Faxralı kəndinin nəsilləri (kök qohumları)

Hörmətli, eloğullar!  Faxralı kəndinin nəsillərinin təsnifləşdirilməsində vahid bir fikir yoxdur. Hətta bu vacib məsələni facebook-da ümümi müzakirəyə də təqdim etmişdik. Çoxlu fikir ayrılıqları ilə rastlaşdıq. Bəziləri aşağıda göstərilən variantlardan birini qəbul edir, digərlərini inkar edir. Bəziləri isə “ümumiyyətlə səhvdir” deyərək konkret faktı ortaya qoymur. Biz aşağıda nəsillər barədə variantları və tərəfimizdən ümumiləşdirilərək hazırladığımız variantı sizlərə təqdim edirik:

 

1.Dəryahlı (Xudu öyü, Əkbərli, Şeşəpapaqlar, Daqqalar, Babakişi öyü, Kor Çobanlar, Vızıtdılar, Üç daşdar)

2.KoxallılarNurular, Vəli öyü, Alcəfər öyü

3.Səfqulu Xocanın törəmələri – Güllər (Novruz öyü, Hacı öyü, Avedin öyü, İsitdilər), Yəhyalar (Məmmədbağır öyü), Vəlixanlılar,  Molla öyü 

4.Keçili 

5.Şirətdili Ayvazın oğlü Hüseynin törəmələri (Hüseynli nəsli) – Ayvaz öyü, Həsən öyü, Əhməd öyü

6.Qasımlı, Şamratdı (Alı öyü)

7.Budaqlı (Piri öyü, Boz Məhəmmədin öyü, K.Məhəmmədin öyü, X. Əhmədin öyü, Qumaralar, Minalılar, Budaqov Qəribin öyü, Niftalılar, Körüklər, Qazqanlar)

  •  Alməmmədli (Məməşdər, Teşərələr, Əsgərlər, Məmiddər, Möyllələr, Dəlləhli, Bədəlli)

8.Molla Əhməd öyü, Aşıxasanlar, Ağamməd öyü

9.Gödəkli (Alqullar (Qara Maşadılar), Abış öyü, Endirlər, Cimlər, Çobanın öyü, Mustafa öyü, Kərim öyü, CananlarQənbərli, Osmanın öyü)

10.Balaməmmədli

11.Veylər

12.Qazaxlı Rəhimin törəmələri – Alqazaxlar (Cırtoylar), Zamanlı, Quyraxlı, Zim Qurbanın öyü, Cuqqular, İsgəndərin öyü

13.Xəlfələr, Sədilər (Quvu öyü, Şəhverdi öyü, Qocalar)

14.Poladdılar (Dadaşlar, Alqayıtlar, Xondallar, Məncilər, Padılar, Fatoylar, Çopur Məmmədin öyü)

15.Baytalı, Həvillər, Kaxılar

16.Qurbanalılar (Hüseynqulular, Əhmədalılar, Qara öyü, Mehdi öyü, Nabad öyü)

17.Vərzalar (Qara Mollalar, Qara Xıdırlar, Çöllü öyü , Şandılın öyü, Bəkir oğlu Nəbinin öyü)

18.Babaşlı (Omar öyü)

19.Ramazan öyü, Xaçoylar, Hakqulular, Dəmirçi Əlləzin öyü, Qovut Məhəmmədin öyü).

20.Göyüş öyü (İman öyü, Səmədovun öyü, Nalbənd Əhmədin öyü, Dəmirçi Əlləzin öyü)

21.Cəlilli Alının törəmələri – Amaşlı, Alverdi öyü, Məsim öyü, Zurablı

22.Poladlı (Ximiddər)

23.Həsənlı (Təhməzqulunun öyü, Mahmudalılar-Seyidlər, Yavaşhasannar, Müseybin öyü)

24.Qazaxlı (Hüseynin törəmələri, Mikayılın törəmələri, Hətəmin öyü)

25.Yavıxlı (K. Tanırverdinin öyü, Xasılar, Həmzələr)

26.Göyüş öyü (arx üstü), Adgözəllər, Ayvazlılar, Dəllək Mollanin öyu, Kələşdi (DƏQİQLƏŞDİRMƏK)

27.Aşırlı

28.Çərçilər

29.Tamlar, Mustular

30.Nağılar, Məmiş öyü

31.Musalar, Ayvazovlar-Quş Ayvazlar

32.Nəsib öyü, Babaş öyü

33.Qıcılar, Qəndillər

35.Mollaöyü, Aşıq Hasanlılar, Məmmədöyü 

36.Şalvızoğulları (Mazanlar)

37.Ayrımlar

38.Alpaşa öyü

39.Aşıq Müsəllimin öyü

40.Cavad öyü

41.Çeqi Alının öyü

42.Dəllək Musanın öyü

43.Qalayçılar

44.Ələşrəfin öyü

45.Əsmələr

46.Hallavarın öyü

47.K. öyünün Axverdi

48.Ləzgi Muxtarın öyü

49.Mir Kazımın öyü

50.Kamallar, Qorğalar

51.Oruc öyü

52.Əli Nağıyevin öyü

53.Sarvan Bayramın öyü

54.Seyid Məhəmmədin nəsli

55.Savışın öyü

56.Pircələr

57.Tat Söyünün öyü

58.Təhlələr

59.Üzeyir oğlu Söyünün öyü

60.Havaların Uzun Ələkbərin öyü (Şahbuzlu məhəlləsi)

61.Uzun Ələkbərin öyü

62.Xəmmədlər

63.Xosurlar

64.Xudatlar

65.Şindilər

 

Faxralıda əvvəllər adamların asan tanınması üçün aşağıdakı variantlardan  istifadə olunub:

  • Nəslin adına görə tanınma (məs., Dəryahlının Dəryah və s.)
  • Kök qohumluğuna görə tanınma (məs., Xudu öyünün Xudu, Ayvaz öyünün Nəsib və s.)
  • Vəzifə adına görə tanınma (məs., Sədr Mehralının oğlu, Sədr Əlinin oğlu və s.)
  • Sənətə görə tanınma (məs., Toyçu Kərimin oğlu, Dəllək Əsədin oğlu)
  • Anaların adına görə tanınma (məs., Zibeydənin oğlu, Malığın oğlu və s.)
  • Ləqəbə görə tanınma (Atdı Namaz, Şümü, Mazan Qurban, Doşan Qurban və s.)

 

Mənbə : Allahverdi Kərimov –  “Faxralı kəndinin tarixi haqqında yaddaş kitabçası

 

Nəsillər barədə Hüseynqulu Məmmədlinin qeydləri

1835–1836–cı illərə olan məlumata əsasən kənddə Xudular, Güllər, Yahyalar, Veylər, Qasımlı, Aşırlı, Koxallı, Hasanlı tayfalarından ibarət 120 – dən artıq ev olub.

Məşhur Azərbaycan səyyahı Zeynalabdin Marağalı “İbrahim bəyin səyahəti haqqında gündəliklər” əsərində göstərir ki, hər il minlərlə iranlı açlıq və səfalət üzündən vətəni tərk edir, yad ölkələrdə yoxsulluq içində yaşayırdılar. Doğma yurd-yuvalarından didərgin düşən İran vətəndaşları qərib-qürbət ellərdə – Hindistnda, Türkiyədə, Rusiyada hər növ əzab və təhqirlərlə üzləşirdilər. Bu illərdə yalnız Qafqazda 60 minə yaxın iranlı, o cümlədən Cənubi Azərbaycanlı köçmüşdür.

Zeynalabdin Marağalının göstərdiyi kimi, XVIII əsrin sonu XIX əsrin əvvəllərində yüzlərlə İran vətəndaşı Borçalının kəndlərinə dağılmış, nökərçilik etmək, bostan-tərəvəz əkmək, varlı, imkanlı ailələrin, bəylərin, mülk sahiblərinin taxıl zəmilərini əkib-becərməklə məşğul idilər.

Təsadüfi deyil ki, qonşu İmirhəsən kəndinin əsas əhalisi Cənubi Azərbaycandan gəlmədirlər. Müxtəlif illərdə İrandan gəlmə ayrı-ayrı şəxslər (Tat Maşadı, Tat Əli, Tat Ələkbər, Tat Hüseyn, Tat Abbas, Tat Səfərəli və başqaları) isə ömürlük Faxralı kəndində məskunlaşmışlar.

Borçalıda, xüsusən Faxralı kəndində olan tayfaların bir qismi etnik mənşəyi İran, Türkiyə, Orta Asiya, Azərbaycan və digər ərazilərdə olan kəndlərin, tayfaların adları ilə bağlıdır. Hətta, bəzi tayfaların etnik qohumluq, soy kökü barədə rəvayətlər, müəyyən təfsilatlar hələ daha qədimdən məlum olmuş və müdrik qocaların nəsildən-nəsilə çatdırdığı yadigar kimi yaşamışdır.

Mənbə: Hüseynqulu Məmmədli (Məmmədov) –Görüm Faxralının biri olsun beş…”

 

Nəsillər barədə Rəşid Faxralının qeydləri

Faxralıda yaşayan nəsillərin adı, əsasən, əcdadların adına aid edilir (Qasımlılar, Koxallılar (Koxa Alılar), Dəryahlılılar və s.). Bəzi nəsillər Faxralıya gəldiyi ərazinin adı ilə adlandırılır (Əsmələr, Qazaxlılar və s.). Nəsil böyüyüb şaxələndikcə adlandırılmada bölünmələr, ayrılmalara da olur. Xuduöyü, Əfgərri (hər ikisi Dəryalıdır), Şönnülər, Quvuşöyü, Çolaxlı (hər üçü Balaməmmədli nəslindəndir). Zuraböyü, Məsimöyü, Alverdiöyü – bunar da Amaşlı nəslinin qollarıdır.

30-cu illərə kimi Faxralıda da adamları ya atasının adı ilə (Aşıroğlu Mehralı, Təhməzqulu oğlu İman, Zurab oğlu Mustafa və b.), ya nəsillə (Koxallının İsrafil, Qasımlının Oruc,  Balaməmmədlinin Allahverdi və b.), ya da peşəsi, sənəti ilə (Aşq Hasan, Dəllək Dünnü, Balvənd Əhməd və b.) tanıyır, tanıdırdılar.

30-cu illərdə aparılan familiyaşdırma bu və ya digər nəslin zahiri ayrılmasına – bölünməsinə səbəb olub. Təkcə Balaməmmədli nəsli 10 familiya daşıyır: Məmmədov, Namazov, Qurbanov, Hümbətov, Hüseynov, Qubuşov, Orucov, Allahverdiyev, Əhmədəliyev, Əliyev.  Beləcə, kənddə nəsillərin sayı zahirən artıb.

Faxralı ərazısində – Faxralıda məskunlaşan ilk nəsil Koxallılar, Dəryahlılar olub. Bu nəsil Faxralıya XVII əsrin başlanğıcında Qarabağdan gəlib. Adətən, sonra gələn nəsillər ərazidə artıq el-oba şəklində formalaşmış, nəsildən bir qədər yuxarıda qərar tutur, yurd olur, ocaq yandırır, kül tökür. Bu mənada Faxralıya Koxallılar – Dəryahlılardan sonra gəlmiş nəsillər onlardan yuxarılarda yurd salıblar.

YahalarGüllər, İveylər, Söyünnü (Kələli), Adgözəllər Faxralının ilkin sakinləri olub.

Şeirdə deyilir:

Viran qalsın zamananı,
Qarabağda varım qaldı.
Çəmənimdə gül-çiçəyim,
Dağlarımda qarım qaldı.

Bizə yeganə bəndi çatan bu qoşmanı Qarabağdan Faxralıya köçmüş hansı nəslin hansı şairi deyib? – bəlli deyil..

Faxralıya gələn, məskunlaşan sonuncu Əsmələr nəslidir. Bu nəsil əslən Çürük Qəmərridən olub, XX əsrin əvvəllərində Əsmələr kəndinə, oradan da Faxralıya köçüblər. Nəslin adı da bununla bağlıdır.

Qəmərri, Poladdı, Qazaxlı, Kələşdi, Baytallı, Alğullar, Həvillər, Pənahlılar, Sədilər, Qara Usuflu (Poladdı) nəsilləri Faxralıya Qazaxdan gəliblər.

Mənbə : Rəşid Faxralı –  “Oğuz eli Faxralı”

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur