Əli Məmmədəli oğlu Əlizadə 1959-cu ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, orta məktəbi 1976-cı ildə əla qiymətlərlə başa vuraraq “qızıl medal”la bitirmişdir.
Əli Əlizadə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinin məzunudur (1981). 1981-1989-cu illərdə Bakı “Zərgərsənaye” İstehsalat Birliyində işləmişdir.
1989-1993-cü illərdə Təhsil Nazirliyində böyük elmi işçi, laboratoriya müdrinin müavini, 1993-1998-ci illərdə Avtomobil Nəqliyyatı Nazirliyində hesablama mərkəzinin direktor müavini və sonra direktoru vəzifəsində çalışmışdır.
Hal-hazırda Əli Əlizadə özəl şirkətlərin birində işləyir.
Mənbə : Rəşid Faxralı – “Oğuz eli Faxralı”, Bakı – 2002.