Aslan Şəmistan oğlu Nəbiyev

Aslan Şəmistan oğlu Nəbiyev, 09.08.1985-ci ildə Faxralı kəndində anadan olmuşdur.

2002- ci ildə kənd orta məktəbini bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakultəsinə daxil olmuş, 2006-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Elə həmin il universitetin Maliyyə fakultəsinin Magistratura pilləsinə daxil olmuş və 2008-ci ildə bitirmişdir.

Hazırda İqtisadiyyat üzrə fəlsəfə doktorluguna namizəddir.

Əmək fəaliyyətinə 2007-ci ildə Bank of Baku ASC-də kiçik mütəxəssis kimi başlamışdır, yüksək peşəkarlığı ilə seçilən eloğlumuz bir neçə il ərzində bankın rəhbər heyətində yer almışdır.

2013-2018- ci illərdə bankın müxtəlif filiallarında direktor işləmişdir, hazırda isə bankın ən böyük strukturlarından biri olan, Mikro və Kiçik Orta Sahibkarlıq kreditləri departamentinin direktorudur.

Ailəlidir, 3 övladı var.

REDAKTOR

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur