Məhsəti Şeyda barədə məlumat

ÜRƏK SƏHV EDƏNDƏ

Mənə ümid verən qara gözlərin,
İndi nağıl olub, nağıla dönüb.
Oğrun baxışların, şirin vədlərin,
Bir ovuc zəhərli noğula dönüb.

Ürək səhv edəndə nə olar, gülüm,
Çalış ki, bir daha yanılmayasan.
Sevənlər qəlbini ovlayıb, atıb,
Sonra dəllal kimi tanınmayasan.

HARDA QALDIN?

İlk sevgimi anan da mən,
Səni yada salan da mən,
Gözüyaşlı qalan da mən,
Harda qaldın, ay sevgilim?

Hər çiçəyə qonma, gülüm!
Hər sevdaya yanma, gülüm!
Məni naşı sanma, gülüm!
Harda qaldın, ay sevgilim?

Dağ başına qartal qondu,
Ürəyimə bir xal qondu.
Sənin qanın niyə dondu?
Harda qaldın, ay sevgilim?

Related Posts

Kitablar
Oruc Nikbinin kitabları

Oruc Nikbin barədə məlumat Oruc Nikbinin şeirlərindən nümunələr “Faxralıdan güc almışam” şeirlər ktabına ön söz yazan xalq şairi

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur