Faxralı kəndi Dələver (Talaveri) çayının sahilində, Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərindən 60 km, aşağı Kartli bölgəsinin Bolnisi rayon mərkəzindən 18 km gündoğarda, dəniz səviyyəsindən 560 m hündürlükdə yerləşir. Saat qurşağı UTC+4, ərazisi 17 min hektardır.
Kəndin ərazisi tarixən aşağıdakı kəndlərlə həmsərhəddir:
- şimaldan Qoçulu;
- şimali-şərqdən İmirhəsən, Molla Əhmədli, Qoşakilsə;
- şərqdən Saraçlı;
- cənubdan Bala Darbaz, Qudru;
- cənubi-qərbdən Hopret (yunan kəndi), Becanoğuzaran qışlağı (sərhədləri Ermənistan ərazisinə dayanır);
- qərbdən Kəpənəkçi;
- şimali-qərbdən Cəfərli, Mığırlı, Bolus-Xaçın (gürcü kəndi).