Bu şeirdə təxminən 240-250 il öncə Gürcüstanın Borçalı mahalının Faxralı kəndində məskunlaşan Koxallı nəslindən . olan şəxsiyyətlər əks olunur. Müşgünaz xanım həm yaşlı insanlardan eşitdiklərini, həm də özünün şəxsən gördüyü və tanıdığı, hazırda həyatda olmayan və hər hansı işi ilə yaddaşlarda qalan koxallılardan bəhs edir.