Şahbuzlu (Şahbuz uşağı). Faxralı kəndinin yuxarı hissəsi bu tayfanın adı ilə “Şahbuzlu” adlanır.
Çox güman ki, bu əhalinin bir hissəsinin Naxçıvan Muxtar Respublikası Şahbuz ərazisində yaşayan tayfaların bəziləri ilə soy bağlılığı olduğu kimi, bir hissəsidə vaxtilə Ermənistanın ayrım kəndlərindən gəlmiş və indi də “Ayrımlar ” adını saxlayır.
Əlavə edək ki, qədim Dərbənd şəhəri ərazisində Şahbuz dağı vardır. Şahbuz dağının ətəklərində yerləşən və 9 para adlanan kəndlərdə azərbaycanlılar yaşayır.
Faxralı kəndində olan digər tayfalar barədə də buna bənzər fikirlər söyləmək olar.
Mənbə : Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”