Bu nəsil, Azərbaycanın İsmayıllı rayonunda yaşamış, müəyyən səbəblərdən Gürcüstanın Qaraçöp (Saqareco) rayonunun Qombor kəndinə və oradan da Faxralı kəndinə köçmüşlər.

Məmmədov (seyid) Məhəmməd Sərdar oğlunun törəmələri:

  1. Məmmədov Oruc Məhəmməd oğlu ( 1915-ci il təvəllüdlü, Qombor kəndində yaşamış)
  2. Məmmədov Sərdar Məhəmməd oğlu (1928-1991, Faxralı kəndində yaşamış)
  3. Məmmədova Bahar Məhəmməd qızı (1920-ci il təvəllüdlü)
  4. Məmmədova Səkinə Məhəmməd qızı (1930-ci il təvəllüdlü, Muğanlı kəndində yaşamış)

1955-ci ildə Faxralı kəndini özünə daimi yurd edən Sərdar Məmmədovun aşağıdakı 3 oğlu və 1 qızı (Raya) vardır:

  • Əhməd (1959-cü il təvəllüdlü, oğlu: Ramin, qızları: Nüşabə, Vüsalə)
  • Səməd (1962-ci il təvəllüdlü, oğlu: Ayaz, qızları: Tamilla, Leyla, Günel)
  • Məmməd (1965-ci il təvəllüdlü, oğulları: Sərdar, Anar)

Sərdar Məmmədov 18.04.1991-cı ildə vəfat etmişdir.

Nəslin nümayəndəsi olan Məmməd Məmmədovun (Məmməd Lahıcoğulu Faxralışairlik istedadı da vardır. Onun şeirlərindən nümunələri aşağıda təqdim edirirk:

Oğul məni o dağlara, 
Canda nəfəsim apar,
Görürəm çox darıxmışam, 
Yaman həvəsim var apar. 

O dağları meşələri ,
Görüm köhnə kişiləri, 
Atam gəzən o yerləri, 
Gedib görəsim var apar.

Gedim görüm qonşuları, 
Xatırlayım o çağları,
Cənnət olan o bağları, 
Meyvə dərəsim var apar.

Bəsdi qürbətin noğulu, 
Vətən səsləyır oğulu, 
Hazırdı bu Lahıcoğulu, 
Artıq öləsim var apar.

****

Yonun düşsə Borçalı mahalına,
Faxralıya məndən odlu salam de,
Ağrıma gəl o obanın halına,
Hər dərdinə sağalmayan yaram de.

$air Nəbi məclisinə sürmə at,
Orda doğlub həm Koroğlu həm Qır at,
Kim oxusa bir heyratı muğamat,
Tar səsinə sağalmayan yaram de

Səngərin başına çöksə Çən-duman,
Köçmə Lahıçoğlu vətən üçün yan,
Mansırı üstündə həzzin oxuyan,
Yar səsinə sağalmayan yaram de.

***

Səni çox sevirəm çünki Vətənsən,
Anam tək doğmasan həm ürəyimsən,
Arzumdur hər zaman sən yüksələsən,
Ay doğma Faxralım doğma Faxralım.

İgid oğul qızın var sənin,
Ölməz ad qoyubdur o şair Nəbin,
Borçalı mayakıdır uca Səngərin,
Ay doğma Faxralım doğma Faxralım.

Gözəl aranın var gözəl dağın var,
Qoşa bulaq gözlərindən nur yağar,
Səfalı Təhməzin qonaq arzular, 
Ay doğma Faxralım doğma Faxralım.

Lahıçoğlu sevir səni doğma Faxralı,
Saz çalıb qoynunda aşıq Nəsib barmağı,
Qismət et Nəzakətmi sən mənə barı,
Ay doğma Faxralım doğma Faxralım

***

VƏTƏN DESİN

Əriyəndə Vətən üçün əri sən,
Faydası nə yaz qarı tək ərisən,
Diri ikən yana-yana əri sən,
Ana, oğul, qızlar sənə yar desin,
Vətən baxıb ər igidim var desin.

Milyon olsa qorxma yenə düşməndən,
Dərsin olsun qaçaq Nəbi Babəkdən,
Nərən gəlsin dumanlı Çənlibeldən,
Nigar oğul Həcər sənə yar desin,
Vətən baxıb ər igidim var desin.

Muğan Şirvan Cıdır düzü oylağın,
Yadda saxla üç rənglidir Bayrağın,
Bölünməzdir Azərbaycan torpağın,
Təbriz oğul Bakı sənə yar desin,
Vətən baxıb ər igidim var desin.

Arxan Murov Qoşqar isə sinəndir,
Xan Araz dəli Kür qan istəyindir,
Qarabağ mahalı saf ürəyindir,
Şuşa oğul Laçın sənə yar desin,
Vətən baxıb ər igidim var desin.

Lahıcoğlu nəsihətinə qulaq as,
Vətən birdir oğul o iki olmaz,
Ər oğlu olan Vətən basılmaz,
Vətən oğul, Vətən sənə yar desin,
Vətən baxıb ər igidim var desin.

***

Aşıq Qabil Faxralı dilqəmisi,
Yandır yanım Faxralının eşqinə,
Qəriblikdə yaşıyanlar bilər,
El obaya sevgi nədi eşq nə.

Çıxım Gözəl dağına baxım Səngərə,
Başına dolanım elin min kərə,
Bir namə göndərim nazlı dilbərə,
Qoy oxusun sevgi nədi eşq nə.

Aşıq Qabil, dəyişməynən havanı,
İtirmişəm doğulduğum yuvanı, 
Lahıcoğlu indi çəkib karvanı,
Gəlir kəndə bir ölümün eşqinə,

***

Şair Nəbi çeşməsindən su içib,
Aşıq Nəsib laylasına yatmışam,
Şairlik tək bir zirvəyə uçalıb,
Ömrü-günü söz sənətə satmışam,
Faxralıda boya – başa çatmışam.

Şair Şaban meydanın şahidi,
Şair Məmməd Dünyamalı şagirdi,
Mən çəkməsəm kim çəkərdi bu dərdi,
Bala zəhər zəhərə bal qatmışam,
Faxralıda boya-başa çatmışam.

Obamızın meydanı söz meydanı,
Səs-sorağı tutub çümlə-çahanı,
Vüquarım tək sevib Gözəldağını,
Gəzə-gəzə zirvəsinə qalxmışam,
Faxralıda boya-başa çatmışam.

Adım Məmməd zatım Sərdar oğludur,
Kəndim ağır sazın-sözün yurdudur,
Ləqəbimsə şair Lahıçoğludur,
Öz nəslimə bu ləqəbi yazmışam,
Faxralıda boya-başa çatmışam.

***

Zirvəsina qar qonursa,
Dağlar üçün ucalıqdır,
Yaşı yüzə çatdırırsa,
İnan gözəl qocalıqdır.

Nəsihəti el gəzirsə,
Kəlamları şirin dilsə,
Əldə həsa gəzdirmırsə,
İnan gözəl qocalıqdır.

Eşqi döysə gözəlləri,
Dərdin alım kəlməlri,
Dörd yanında nəvələri,
İnan gözəl qocalıqdır.

Yay yaylaqda qış aranda,
Hər şey şirin öz vaxtında,
Olsa Lahıcoğlunun baxtında,
İnan gözəl qocalıqdır.

***

Oruc Nəsibov və Sədrəddin Namazovun əziz xatirəsinə ithaf edirəm:

Yaman çətin dərdə düşmüşük, qardaş,
Bu dərddən çıxmağa bir əlacım var,
Bax donub qalmışam qınama məni,
Ağsaqqal sözünə ehtiyaçım var.

Göyçəm Zəngəzurum qaldı əğyara,
Qarabağ mahalım döndü ağlara,
Borçalım çevrilib sinə dağlara,
Ağsaqqal sözünə ehtiyacım var.

Şəhidlər məzardan boylanır bizə,
Çata bilməyirik toy günümüzə,
Bir çıxış yoludu söyləyim sizə,
Ağsaqqal sözünə ehtiyacım var.

Elin hörmətidi həm başda tacı,
Şirini şirindi acısı acı,
Bir sözlə yox edir min ehtiyacı,
Ağsaqqal sözünə ehtiyacım var.

Ağsaqqal hardasa hoyda ordadı,
Ağsaqqal hardasa soyda ordadı,
Ağsaqqal hardasa toyda ordadı,
Ağsaqqal sözünə ehtiyacım var.

Mənbə: Məmməd Məmmədov (Məmməd Lahıcoğulu Faxralı

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur