Bir qılıncdı bu Borçalı deyilən,
Bu qılıncın tiyəsidi Faxralı!
Söz meydanı bu obaya ad olub,
Keçmişini öyəsidi Faxralı.
İndilikdə – havam, suyum ölərsəm
Sümüyümün yiyəsidi Faxralı!..
Bu kənd – Faxralı
Uca dağdır, göy yaylaqdı,
Sıx meşədir, gur bulaqdı.
Odu sönməz bir ocaqdı,
Sehr dolu gözdür bu kənd.Sığınıb söz çırağına,
Gəlməyib dost qınağına.
Tarixin çox sınağına,
Kişi kimi dözdü bu kənd.Nifrəti gurdu bilənə,
Ocağı pirdi bilənə.
Hər sözünü zər bilənə,
Özü boyda sözdü bu kənd.