Nəsil barədə Hüseynqulu Məmmədlinin qeydləri

Alməmmədli. Ağstafa rayonunun Dağkəsəmən kəndinin Faxralı hissəsində Alməmmədli adlı böyük bir nəsil yaşamaqdadır.

Belə hesab edirik ki, Gürcüstanın Faxralı kəndində olan Alməmmədli tayfası ilə Ağstafadakı Alməmmədlilərin soy bağlılığı vardır.

Mənbə : Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”

 

Nəsil barədə Rəşid Faxralının qeydləri

Hüseynqulu Məmmədliyə görə Alməmmədli (Məməşdər, Teşərələr, Bədəlli) nəsli ilə Ağstafanın Dağkəsəmən kəndinin soy bağlılığı var. Alməmmədlilərin də Dağkəsəməndən Faxralıya köçməsinə qan düşmənçiliyi səbəb olmuşdur.

…Məmməd uzaq səfərdən təzəcə qayıtmışdı. Kəndin cavanları, dost-tanışlar onun görüşünə gəlir. O, dostu Bayramın durumundan “almır”, onu bir tərəfə çəkib narahatlıqla soruşur: “Nooluf, qardaş, niyə belə gündəsən?” Bayram dostunun xasiyyətinə bələd olduğundan onu xataya salmaq istəmir, ürəyini əridən dərdin nə dərd olduğunu gizlətməyə çalışır. Məmməd isə əl çəkmir…

Tacir oğlu Əhmədin Bayramın nişanlısına gözü düşübmüş. O, qızın nişanlı olduğunu bilsə də məqsədindən əl çəkmək istəmir: “Yetəri götürüb qaçajam, -deyir”

Əhməd dediyini eyləyir, toy ərəfəsində Yetəri götürüb qaçır. Kənd bir-birinə dəyir. Nə qədər axtarsalar da onları tapa bilmirlər.

Eşitdikləri Məmmədin şəninə toxunur. Əhmədin yerini al dilinnən öyrənirlər.

Atışmada Əhməd, qardaşı Rəhim, əmisi oğlu öldürülür, Bayram ölümcül yaralanır.

Alməmmədlilərlə dədə-baba salağatdıqları olan bir çinovnik gecəynən onlara xəbər çatdırır ki, qanlıları şikayət eyləyib, nəslin cavanlarını tutacaqlar…

Ağsaqqalar cavanlarını sürgünlərdən, qazamatlardan xilas eləmək üçün köçməyi qərara alırlar.

Beləliklə, Alməmmədlilər Faxralıda məskunlaşırlar.

Mənbə : Rəşid Faxralı –  “Oğuz eli Faxralı”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur