Səkinə Məmmədalı qızı barədə məlumat

ALIM, HEY!

Heç bilmirəm, hardasan,
İgidim hey, Alım, hey!
Şər atıblar, dardasan,
İgidim hey, Alım, hey!

Adın gəzir dillərdə,
Baxmır bizə illər də.
Sərkərdanam ellərdə,
İgidim hey, Alım, hey!

Alməmmədli Səhnəyəm,
Bərəkətsiz təhnəyəm,
Sənsiz kiməm – heç nəyəm,
İgidim hey, Alım, hey!

***

Könlümdə yarımın şəkli qalıbdı,
Gözümdə qapqara kəkli qalıbdı,
İllər həsrətiyəm, üzülüb canım,
Boynum bənövşətək büklü qalıbdı.

***

Keçdi aylar-illər, Alım gəlmədi,
Noğulum, şəkərim, balım gəlmədi.
İstədim qəsd edim özüm öümə,
Bilmədim nə oldu, əlim gəlmədi.

Related Posts

Kitablar
Oruc Nikbinin kitabları

Oruc Nikbin barədə məlumat Oruc Nikbinin şeirlərindən nümunələr “Faxralıdan güc almışam” şeirlər ktabına ön söz yazan xalq şairi

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur