Nəsil barədə Hüseynqulu Məmmədlinin qeydləri

Keçili (Mahmudlar, Bayrışlar). Bir kökdən olan bu tayfanın Azərbaycanın Naxcıvan, Zəngilan, Şəmkir vilayət və rayonları ərazisində olan eyni adlı kəndlər və tayfalarla əlaqəsi barədə rəvayətlər vardır.

Mənbə : Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”

 

Nəsil barədə Rəşid Faxralının qeydləri

Hüseynqulu Məmmədli öz zamanında ağsaqqallardan eşitdiyi söhbətlərə istinadən Keçili (Mahmuddar, Bayrışlar) nəslinin uzaq keçmişinin  Naxçıvandakı, Zənginlandakı, Şəmkirdəki eyniadlı kənd və tayfalarla ilgili olduğunu qeyd edir.

O dövrün (XVII əsr) miqrasiya səbəblərini və miqrasiya “xəritəsini” nəzərə aldıqda bu güman tarixi həqiqət kimi görünür. Keçili nəslinin Faxralıya miqrasiyası isə bilavasitə Şəmkirlə bağlıdır.

Faxralının genişlənməsi, səfalı təbiətinin, əvəzsiz təbii şəraitinin sorağı yaxın-uzaq ellərə də çatmışdı. XVIII əsrin ortalarına kimi Şəmkirdə yaşayan Keçililərin daha yaxşı güzaran adına məhz Faxralıya yön tutması, burda məskunlaşması təbii idi…

Faxralı səxavətini Keçililərdən də əsirgəmir…

Mənbə : Rəşid Faxralı –  “Oğuz eli Faxralı”

 

Nəslin kök qohumları

Keçili nəsli XVIII əsrin ortalarında (1750-ci illərdən sonra) Azərbaycanın Şəmkir rayonunun Keçli kəndindən Gürcüstanın Faxralı kəndinə köç etmişdir.

Köç edənlər: Həsən, Hüseyn qardaşları və onların Daşdəmir adlı əmisioğlu olmuşdur.

Hal-hazırda Faxralıda Həsənin davamçıları “Orcunlar”, “Şair Nəbinin öyü”, Hüseynin davamçıları “Mahmudlar”, “Bayrışlar”, “Keçililər”, Daşdərimin davamçılarını isə “Osmanı Daşdəmirin öyü” kimi tanınır.

Beləliklə “Keçili nəsli“nin aşağıdakı kök qohumlardan ibarətdir:

  • Keçili (nəslin bu qolu, nəslin adı kimi adlanır)
  • Mahmudlar,
  • Bayrışlar,
  • Orucunlar,
  • Osmanlı Daşdəmirin öyü,
  • Şair Nəbinin öyü (Nəbiyev Rəhim, Nəbiyev Kərim – kənddə “toyçu Kərim” kimi tanınır)

Mənbə : Nəslin nümayəndələrinin məlumatı əsasında

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur