Faxralıda ilk tibbi xidmət 1931-ci ildə Azərbaycanın Göyçaylı rayonundan olan həkim Burxanov tərəfindən başlanıb. Onu 1935-ildə Ənvər Hacıyev adlı həkim əvəz edib.

Kənardan gələn həkimlərin tibbi xidməti 1966-cı ildə Bədəlov Oruc kənddə işə başlayana kimi davam edib. 1971-ci ildən Ayvazov Şərif, sonralar isə Bayramov Tahir, diş həkimləri Həsənov İslam, Çobanov Süleyman, Abışov İsə xalqımıza xidmət ediblər.

Yuxarıda göstərilən həkimlərdən başqa, Faxralıda yaşayan və başqa yerlərdə işləyən həkimlərdən də gecə-gündüz xalqımızın tibbi xidmətində dayananlar olub. Bu həkimlərdən Abbasov Vəkil, Musayev Tahir, Əhmədov Vahid və Həsənova Nəzakətin xidmətlərini göstərmək olar. İnsanların sağlamlığına göstərilən bu tibbi xidmət hal-hazırda da davam etdirilir.

Əhaliyə göstərilən tibbi xidmət 1931-ci ildən 1951-ci ilə kimi Molla Namazın müsadirə edilmiş evində və 1951-ci ildən 1968-ci ilə kimi  isə kolxozun boşaldılmış kontorunda fəaliyyət göstərirdi.

1969-cu ildə kənddə səkkizillik məktəbi fəaliyyətə başladığı zaman köhnə kənd xəstəxanası məktəb üçün uyğunlaşdırılıb.

1973-cü ildə kənddə 40 çarpayılıq yeni, iki mərtəbəli xəstəxana binası tikilib istifadəyə verilib.

Hal-hazırda əhaliyə tibbi xidmət xəstəxananın indiki binasında göstərilir və Bayramov Tahir baş həkim, Abbasov İsə isə diş həkimi vəzifələrində işləyirlər.

Mənbə : Allahverdi Kərimov –  “Faxralı kəndinin tarixi haqqında yaddaş kitabçası

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur