Allahverdi Məmmədəli oğlu Kərimov 2015-ci ildə 120 səhifədən ibarət “Faxralı kəndinin tarixi haqqında yaddaş kitabçası”nı yazmışdır.

Nəfis tərtibatla çap olunmuş, sadə oxucu dili ilə yazılmış, min bir əzab-əziyyətlə ağsaqqalların dediklərindən, eləcə də arxivlərdən toplanmış məlumatlar əsasında, müəllifin öz vəsaiti hesabına ərsəyə gəlmiş bu kitab, Faxralı kəndinin yaranma tarixindən bu günümüzə qədər keçmişimizin, indimizin və gələcəyimizin yaddaş bələdçisi olan kiçik bir ensiklopediyadır.

Oxucu bu kitab vasitəsilə öz keçmişi barədə daha ətraflı məlumat əldə edə bilər.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur