Dələver çayı üzərində tikilən körpülər

  1. Yuxarı qəbristanlığın yanındakı körpü, 1956-cı ildə Koxallı nəslindən olan Səməd kişi tərəfindən inşa olunub.
  2. Babaşov Məhərrəmin evinin yanındakı körpü (Şahbuzlu və Amaşlı məhəllələrinə dönən yer), 1955-ci ildə Koxallının Mahmudalı tərəfindən tikilib.       
  3. Şərifov və Əfəndiyevlərin yanındakı körpü, Məmmədəli Şərifovun rəhbərliyi ilə tikilib.
  4. Yuxarı təsərrüfatın yanındakı körpü, Səməd Namazovun rəhbərliyi ilə kolxozun vəsaiti hesabına tikilib.
  5. “Dostluq” körpüsü (Arxac məhəlləsinə keçən yerdə), Mahir Məmmədovun rəhbərliyi ilə inşa olunub.
  6. “Qırmızı” körpü (Cabbar presə keçən yerdə), Arif Əliyevin rəhbərliyi ilə tikilib.

 

Binələrdə salınan körpülər

  1. Taxta körpü 1 (Tənəklinin başlanğıcındakı körpü), 1929-cu ildə Məsim oğlu İmaməli, Hümbət oğlu Süleyman və Qasım oğlu Məhəmməd bu körpünün tikintisinə başlamış, lakin təqiblərdən can qurtarmaq üçün Məsim oğlu İmaməli və Hümbət oğlu Süleyman işləri yarımçıq qoyaraq Türkiyəyə gaçıblar. Bu səbəbdən körpünün tikintisini Qasım oğlu Məhəmməd başa çatdırıb. Körpünün üstü taxta materialı ilə örtüldüyünə görə Taxta Körpü adlanır. “Gav keçid”lə Taxta körpü arası 1 kilometrdən çoxdur. Taxta körpüdə qarşıya 3 yol ayrılır: Tənəkli yolu, Qoşa bulaq yolu, Bejanazaran yolu, Darvaz yolu .
  2. Taxta körpü 2 (Gavkeçid deyilən yerdəki körpü). Bu körpü Molla öyünün Əlinamaz tərəfindən salınmışdır. Müəyyən müddət işlədikdən sonra Dələver dərəsinin sel sularına tab gətirməyərək sıradan çıxmışdır.
  3. Əlinamazın körpüsü – “Daşlı burun”dan keçən yol “Gav keçid”də dərəyə qarışır. Bir vaxtlar burada həmin bu körpü olub. Bu körpüyə “Molla Maşadının körpüsü də deyirmişlər. Körpü 1930-cu illərdə tikilibmiş. Üstündən keçənlər Molla Maşadının ölənlərinə rəhmət oxuyardı. Körpü 1970-ci illərdə güclü selləmələrdən ciddi xəsarət aldı, az sonra uçub dağıldı.  Üzü Tənəkliyə, Qoşa bulağa, Bejanazarana doğru gedənlər yenə “Gav keçid”dən işləməyə məcbur oldular.

Mənbə: Allahverdi Kərimov – “Faxralı kəndinin tarixi haqqında yaddaş kitabçası“, Bakı-2015.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur