Oruc Nikbin (Əlizadə) barədə məlumata və yazdığı kitablar haqqında buradan tanış ola bilərsiniz.

DÜNYA

Gözəllik eşqiylə dolanan insan,
Haxdan bəzədilmiş gəlindi dünya.
Yaradan nəqşini elə çəkib ki,
İncidi, gövhəri – ləlindi dünya.

Alim – üləmalar fani dedilər,
Yığmayıb zər – para nə var yedilər.
Acını kim istər, şirin dadılar,
Qismətin varsa da, balındı dünya.

Dünya möcüzəli – hanı fıronlar?
Atilla, Teymurləng – ulu xaqanlar.
Məşriqdən Məğribə saldı talanlar,
Demə İsgəndərin, Zalındı dünya.

Fələk fürsət verir nadana, neylək,
Qartalın “postunu” qəsb edir leylək.
Kimə zirvə gərək, kiməsə çaylax,
Zənn etmə aslanın, filindi dünya.

Bir adam tapın ki, dünyadan doya,
Az-azdı şükr edən verilən paya.
Yetişdi axırın, yetən yox hoya,
“Gedər – gəlməz” olan yolundu dünya.

Nikbin, özün gözlə, canı saxla saz,
Ye, iç, kefini çək, qalma namuraz.
Necoldu Süleyman, sənə də qalmaz,
Sonu bil ölümdü itimdi dünya.

03. 01. 2008

FAXRALI

Əziz dostum elimizi soruşdu,
Hamı deyir, ağır eldi Faxralı.
Babulardan miras qalıb bizlərə.
Qonaqpərvər, əhli-haldır Faxralı.

Bir yanı Daşkəsən, bir yanı Ləlvər,
Ortada göylərə ucalır Səngər.
Gözəl dağı Ərafata bərabər,
Gözün doymaz bir mahaldı Faxralı.

Keçmişdə ad qoyub gedən kişilər,
Qalan qocaların da üzündə nur var.
İsmətli gözəllər, igid cavanlar,
Var zatında, əsli zaldır Faxralı.

Əmrah, aşıq Söyün, Kamandar özü,
Orada ehtiyatla çalıblar sazı.
Hələ itməyibdir Vurğunun izi,
Şenlik gəzən meşə, çöldü Faxralı.

Faxralı cənnətdi qışda, baharda,
Xəyal orda gəzir, olsam da harda.
Canım qurban olsun o gözəl yurda,
Deməyin Orucsuz qaldı Faxralı.

GÖRƏYDİM

Gözəldağı, gözlərinə qurbanam,
Yastanadan yal aşanı göyərdim.
Dərə yolu uğuruma yüyürə,
Göz bulağı dolaşanı görəydim.

Burda itdik toz-dumanm içində,
Ömür uman bir amanm içində.
Xəyal uçur yüz gümanın içində,
Könül istər, el-obam görəydim.

Uğuruna bir mətəris bil dağı,
Ha çırpınsın, üşüdəmməz yel dağı.
Qarabulaq, Kollu quzey, Til dağı,
Əl eləyir, yol çaşanı görəydim.

Qızılqaya – qaçaqların səngəri,
Qara dağdı yolçuların ləngəri.
Axşamüstü görər-görməz Səngəri,
Dilə gəlib söz qoşanı görəydim.

Zəmzəm sulu Qoşa bulaq de hanı,
Anam olub 0 da çalıb laylamı.
Şimşək çaxa, bulud tuta səmanı,
Dərələrdə sel daşanı görəydim.

Səhər tezdən mal çıxanda örüşə,
Göy üzündən bərəkətim sürüşə.
Xuruşdular balta çala göyrüşə,
Yaş axıdan kəhkəşanı görəydim.

Oruc, burda Vətən deyib ağlaram,
Bu həsrətlə ürəyimi dağlaram.
Ümidimi sabahlara bağlaram,
El adına şərəf-şanı görəydim!

Bakı, 01.02.1988

YURD YERİ (Dostum Qazaxlı Səmədə ithaf)

Faxralıda sinəmizi dağladın,
“Yurd yeri”ni yada salıb çağladın,
Dərdin, qəmin yollarını bağladın,
Qəhərlənmə, dostlar olar pərt, yeri,
Bu halımda “Yurd yeri” çal, “Yurd yeri”.

Mərd babalar qoyub təməl daşını,
Kəc baxanlar bada verib başını.
Şimşək çaxar, bulud tökər yaşını;
Faxralıdı əzəl-başdan mərd yeri,
Bu halımda “Yurd yeri” çal, “Yurd yeri”.

Demirsənmi gözü yolda qalan var,
Bulud kimi boşalan var, dolan var.
Hər yazbaşı bizi yada salan var;
Gəl dolaşaq Xəmməddini, Səngəri,
Bu halımda “Yurd yeri” çal, “Yurd yeri”.

Yastananı asta-asta aşarsan,
Təhməz kimi qaynarsan, coşarsan,
Palıddıda bir gəraylı qoşarsan;
Şenlik gəzib, biz də gəzək sərt yeri,
Bu halımda “Yurd yeri” çal, “Yurd yeri”.

Qoyma qəhər Tənəklini təkləsin,
Çəmənini qarış-qarış ləkləsin.
Ağrı-acı ömrümüzü yükləsin;
Gəl sovuşsun qada yeri, dərd yeri,
Bu halımda “Yurd yeri” çal, “Yurd yeri”.

Söykək olsun sözümüzə sözümüz,
Dayaq dursun közümüzə közümüz.
İşıq versin gözümüzə gözümüz;
Oruca da Faxralıdı and yeri,
Səməd qağa, “Yurd yeri” çal, “Yurd yeri”.

SINANAN DOSTLARA

Dostluğa möhkəməm qanan çağımdan,
Hər kəsə meyl etdim dost sorağınnan.
Bir tikə çörəyi təkcə yemədim,
Dostumla bölüşdüm, heç yox demədim.
Deyirlər dar gündə dostunu sına,
Arxada durmasa sən onu qına.
Sınadıq… yalanmış dostluğun adı,
Dar gündə dostluqdan əsər qalmadı.
İllərlə duz-çörək kəsdiyim insan,
İndi acı yeltək keçir yanımdan.
Nə ki varım vardı məclislər qurdum,
Dostlar sağlığına badələr vurdum.
Sən demə harammış, o duz-çörək də,
Qurdlar oynaşırmış həmin ürəkdə.
Elimdə olsa da hörmət-izzətim,
Dostluqda yoxuymuş demək qismətim.
Dövrandı dəyişər heç belə getməz,
Alçaqlar bağında qanqal da bitməz.
Namərd dostdandısa mərd düşmən tanı,
Çağır köməyinə sirri xudam.
Daha gec də olsa, sən bel bağlama,
Hatəmsən, qəlbini bunca dağlama.
Cahanda çox olub bivəfa dostlar,
Haqq özü şahiddi, özü aralar.
Bivəfa dostlara etsən də nifrət,
Vəfalı olana eylə min hörmət.
Vəfasız kəslərdən gözləmə illac,
Bu göz də, o gözə olmasın möhtac.
Oruc: bu sinnində sınaqlar gördün,
Səbr eylə, sıxılma, artırma dərdin.

YAŞAMAQ İSTƏYİR, İNSAN YAŞAMAQ

Nə qədər zillətdə olsa da, inan,
Yaşamaq istəyir, insan yaşamaq.
Son nəfəs-huşsuzdu, o versə də can,
Yaşamaq istəyir, insan yaşamaq.

Adam var, illərdi yorğan döşəkdə,
Sanasan dili yox, qalıb bələkdə,
Nələri düşünür, yarəb ürəkdə?
Yaşamaq istəyir, insan yaşamaq.

Dəryada tək qayıq, tufan da qopar,
Fırtına, qasırğa qayığı yıxar,
Dalğalar qoynunda çarə axtarar,
Yaşamaq istəyir, insan yaşamaq.

Ümidsiz kəslərə saldıqca nəzər,
Nikbinə bədbinlik, eyləyir əsər
Son anda geməyin dünyadan küsər
Yaşamaq istəyir, insan yaşamaq ,

03. 02. 2013

TEYMURAZ

Tanındın layiqli bir loğman kimi,
Fəqət öz canına illacın hanı?,
Əzrayıl yolunu vaxtsız kəsdimi?
Qərq etdi torpağa gözəl insanı.

Şəfalı gözlərin bir baxış ilə,
Dinməz körpələrin dərdin bilərdi.
Yoxlardm cismini əllərin ilə,
Körpə gözün açıb üzə gülərdi.

Neçə kədər basmış analar gördün,
Balası qucaqda, ağlar qalmışdı,
Sağalmaz körpəyə sən həyat verdin,
Atası quş kimi qanad çalmışdı.

“El gözü tərəzi” – loğman dedilər,
“Peyğəmbər övladı” – ey nəcib insan,
Yaş töküb üstündə can-can dedilər,
Mümkünmü?, çıxalar yaxşılığından.

Qoynunda böyütdü Faxralı eli,
Sənintək övladı tapılar az-az,
Orucun güzünnən axır yaş seli,
Səni unudarmı, əziz Teymuraz?

10.05.2002

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur