faxralının torpağıdı bu yerlər.“Palıd”lıdı cüyürlərin ovlağı,
“Böyük günöy”, “Daşkəsən”in dayağı.
Yazda daşar “Ballı dərə” bulağı,
Faxralının torpağıdı bu yerlər.Aşıq Şenlik orda demiş dastanı,
Əbəs deyil, sözlərimin var canı.
Qaça-qaça Musa vurub ceyranı,
Faxralının torpağıdı bu yerlər.“Marallı boyun”da görsən maralı,
Vurub cəsədini qoyma yaralı.
Hürküdün, qaçışsın yanı balalı,
Faxralının torpağıdı bu yerlər.“Nəsibin binəsi”, “Nəcəfin yeri”,
Sürün səfasını qalmasın geri.
Kim getsə hazırdı qonağın yeri,
Faxralının torpağıdı bu yerlər.“Dam qaya”da daldalanıb yatmışam,
“Göy boyun”da çöl ocağı çatmışam.
“Yastı yal”da nişan qoyub atmışam,
Faxralının torpağıdı bu yerlər.“Cülkəli”dən “Qatarlara” yol aşır,
“Mülküm dərə”, “Mehdi yalı” dolaşır.
“Qoruq tala”, “Novlu” ilə yanaşır,
Faxralının torpağıdı bu yerlər.“Daş üklənən”, “Kömürxana” dalbadal,
“Müşöylə”ni çox gəzmişəm yalbayal.
Dərə-təpə tanıyıram yolbayol,
Faxralının torpağıdı bu yerlər.“Xanım təpə”, “Qoç təpəsi” qəzəldi,
“Nərdivanlı”, “Dal vələsdi” gözəldi.
“Sərginə”nin adı bizdən əzəldi,
Faxralının torpağıdı bu yerlər.“Donuz dərə”, “Bağça təpə” hardadı,
Axtarmayın, “Səkkiz ayaq” ordadı.
“Zəka yalı” bizimkidi, burdadı,
Faxralının torpağıdı bu yerlər.Bir körpü qurubdu Sədiynən Məmi,
O daşa güc etməz yüz adam cəmi.
Qalacaq tarixdə neçə sənəni,
Faxralının torpağıdı bu yerlər.“Yal talası” qədimindən taladı,
“Qayalı”nı görən deməz haradı.
“Duaxlı yal” yaramızı sarıdı,
Faxralının torpağıdı bu yerlər.“Şaban oğlu İsmayılın damları”,
Oradadı örüglüdü yanları.
Veysal, Usub düzəldibdi yolları,
Faxralının torpağıdı bu yerlər.“Sarı bulaq”, “Saxundur”da ad olub,
Kim içibsə, damağında dad olub.
“Kömür yanan” sinəsində od olub,
Faxralının torpağıdı bu yerlər.“Şair Nəbi piçənəyi” hardadı,
Söz-söhbəti ağızlarda bal dadı.
Soruşsalar bu yer “Saxundur” dadı,
Faxralının torpağıdı bu yerlər.“Dəyə yeri”, “Çətin günöy”, “Qara yal”,
“Göy kilsə”dən kim danışır bir əhval.
Yadigardı daşlar durur salbasal,
Faxralının torpağıdı bu yerlərQulaməli, yaxşı saxla meşəni,
Özün istə, özün sev öz peşəni.
Qonaq eylə yolun azıb çaşanı,
Faxralının torpağıdı bu yerlər.“Burun tala”, “Yal maşğanı”, “Qara su”,
“Nazik su”dan axıb gəlir hara su.
“Göllü gəzdək” yerimizin arası,
Faxralının torpağıdı bu yerlər.“Balaqaya”, “Pirin boyu”, “Kıxmıxlı”,
Cüyürlərin ovlağıdı “Moruxlu”.
“Qara til”di milyon illik tarixli,
Faxralının torpağıdı bu yerlər.Bir tala var, adı “Cinni tala”dı,
Ətrafları qalın meşə – qaladı.
Tapın görək o hardadı, haradı,
Faxralının torpağıdı bu yerlər.“Xəmmətli”di Koxallının binəsi,
Günəş tutur “Ağ günöy”un sinəsi.
Əl çatmazdı uca “Səngər” zirvəsi,
Faxralının torpağıdı bu yerlər.Baharda “Uçuq”da tez bitir sozu,
Çoxdu çallarında fındığı, qozu.
“İlqar bulağı”nda kəsərsiz quzu,
Faxralının torpağıdı bu yerlər.“Səmədin damı”na nəzər salarsan,
Əlinin işinə heyran qalarsan.
Baxıb bağçasından ilham alarsan,
Faxralının torpağıdı bu yerlər.Fiqurludu “Ağkilsə”nin daşları,
Örüklüdü “Dam kilsə”nin başları.
Hamar döylü “Blanqa”nın döşləri,
Faxralının torpağıdı bu yerlər.Alban babam bu yerlərdə yurd salıb,
Onlardan nişanə kilsələr qalıb.
Ulular danışıb yaddaşda qalıb,
Faxralının torpağıdı bu yerlər.Xanım yurdu”, “Ağzı gödək” ətəyi,
Qarşısında “Alcəfərin çökəyi”.
Boz buludlar zirvələrin örpəyi,
Faxralının torpağıdı bu yerlər.Dağ-daşa bəzək verib yaradan,
“Yalovuğ”u kim götürər aradan.
“Kor dərə”ni qoyma qala sıradan,
Faxralının torpağıdı bu yerlər.“Gav keçid”dən “Boz boyun”a çıxarsan,
“Kələşoğlu”qayasına baxarsan.
“Daşlı yol”la sürüşərsən, axarsan,
Faxralının torpağıdı bu yerlər.“İrəmələr”, “Uzunquzoy”, “Göyrüşdü”,
“Ayı yalı” hər tərəfə örüşdü.
“Yal yurdu”nda çox iyidlər görüşdü,
Faxralının torpağıdı bu yerlər.Güllər xalqı “Tənəkli”ni alıbdı,
Yüz illərlə orda məskən salıbdı.
Bir tərəfi Dəryahlının olubdu,
Faxralının torpağıdı bu yerlər.Yetər bacı enib gəlib bulağa,
Gülərüzlə süfrə salıb qabağa.
Ballı Dünnü bal gətirib qonağa,
Faxralının torpağıdı bu yerlər.“Keçəl təpə” sırasından qalmadı,
“Mürdəşəlik” hardan alıb bu adı.
“Xırman yeri” kimə verib muradı,
Faxralının torpağıdı bu yerlər.“Daşdı dərə”, “Allahmanın oylağı”,
Yadigardı Rüstəmin bulağı.
Mehman edir üstə gələn qonağı,
Faxralının torpağıdı bu yerlər.Nallı qalıb “Xudu öynün bağı”nda,
Şeşəpapaq binə salıb sağında.
Az gəzmədim “Xınalığ”ın dağında,
Faxralının torpağıdı bu yerlər.“Anbar bulaq”, “Qara qaya” çalğılı,
“Qaramalı” qamış kimi qarğılı.
“Orta gəzdək” min suallı, sorğulu,
Faxralının torpağıdı bu yerlər.Həm aşağkı, həm yuxarkı “Papaqlı”,
Hər ikisi bir-birinə çataqlı.
“Dərin boyun”, “Daşlı dərə”, “Yaltaqlı”,
Faxralının torpağıdı bu yerlər.“Kilsənin boyunu”, “Göyəmli dərə”,
Hayana baxırsan geniş mənzərə.
Qoşmuşam dastanı çox binələrə,
Faxralının torpağıdı bu yerlər.“Naziktala”, “Çınqıl günöy”, “Kəmərlər”,
“Fındıqlı”dan ətir gəlir səhərlər.
“İmarat”ı kim düzəldib əzəllər,
Faxralının torpağıdı bu yerlər.Silsilə dağların ağır ləngəri,
“Palıdlı qılıc”dan süzülür bəri.
“Şəmilin bulağı” kef-məclis yeri,
Faxralının torpağıdı bu yerlər.“Zoğallı boyun”du uçuğun qaşı,
Çəkirəm adını hər addımbaşı.
Babamın olubdu torpağı, daşı,
Faxralının torpağıdı bu yerlər.“Qarovullu” göyə dayaq bir qaya,
Saydıqlarmı gəzən olmaz bir aya.
Bu adları kim düzübdü sıraya,
Faxralının torpağıdı bu yerlər.“Addamaşdar” çox çətindi keçməyə,
“Atuçan”ın suyu yoxdu içməyə.
“İki qaya” aşırımdı keçməyə,
Faxralının torpağıdı bu yerlər.“Qara ağaclı”da təpənin başı,
Yığmaqla qurtarmır çınqılı-daşı.
Məşədi Ələsgər bizlə yanaşı,
Faxralının torpağıdı bu yerlər.“Taxta körpü” yadigardı elindən,
Qasımoğlu himni salıb dərindən.
Ağır-ağır yüklər keçir belindən,
Faxralının torpağıdı bu yerlər.Geniş mənzərədir bax, sağın, solun,
Vədəsiz “Bozburn”a düşməsin yolun.
Kimdi tanımayan “Yemşənli kol”un,
Faxralının torpağıdı bu yerlər.“Sappa kalafa”da “Qaraqoyun damı”,
Kəndin yaxınıdı bilirlər hamı.
Xırda kolluqlardı tutub hər yanı,
Faxralının torpağıdı bu yerlər.Bilin ki, sözümün yoxdur yalanı,
Bayrış oğlu əldən verib calanı.
Kimiymiş onunla ortaq olanı,
Faxralının torpağıdı bu yerlər.Kimi boğub “Cinli tut”un cinləri?
Kimlər qorxub tutulubdu dilləri?
Kimlər olub ərşə çıxıb ünləri?
Faxralının torpağıdı bu yerlər.Gözüm qaldı “Cavalanın çayı”nda,
Hər adamın qisməti var payında.
Aşıq çalır elimizin toyunda,
Faxralının torpağıdı bu yerlər.“Zurabın calası”, “Dəlmənin qaşı”,
El bağıdır dəyirmanla yanaşı.
“Ağ qavır”ın itib gedib tək daşı,
Faxralının torpağıdı bu yerlər.“Sel dağılan”, “Qazax yolu”, “Xaç yolu”,
Qara yollar indi olub şoş yolu.
“Təzə Alı” birləşdirir üç yolu,
Faxralının torpağıdı bu yerlər.“İlanqıran” “Kar təpə”dən aralı,
“Boz aralıq” tez köyərib saralı.
“Sarı günoy” sinəsindən yaralı,
Faxralının torpağıdı bu yerlər.“Cinli dərə” təpələrin üstündə,
Cinlər durur qorxaqların qəsdində.
Səs çıxarır uşaqların şəstində,
Faxralının torpağıdı bu yerlər.Çox ölkəyə ixrac olur tuf daşı,
Qızıl təki qiymətlidir saf daşı.
Şəhərlərə bəzək verir şux daşı,
Faxralının torpağıdı bu yerlər.“Haram təpə”, “İncillidi”, “Büdöylü”,
“Dumaneşən” hər tərəfi günöylü.
“Gilli bulaq”, “Göyəmli”dən gileyli,
Faxralının torpağıdı bu yerlər.“Kəklikli qaya”da kəkliyin səsi,
Qaranlıqda “Qaranlığın dərəsi”.
“Ağ daşın günöyü”, “Yaylım təpəsi”,
Faxralının torpağıdı bu yerlər.“Marallı bulağ”a düşərsə yolun,
Əyləşib üstündə qonağı olun.
Qulançar döşürün, kəkotu yolun,
Faxralının torpağıdı bu yerlər.“Sarvan dərə”, “Bulaqlı yal”, “Qoşa til”,
Şair görsə gələr burda coşa dil.
“Saxsağanlı”, “Qumlu boyun” yaşa til,
Faxralının torpağıdı bu yerlər.“Əhmədölən”, “Daşın boynu”, “Gölmələr”,
Yağış yağar çuxurlarda gölmələr.
“Kilsəli”də görəcəksən gör nələr,
Faxralının torpağıdı bu yerlər.“Tat cığırı” Şamratdının yoludu,
“Puxarı daş” “Sarağanlı” qoludu.
“Dağın ardı” qaratikan koludu,
Faxralının torpağıdı bu yerlər.“Araba açılan” talalar tacı,
“Nazik dərə” əyri, üyrü, qıyğacı.
Yanındadı “Bədəloğlu arxacı”,
Faxralının torpaşdı bu yerlər.“Qatar qaya”, “Süpürgəli dərəsi”,
Yaraşıqdı “Göyənəyin gölməsi”.
“Ala palıd”, “Canavarın bərəsi”,
Faxralının torpağıdı bu yerlər.“Süpürgəli”, “Gözəl dağı” başa-baş,
“Yolçu keçən”, “Qazan qaya”, “Dəlik daş”.
“Əzgilli”dən “Miyirdiş”ə yolu aş,
Faxralının torpağıdı bu yerlər.“Qaradaş”dan “Gen dərəyə” çıxarsan,
Ürək dolu hər tərəfə baxarsan.
“Tavaq daşı” necə vurub yıxarsan,
Faxralının torpağıdı bu yerlər.“İyli boyun”, “Civli oğlu ot çalan”,
Kimdi bu yerlərə meylini salan?
Adlar çoxdu yazılmamış var qalan,
Faxralının torpağıdı bu yerlər.“Yırtıq qaya”, “Şiş qaya”dan aralı,
“Qara cığır” başdan-başa qaralı.
“Sozulu”da kim görübdür maralı,
Faxralının torpağıdı bu yerlər.“Ulduz qaya”, “Mustafa oğlu ot çalan”,
“Qoturun cığırı” o “Tək dağdağan”.
“Bayda bulağı”nı yazmıram yalan,
Faxralının torpağıdı bu yerlər.O “Kiçik Qaradaş”, “Qavırlı dərə”,
Hayana baxıram geniş mənzərə.
Qoşuram dastanı belə yerlərə,
Faxralının torpağıdı bu yerlər.“Dımbıl təpə”, “Nurməmməd”ə yaxındı,
Elin malı orda axın-axındı.
Ötub keçən “Göz bulağ”a toxundu,
Faxralının torpağıdı bu yerlər.Yadımnan çıxmayır “Kosanın yolu”,
“Həmidin yeri”nə çıxır bir qolu.
Çox adlar bilirəm sinöm dopdolu,
Faxralının torpağıdı bu yerlər.“Qarama”da qatar-qatar binələr,
Onu görüb coşa gələr sinələr.
Səhər-səhər nəhrə qurar nənələr,
Faxralının torpağıdı bu yerlər.Heç kimsəyə qoymayıblar minnəti,
Qaramada Oruc alıb rəhməti.
Məhərrəmin azmı olub xidməti,
Faxralının torpağıdı bu yerlər.Qaramada “Məhərrəmin bulağı”,
Noy qoyubdu şır-şır axır ayağı.
Zəhmət ilə hasarlanıb qırağı,
Faxralının torpağıdı bu yerlər.“Xına daşı”, “Dəli İsmeyil dərəsi”,
Sol tərəfdə “Xosurrunun binəsi”.
Baş tərəfdə “Nurməmmədin gölməsi”,
Faxralının torpağıdı bu yerlər.“Yovşanlı yal”, “Yastanı”ya tuş durur,
“Qaşqa tala” ondan daha şiş durur.
“Sarı yoxuş” köhnədən yoxuş durur,
Faxralının torpağıdı bu yerlər.“Şirin arxacı”, “Cuqqunun yeri”,
“Zağalı qaya”nın yasdıdır beli.
Ayağım tutduqca gəzmişəm çölü,
Faxralının torpağıdı bu yerlər.Yadımdadı xalqımızın gəlməsi,
“Kilsəli”də “Teşərənin gölməsi”.
Zirvələrdən hər tərəfə sal səsi,
Faxralının torpağıdı bu yerlər.“Maral yatan”, “Kök Namazın çəpəri”,
Dillərdə əzbərdi illərdən bəri.
“Baş bulağ”ın xırda-xırda gölləri,
Faxralının torpağıdı bu yerlər.“Yal gölü”ndən altı yana yol gedir,
Yollar boyu hər tərəfə kol kedir.
“Sallama”dan Saraclıya qol gedir,
Faxralının torpağıdı bu yerlər.“Göy qala”dan hər tərəfə yol aşır,
Gələn qonaq “Otaq daşı” dolaşır.
Tərifinə, dastanına yaraşır,
Faxralının torpağıdı bu yerlər.Səməd Vurğun orda görüb ceyranı,
Sarıvəlli olub onun heyranı.
“Qudru”dadı sərhədimizin bir yanı,
Faxralının torpağıdı bu yerlər.“Qayalı silvi”, “Mahmudoğlu”, “Til yalı”,
Səfalıdı “Müşrüf”dədi bir yanı.
“Təhməz”dədi bulaqların mərcanı,
Faxralının torpağıdı bu yerlər.“Cücən təpə”, “Cücən bulaq” yanaşı,
“Taftağın boynu”ndan cığırlar aşı.
“Zoğallı”ya baxma gözün qamaşı,
Faxralının torpağıdı bu yerlər.“Tək qaya”nın yanındadı “Görüşdü”,
“Görüşdü” deyilən böyük örüşdü.
“Çopurun gəlməsi” yadıma düşdü,
Faxralının torpağıdı bu yerlər.“Böyük günöy” böyüklükdə qalandı,
Yaz gül açıb payız gülü solandı.
Mən demirəm “Şahaçılan” yalandı,
Faxralının torpağıdı bu yerlər.“Aydının bulağı”, “Migirdiş”dədi,
“Dəyirmi tala”da genişdişdədi.
Özü zəhmət çəkib özü işdədi,
Faxralının torpağıdı bu yerlər.“Kollu təpə” sırasından qalmasın,
“Xalı yeri” kimsə gəlib almasın.
“İşıxlının kalafası” dolmasın,
Faxralının torpağıdı bu yerlər.Gedib çıxın indi “Yalın beli”nə,
Ordan baxın “Məsimoğlu yeri”nə.
Görün keçib indi kimin əlinə,
Faxralının torpağıdı bu yerlər.“Orta silvi”, qənşərimdi, gözümdü,
“Daşdı burun” söhbətimdi, sözümdü.
“Sə”di yalı” günöy-quzoy bizimdi,
Faxralının torpağıdı bu yerlər.“Babaşlı binəsi”, “Mehrac bulağı”,
Yaxında qurulub gəzmə uzağı.
Hörmətlə qarşılar gələn qonağı,
Faxralının torpağıdı bu yerlər.Niyə qalsın “Qaraməmməd qılıcı”,
“Gavkeçid”ə sallanıbdı bir ucu.
Sual verin, cavab verər bilici,
Faxralının torpağıdı bu yerlər.“Quru dərə”, “Armutlunun boyunu”,
“Bayda bulaq” itirərmi soyunu.
“Tufan bulaq” açar yüz min oyunu,
Faxralının torpağıdı bu yerlər.“Rus talası” yada salır uzağı,
“Moşdu dərə”, “Səfqulunun bulağı”.
‘Qonax tala”, “Məmməd Bağır ovlağı”,
Faxralının torpağıdı bu yerlər.Neçə dəfə dolanmışam yaşımda,
Bir düny var “Kötüklu”nün başında.
“Qara quzoy”, “Daşdı qılıc” qarşımda,
Faxralının torpağıdı bu yerlər.Şahidiyəm neçə-neçə illərin,
“Şahmaloğlu kalafası” Güllərin.
Heyranıyam yazda açan güllərin,
Faxralının torpağıdı bu yerlər.Yol qayırıb yolu gəlib xoşuna,
Nəzər salın “Kök Namazın daşı”na.
Özü üçün tarix qoyub başına,
Faxralının torpağıdı bu yerlər.“Qoşa bulaq” nələr görüb yaşında,
Ötüb keçən əyləşibdi başında.
Zümzümə var damcısında, daşında,
Faxralının torpağıdı bu yerlər.Bir tərəfdə “Tayçarığ”ın dam yeri,
Bir tərəfdə “Musalların dam yeri”.
Bir tərəfdə var “Nalvəndin dam yeri”,
Faxralının torpağıdı bu yerlər.“Qurbanalı ağac qıran” bir dərə,
Günöyü, quzoyu geniş mənzərə.
Yanları balalı bax cüyürlərə,
Faxralının torpağıdı bu yerlər.“Yönü bəri”, “Armutlu”ya baxandı,
“Abbasın bulağı” çox gur axandı.
“Qotur güney” qəlbimizi sıxandı,
Faxralının torpağıdı bu yerlər.“Mamoğlu təpəsi” adnı itirməz,
Hər ağac başında meyvə bitirməz.
Adları çoxludur hesaba gəlməz,
Faxralının torpağıdı bu yerlər.“Çalı yeri”, “Su qarışan”, “Almalıq”,
“Hümbətoğlu kalafası” oymalıq.
“Orta yol”da çox çüyürlər qoylanıb,
Faxralının torpağıdı bu yerlər.“İlyazın bulağı” düşsə yadına,
Qonaq gedib süfrə salın adına.
Bir parç içib yaxşı baxın dadına,
Faxralının torpağıdı bu yerlər.“Tülkü təpə”, “Qarama”nın yanında,
Qanımız var o torpağın canında.
Az gəzmədim “Qasımoğlu yalı”nda,
Faxralının torpağıdı bu yerlər.De hardadır “Qammaz Alı talası”,
Varıymışmı onun qanan babası?
Ora olub hansı yerin arası,
Faxralının torpağıdı bu yerlər.“Kirəncli bulaq”da dincim almışam,
Sürü göyşək çalıb tütək çalmışam.
Yaşıl meşələrdən ilham almışam,
Faxralının torpağıdı bu yerlər.“Bədəlin çəpəri” qalıb yadlara,
İndi ad olubdu başqa adlara.
El-obamı qalanmasın odlara,
Faxralının torpağıdı bu yerlər.“Möylə bulağı”nı salarsız yada,
İçəndə ağzınız gələcək dada.
Saydığım adları verməyin yada,
Faxralının torpağıdı bu yerlər.Binələrdə çadır qurub tikəllər,
Qışlıq üçün çöldən odun çəkəllər.
Qurut qoyub peşkon üstə tökəllər,
Faxralının torpağıdı bu yerlər.Binəsinin adları var hər yerin,
Sual verin, cavab alın öyrənin.
Soruşarlar lazım olar düz bilin,
Faxralının torpağıdı bu yerlər.“Mahmudun yurdu”na payız köçəsən,
“Dələver”in tən gözündən içəsən.
Bəkməz üçün şirin armud seçəsən,
Faxralının torpağıdı bu yerlər.“Yeddi bulaq”, “Dələver”in gözüdü,
Bunu deyən bil Aydının özüdü.
Xalqımızın söhbətidi sözüdü,
Faxralının torpağıdı bu yerlər.Ovçular orada cələ qurdular,
Gecə-gündüz pusqusunda durdular.
“Ayı ölən”də ayını vurdular,
Faxralının torpağıdı bu yerlər.“Kirəncyanan”, “Əzgilli”nin başıdı,
El yandırıb əhənginin daşıdı.
Görən bilir, görməyənlər naşıdı,
Faxralının torpağıdı bu yerlər.“Ağ qayada” mağaranı görən var,
Qədim işdi tağlarını örən var.
Yer altında düzəldilib bir anbar,
Faxralının torpağıdı bu yerlər.Çox iyiddər bu zağada yatıblar,
Onlar da dövründə meydan tutublar.
Sərçənin gözündən nişan atıblar,
Faxralının torpağıdı bu yerlər.Yahyaların “Qara dağ”dı nəhəngi,
“Qamışdı”dı, “Bülöylü”dü qəşəngi.
A Güllüzar, doldur gətir səhəngi,
Faxralının torpağıdı bu yerlər.“Məsimoğlu quyusu”nda nə yandı,
Kirənc yanıb xalqımıza ayandı.
“İnək uçdu” getdi harda dayandı,
Faxralının torpağıdı bu yerlər.“Gədik yal”dan “Yoğun su”ya enərsən,
“Köklü yol”da sağ tərəfə dönərsən.
“Göyəmli”də yurd yerini görərsən,
Faxralının torpağıdı bu yerlər.Bizim döymü “Aşıroğlu binəsi”,
İndi olub yabançılar yiyəsi.
Lələverdən axan çayın gur səsi,
Faxralının torpağıdı bu yerlər.Deyirlər ki bundan qabaq yüz ildən,
“Almalıq” da bizim olub əzəldən.
Biz qoşuruq ona şeir, qəzəldən,
Faxralının torpağıdı bu yerlər.Bayramalı özü dedi adınnan,
“Daşın altı” çıxıb qalıb yadımnan.
Doymaq olmur ləzzətindən, dadınnan,
Faxralının torpağıdı bu yerlər.“Ağ su”yun da dərəsindən keçmişəm,
Yurd dəyişib yurddan-yurda köçmüşəm.
Mən demirəm “Darı yeri”n biçmişəm,
Faxralının torpağıdı bu yerlər.Çıxarmı yadımnan “Əzgilli tala”,
“Duzdaqlı təpə”də duz verdim mala.
“Moruqlu boyun”u salmışam dala,
Faxralının torpağıdı bu yerlər.“Bülöylü”də nəzər saldım bulağa,
Bayrış Ramiz durba çəkib uzağa.
Bayramalı nov da qoyub ayağa,
Faxralının torpağıdı bu yerlər.“Bülöylü”də Mürsəl çəkib zəhməti,
Heç kəsə qoymayıbdı minnəti.
Suyu çəkib, özü alıb rəhməti,
Faxralının torpağıdı bu yerlər.“Sarı bulaq” indi gələr xoşuna,
Usub qurub adnı yazıb başına.
Yadigardı tarix qoyub daşına,
Faxralının torpağıdı bu yerlər.Əmirxanın çətin gələr yadına,
Yaradan yetişsin darda dadına.
Bu bəndi bağladım onun adına,
Faxralının torpağıdı bu yerlər.“Eyyubun yurd yeri”, “Məsimin damı”,
Harada olurdu bilirik hamı.
Olublar bir zaman buranın xanı,
Faxralının torpağıdı bu yerlər.Bayrış Oruc meşəsinin ağası,
Kim qırarsa onnan olar davası.
Ləzzət verir “Bejan azan” havası,
Faxralının torpağıdı bu yerlər.“Qozdu dərə”, Nağıların talası,
“Qara dağ”ın “Darzanelli qayası”.
Çox gözəldi “Qarğabaşı” havası,
Faxralının torpağıdı bu yerlər.“Zoğallı”dı, “Qonaxlı”dı yan-yana,
“İnəkölən”, “Veyil dərə” bir yana.
“Hümbətin bulağı” dönüb leysana,
Faxralının torpağıdı bu yerlər.Açıb qollarını “Sozulu dərə”,
Qarşıda “Çətin dağ”, geniş mənzərə.
Çayın kənarına en binələrə,
Faxralının torpağıdı bu yerlər.Hasan dayı orda çatıb yüz yaşa,
Dağ arana ordan köçüb birbaşa.
Mənalı sözlərim deyilmir boşa,
Faxralının torpağıdı bu yerlər.Bir tərəfdə “Ulyanovka” çayıdı,
Bir tərəfdə “Xanaların çayı”dı.
“İt körpüsü” xalqımızın payıdı,
Faxralının torpağıdı bu yerlər.Endir Möylə orda tikib damları,
Tək taladı, meşəlikdi yanları.
“Pırpıcan”dı calamızın qolları,
Faxralının torpağıdı bu yerlər.“Alcəfərin körpü”sündən keçmişəm,
“Potaş bulağı”ndan surfa açmışam.
Saf suyundan bir parç alıb içmişəm,
Faxralının torpağıdı bu yerlər.Potaş gedib, yurdu qalıb adınnan,
Doymuyubdu ləzzətinnən, dadınnan.
Bu xalq onu çıxardarmı yadınnan,
Faxralının torpağıdı bu yerlər.“Cırlı dərə” aralıxda qalmasın,
“Yetim tala” bizdən incik olmasın.
“Nazikləri” kimsə gəlib almasın,
Faxralının torpağıdı bu yerlər.Yalan yerə mən demirəm sinədən,
Dədə-baba bizim olub binədən.
Görən desin qoy arandan, binədən,
Faxralının torpağıdı bu yerlər.“Yurd yeri”ni tez-tez salın yadınıza,
Nənən orda nəhrə qurub adınıza.
Kərə yağdan yaxma verib hamınıza,
Faxralının torpağıdı bu yerlər.“Port-Port” olub cimilərin binəsi,
Qolludadır “Alqulların küməsi”.
“Yanıq güney” “Şiş qaya”nın zirvəsi,
Faxralının torpağıdı bu yerlər.“Sarı gəzdək”, “Şiş qaya”nın günöyü,
Dədə-baba bizim olub bineyi.
“Dərin dərə” bir də onun günöyü,
Faxralının torpağıdı bu yerlər.Qoşa durur “Gərməşöylü yalları”,
Nələr görüb “Daşdı gəzdək” yolları.
“Baldırqanlı”, “Gərən yalı” qolları,
Faxralının torpağıdı bu yerlər.Ovçu gəzib bu dağlarda maralı,
Bərə güdüb bir-birindən aralı.
Qumral təkə gəlib dizi yaralı,
Faxralının torpağıdı bu yerlər.Baharda gül açır şehli talalar,
Cüyürlər ormanda yatıb balalar.
İmrənib balanı gəzər analar,
Faxralının torpağıdı bu yerlər.Yadımdadır “Dərin Boyun” kəlməsi,
Orda döymü ‘Tənəklinin gölməsi”.
Hara getdi “Almalığ”ın alması,
Faxralının torpağıdı bu yerlər.Gedin talalarda qurun məclisi,
Aşıq çalsın “Divani”ni, “Təcnis”i.
“Yanıq Kərəm” havaların qəmlisi,
Faxralının torpağıdı bu yerlər.Çox adlar axtarıb çıxartdım üzə,
Canlı bir tarixdir yazmışam sizə.
Dəlillər gətirdim hər birinizə,
Faxralının torpağıdı bu yerlər.“Gəzdək boyun” bir-birinə qarışır,
Onları sayanda xəyalım çaşır.
Çünki bu adlar aşırımdan aşır,
Faxralının torpağıdı bu yerlər.On yaşımdan çöllərini gəzirəm,
Dərə, təpə bircə-bircə yazıram.
Sual verin cavabına hazıram,
Faxralının torpağıdı bu yerlər.Səksən səkkiz qayasını öymüşəm,
İyirmi dörd talasını saymışam.
Bildiyimi xalq içində yaymışam,
Faxralının torpağıdı bu yerlər.Altmış səkkiz bulağından içmişəm,
Yaxşısını, yamanını seçmişəm.
Səksən iki dərəsindən keçmişəm,
Faxralının torpağıdı bu yerlər.De hardadı “Qaçaq Kərəm talası”,
Meşə basıb, bilinməyir arası.
Ətrafında çoxdur doşan alması,
Faxralının torpağıdı bu yerlər.“Bicə-bicə”, “Maral uçan”, “Bal qaya”,
“Yasamal”dı başdan-başa salqaya.
“Sarı qaya”, “Quylu qaya”, “Dal qaya”,
Faxralının torpağıdı bu yerlər.“Amanat qaya” necə durur yerində,
“Təməl daşı” qranitdi yerində.
Eşitmədim gəzən olub belində,
Faxralının torpağıdı bu yerlər.“Göy yerinin ağzı” qalın kolludu,
“Potaşın yarnağı” çətin yolludu.
“Bulaqlı yarnax”da sudan bolludu,
Faxralının torpağıdı bu yerlər.Aşağkı qayanın beli “Yastana”,
Maşadı Söyünündü qoşaq dastana.
Orda baxın Güllər əkən bostana,
Faxralının torpağıdı bu yerlər.Dostlarına süfrə salıb babalar,
Düşmənlərə qılınc çalıb babalar.
Oymaqlarda adı alıb babalar,
Faxralının torpaqıdı bu yerlər.Nəbi kimi ulu şair yetirib,
Ustadlardan əhli mərfət kötürüb.
El-obanın mətləbini bitirib,
Faxralının torpağıdı bu yerlər.Aşıq Həsən məlahətlə oxuyub,
Aşıq Oruc sazda xallar toxuyub.
Pərinin dilinnən güllər qoxuyub,
Faxralının torpaqıdı bu yerlər.Dəli Söyün atlanıb başında əsgər,
Atışma zamanı ölüb dörd nəfər.
Tannı, Tağı, Kərim, bir də Ələsgər,
Faxralının torpağıdı bu yerlər.Qurban “Göy Vəli” də bağlayıb dəstə,
Məhəmməd Səmədlə dayanıb postda.
Vuruşma başlanıb İmirin üstə,
Faxralının torpağıdı bu yerlər.Saraçlı, Faxralı görk olub xalxa,
Dar gündə durubdu bir-birinə arxa.
İtməsin izləri yazaq tarixə,
Faxralının torpağıdı bu yerlər.Yağıları qoymayıblar yaxına,
Basqın edə, irzimizə toxuna.
Qana qanla çavab verib çoxuna,
Faxralının torpağıdı bu yerlər.Hüseyn, Dəli Eyib, Qazax İsmayıl,
Cərgədən qalmağa olmayıb qayıl.
Vəli oğlu olubdu məqsədə nail,
Faxralının torpağıdı bu yerlər.Soruşun söyləsin Koxallın Alı,
Olubdu o zaman o işdən halı.
Köməyə yeriyib külli-Faxralı,
Faxralının torpağıdı bu yerlər.Şahidi olmuşam mən həmin yazın,
Kamalı, Veysalı, demək nə lazım.
Qalannı bilmirəm siz deyin, yazım,
Faxralının torpağıdı bu yerlər.Abbas da Avetnən çəkibdi bəhsi,
Aləmə yayılıb güllənin səsi.
Qoymayıb sərhəddən keçə bir kəsi,
Faxralının torpağıdı bu yerlər.Navadoğlu Niyazalı düz atıb,
Zabitlər öldürüb muraza çatıb.
İrəli yeriyən yerində yatıb,
Faxralının torpağıdı bu yerlör.Qarabağda Dəymədağlım qalıbdı,
Düşmənlərdən qisasını alıbdı.
Alı baba burda məskən salıbdı,
Faxralının torpağıdı bu yerlər.Varmış Səfqulunun cahı-cəlalı,
Şirin qardaş olub Yahya və Alı.
Hicrat edib olubdular buralı,
Faxralının torpağıdı bu yerlər.Bir toy günü dava düşüb araya,
Onu ölüb çatmayıblar haraya.
Babalarım onda düşüb buraya,
Faxralının torpağıdı bu yerlər.Xan çinarlar Səfqulunun deyilmi,
Nişanədir itirməyib eynini.
Yahya baba bura salıb meylini,
Faxralının torpağıdı bu yerlər.Böyük tarixi var, yoxdur bir bilən,
Yazısı olan kökündən bilən.
Tarixi nə bilər hər deyib gülən,
Faxralının torpağıdı bu yerlər.Nə səpilsə torpağımız bitirir,
Vaxtında səp, vədəsində yetirir.
Zəhmət çəkən bollu məhsul götürür,
Faxralının torpağıdı bu yerlər.Qoyun desin bu eyvanlı binələr,
Qoyun desin sazdı, sözdü sinələr.
Qoyun desin qoca baba-nənələr,
Faxralının torpağıdı bu yerlər.Qədim eldi, bilən yoxdu yaşını,
Qoruyubdu torpağını, daşını.
İndi atıb yoxsulluğun daşını,
Faxralının torpağıdı bu yerlər.Biz daha çəkmirik çörək həsrəti,
Artıb elimizin şanı, şöhrəti.
Boldu süfrəmizin nazı, neməti,
Faxralının torpağıdı bu yerlər.Toy-büsatdı elimizdə hər gecə,
Aynabənd binalar ucalır necə.
Ürəklər şadlanır bunu görüncə,
Faxralının torpağıdı bu yerlər.Zəhmət ilə bu kənd olub bir şəhər,
Çıraqban görünür hər axşam-səkər.
“Haramı düzü”ndən alırıq bəhər,
Faxralının torpağıdı bu yerlər.“Yetim çubuq” qan çıxarıb comuşdan,
Ceyran öküz daş qoparıb yoxuşdan.
Adamları mərd çıxıbdı döyüşdən,
Faxralının torpağıdı bu yerlər.At çatmayıb Allahyarın atına,
Yaxşı baxıb arpasına, otuna.
Polat qatıb nallarının qatına,
Faxralının torpağıdı bu yerlər.Vəli dayı “Qara Donlu” çalıbdı,
Oyunçular süzüb ilham alıbdı.
Tamaşaçı baxıb heyran qalıbdı,
Faxralının torpağıdı bu yerlər.Alvalın arxası dəyməyib yerə,
Onun üçün meydanda tək qalıb belə.
Pəhlivan adını alıbdı elə,
Faxralının torpağıdı bu yerlər.Niyazalı zurnasını qaynadıb,
Toyçu Kərim qız-gəlini oynadıb.
Oyunçular kəlağayı oynadıb,
Faxralının torpağıdı bu yerlər.Min Əhmədin min olubdu dilində,
Adlanıbdı obasında, elində.
Aşıq-şair aciz qalıb önündə,
Faxralının torpağıdı bu yerlər.Həm “Böyük arx”, həm “Gödək arx” bizimdi,
Altı-üstü kəndlər düzüm-düzümdü.
Bağları var alma, meyvə, üzümdü,
Faxralının torpağıdı bu yerlər.Haşiyə
A tək qaya, tək qaya,
Tut əlimdən çək qaya.
Örkən gəlməz belinə,
A helqarın kök qaya.Ənnə, mənə yaxma ver,
Elə-belə baxma, ver.
Gözüm əlində qalıb,
Öz ağzına soxma ver.A Gülsənəm, Gülsənəm,
Əlində ha Gülsənəm.
Daha səni almıram,
Üzündə var çil, Sənəm.Belə etmə, ay oğlan,
Yoxdu sana tay, oğlan.
Atam, anam veribdi,
Məni sana pay, oğlan.Mahmudalı nişan qoyub körpünü,
Yalan deyil yaxşı bilir el bunu.
Yüz yaşasın onun Əli oğlunu,
Faxralının torpağıdı bu yerlər.Düzləri var, yamacı var, yalı var,
Dərə-təpə hər tərəfə yolu var.
Qayası var, meşəsi var, kolu var,
Faxralının torpağıdı bu yerlər.550 yer adını saymışam,
Yazdığımı xalq içində yaymışam.
Bu adlara elə tarix qoymuşam,
Faxralının torpağıdı bu yerlər.Dörd Qotur var sərhədmizin içində,
Dörd Yasamal hərəsi bir biçində.
Hara qalıb yazılmamış içində,
Faxralının torpağıdı bu yerlər.Yalı tili bir-birinə qatmışam,
Mən demirəm hər boyunda yatmışam.
Yamacından zirvəsinə çatmışam,
Faxralının torpağıdı bu yerlər.Dörd körpünün üçü bizə bəllidi,
Sahibləri kəndimizdi, ellidi.
“İt körpüsü” bir neçə yüz illidi,
Faxralının torpağıdı bu yerlər.Gəncliyimdən qarış-qarış gəzmişəm,
Yer qalmayıb dastanıma yazmışam.
Hər ağacın meyvəsindən üzmüşım,
Faxralının torpağıdı bu yerlər.Kim dəyişir bu kəndlərin adını,
Verərəmmi mən özgəyə adımı.
Qoy dəyişsin o özünün adını,
Faxralının torpağıdı bu yerlər.Düzələcək yenə köhnə qaydalar,
Hər bir kəndi öz adı ilə adlanar.
Vətəninin oğulları şadlanar,
Faxralının torpağıdı bu yerlər.Alı salıb kəndimizin ilkini,
Babam sərib “Tənəkli”yə kürkünü.
Tanıyıram xalqımızın mülkünü,
Faxralının torpağıdı bu yerlər.Yığışıb başına gəlib nəsillər,
Dolanıb çox illər, ötüb əsrlər.
Bir-birinə bağlanıbdı nəsillər,
Faxralının torpağıdı bu yerlər.Parçalanıb, paralanıb nəsillər,
Bir-birindən aralanıb nəsillər,
Qohumluqdan qaralanıb nəsillər,
Faxralının torpağıdı bu yerlər.Hələ bu dastanın bitməyib sonu,
Təbiət sirridi, dəyişib donu.
Soruşsan çoxları deyəcək bunu,
Faxralının torpağıdı bu yerlər.Səksən beş gedibdi nə qalıb yüzə,
Soruşun, tarixdən danışım sizə.
Dəlillər gətirim hər birinizə,
Faxralının torpağıdı bu yerlər.“Qızıl qaya” qayaların başıdı,
İsmayıl Güllərin can sirdaşıdı.
Daşları var sanki üzük qaşıdı,
Faxralının torpağıdı bu yerlər.
İsmayıl GÜLLƏR
Allah sənə rəhmət eləsin, məkanın Cənnət olsun, Şair!