Körpülər
Dələver çayı üzərində tikilən körpülər Yuxarı qəbristanlığın yanındakı körpü, 1956-cı ildə Koxallı nəslindən olan Səməd kişi tərəfindən inşa olunub. Babaşov Məhərrəmin evinin yanındakı körpü (Şahbuzlu və Amaşlı məhəllələrinə dönən yer), 1955-ci ildə Koxallının Mahmudalı tərəfindən tikilib. Şərifov və Əfəndiyevlərin yanındakı körpü, Məmmədəli Şərifovun rəhbərliyi ilə tikilib. Yuxarı təsərrüfatın yanındakı körpü, Səməd Namazovun rəhbərliyi ilə kolxozun vəsaiti hesabına tikilib.
Ətraflı