Məhəmməd İmaməli oğlu Babaşov

Məhəmməd İmaməli oğlu Babaşovun atası – İmaməli Qurban oğlu Babaşov barədə yazdığı xatırələrdən

Atamin aliliyi nədə idi?

Alam haqqında xatirələrim necə başlayım, bilmirəm…

1966-1967-ci tədris ilində, biz 1-ci sinfə qədəm qoyan zaman Faxralı orta məktəbində Dünyaməli müəllim İmanov, Telli müəllimə Qurbanova kimi çox təcrübəli, savadlı, tələbkar ibtidai sinif müəlimləri çalışırdı. Ona görə də valideynlərin əksəriyyəti istəyirdilər ki, öz uşaqlanı bu iki müəllimin sinfınə qoysunlar.

Təsadüf elə gətirdi ki, mən və sonradan 5-ci sinifdə bir sinfə toplaşdığımız dostlarımdan bəziləri Gürcüstan SSR-nin əməkdar müəllimi olan Telli müəllimə Qurbanovanın sinfinə düşdük. Atamın da elə həmin ildən Faxralı orta məktəbində müəllim işləməsi, məni atamla yalnız məktəbdə deyil, evdə də müəllim kimi davranmağa vadar etdi.

Atam təkcə müəllim işlədiyinə görə yox, həm də sözün geniş mənasında əsl ziyalı bir insan olduğuna görə həmişə biliyə, təhsilə, yaxşı oxyan, məktəbimizi əla qiymətlərlə bitirib nüfuzlu ali məktəblərə qəbul olan şagirdlərə, məktəbdə işləyən savadlı müəllimlərə çox böyük qiymət verirdi. Mən 5-ci sinfə keçəndə, atam məni məktəbmizdə  cox savadlı, həm də tələbkar ola riyaziyyat müəllimi, İlyas müəllim Namazovun sinfinə qoydu.
Həmin ildən əziz müəllimimiz İlyas müəllimmin sayəsində məndə riyaziyyat elminə çox böyük maraq oyandı. İlyas müəllimin öyrətdiklərinin sayəsində hələ 9-cu sinifdə oxuyarkən artıq məndə elə bir təsəvvür yaranmışdı ki, daha mənə müəllim lazım deyil, özüm sərbəsft hər şeyi öyrənə bilərəm. Onu da qeyd edim ki, mən 9-cu sinfə kimi məktəbdə çox ağıllı, sakit, çalışqan və məktəbimizin bütün müəllimlərinin sevimli şagirdlərindən biri olmuşam.

Kəndimizdə bizdən əvvəl oxuyan şagirdlərin çoxunun riyaziyyat elminə meylli olması məni də gələcəkdə riyaziyyatçı alim olmaq həvəsinə salmışdı. Həmin illərdə institutlara girmək üçün dörd fəndən qəbul imtahanları verilirdi. Ona görə də mən, riyaziyyat fakültəsinə girmək üçün qəbul imtahanlarına düşən riyaziyyat, fizika və ədəbiyyat fənlərinə daha çox diqqət yetirməyə başladım. Bu fənləri, mənim yaxşı öyrənməyimdə mərhum müəllimlərim İlyas müəllim Namazovun, Rəhim müəllim Mahmudovun və Vəli müəllim Əliyevin böyük əməyi olmuşdur. Allah hamısına rəhmət eləsin.

Bu fənlərlə bərabər onu da qeyd adım ki, atam məktəbdə alman dili müəllimi olduğundan, məndə alman dilinə də böyük maraq var idi. Odur ki, mən məktəbi qurtaranda alman dilində demək olar ki, sərbəst danışa bilirdim.

1975–1976-cı tədris ilində Faxralı orta maktəbində bizim sinfımiz şagirdlər və müəllimlər arasında 10c sinfi kimi ad çıxarmışdı. Bizim simfimiz məktəbdə ən dəcəl, ən avara, həm də ən yaxşı oxuyan sinif kimi tanınırdı. Bizim vaxtımızda məktəbdə siniflər xarici dillər üzrə iki qrupa bölünürdü. Mən, Arif Əliyev, Hüseyn Əmirxan oğlu, Həsən İmanov, Əflatun Həsənov, Rafiq Bayramov və Kamal Qurbanov alman dili qrupuna düşmüşdük. Atamın bu dili çox böyük ustalıqla və yüksək səviyyədə tədris etməsinin nəticəsi idi ki, alman dili dərsində biz uşaqlar arasında həmişə bu dildə dialoq gedirdi. Bu məqam atamın tələbkarlığı və pedaqoji ustalığı barədə tam təsəvvür yaratmaq üçün məncə yetərlidir. Mən, Azərbaycan Dövlət Universitetində 1-ci kursda oxuyan zaman bizə alman dili dərsini Tamam adında cavan bir qadın müəllimə deyirdi. Onun tələbə yoldaşlarımdan biri vasitəsi ilə mənə xəbər göndərərək, “Babaşova deyin, mənə dərsdə sual verməsin” deməsi də mənim qədərincə hazırlıqlı olmağımı təsdiq edirdi.

Məktəb illərində oxumağım və davranışımla əlaqəli mənim bütün hərəkətlərim hər gün atamın nəzərinə çatdırılırdı ki, bununla əlaqədar onunla aramızda yaşanan bir çox söz–söhbətləri bu gün də unuda bilmirəm. İndi o keçmiş xatirələri bir-bir qısaca da olsa dilə gətirmək istəyirəm.

Birinci dəfə atamı incitməyim 8-ci sinifdə olmuşdu. Həmin il fizika müəllimimiz Rəhim müəllimlə aramızda bir problem yaranmışdı. Belə ki, günlərin bir günü o, dərsdə mənə fizikadan bir neçə sual verdi, mən də cavabları bilə-bilə qəsdən dedim ki, bilmirəm. O, möhkəm hirsləndi və sinif yoldaşım Arifə dedi ki, bir vərəq götür verdiyim sualları yaz. O, mənə 100 dənə sual verdi. Mən də hamısına yalandan gah dedim ki, yadımdan çıxıb, gah bilmirəm və beləliklə heç bir suala cavab vermədim. O, çox əsəbiləşdi və həmin vərəqi də özü ilə götürüb apardı. Dərsdən sonra atamı, məktəbin direktoru Vəli müəllim Əliyevi və bir neçə başqa müəllimi sinfə dəvət etdi və həmin sualları mənə təzədən verdi. Mən də komissiyanın qabağında sualların hamısına cavab verdim. Rəhim müəllim də təəccüblənərək çox hirsləndi ki, bəs bayaq deyirdin bilmirəm, indi nə oldu? Mən də dedim bayaq yadımdan hamısı çıxmışdı, indi yadıma düşdü. Əfsuslar olsun ki, bu hərəkətim atama çox pis təsir etmişdi.

İkinci bir hadisə, sinif rəhbərimiz və riyaziyyat müəllimimiz İlyas müəllimlə bağlı olmuşdu. Kolxozun tarlasına tütün yığmağa gedəndə Təpələr deyilən ərazinin altında mən, sinif nümayəndəsi kimi tütün düzülmüş ipləri (biz o vaxtı bu iplərə şunur deyirdik) təhvil alib, qeydiyyatını aparır və onlara keşik çəkirdim. İlyas müəllim uşaqlara norma qoymuşdu ki, hər adam bir belə şunur yığacaqdır. İşin sonunda uşaqların çoxu normanı yığa bilmədilər, mən də yalandan dəftərdə qeyd apardım ki, guya hamı normanı yığıbdır. İlyas müəllim də şübhələnıb şunurları saydırdı və təbii ki, say az çıxdı. Gördü kı, yalandan yazmışam, çevrilib mənə bir şillə vurdu. Səhərisi gun bu hərəkətim barədə atama məlumat çatdırıldı. O, məni möhkəm danladı və bir də yalan danışmamağı mənə tapşırdı.

Bir dəfə də 10-cu sinfı qurtarana yaxın, orta məktəb buraxılış imtahanları ərəfəsində, bizi barama qurdunu yedizdirtmək üçün tut yarpağı yığmağa göndərmişdilər. Gətirdiyimiz tut yarpağını məktəbə boşaltdıq. Mən 2-ci mərtəbədə yerləşən müəllimlər otağına qalxdım ki, məlumat verim. Orada adını çəkmək istəmədiyim, indi həyatda olan bir müəllimlə aramızda mübahisə düşdü. Davranışımdan hirslənən həmin müəllim mənə dedi ki, “Sən orta məktəbi qurtara bilməyəcəksən!”. Mən də, “Qurtaracam!”, deyə cavab verdim. O, “Qurtamcaqsan, – dedi, ancaq instituta qəbul ola bilməyəcəksən”. Mən isə, “Qəbul olacağam!”, dedim. Uzun sürən mübahisədən sonra, axırda müəllimin əlacı kəsildi, qayıtdı ki, “Sən qəbul olsan da, institutu qurtara bilməyəcəksən!”. Dedim ki, narahat olmayın, institutu da qurtaracam!

Evə gələndə məlum oldu ki, bu hadisəni də atama çatdiımışlar. O, bu dəfə möhkəm hirsləndi və mənə bir şillə vurdu. Ertəsi gün rus dilindən buraxılış imtahanımız vardı. Atam dedi ki, səni imtahandan kəsmək üçün rayondan komissiya gətirəcəklər. Mən isə narahat olma, mənə heç nə edə bilməyəcəklər, dedim. Həmln ili məktəbdə qızıl medal söhbəti var idi. Onu da yalnıız respulılıka olimpiadasının qaliblərinə verirdilər. Mən də 9-cu və 10-cu siniflərdə riyaziyyat fənnindən 3-cü, 10-cu sinifdə isə ədəbiyyat fənnindən 2-ci yerə çıxmışdım. Bir sözlə, bütün parametrlər uyğun gəlirdi. Atama demişdilər ki, medal almaq üçün yuxarıya “hörmət“ lazımdır. Atam da qəti şəkildə medul üçün heç kimə “hörmət” eləməyəcəyini demişdi. Ona görə də ədəbiyyat imtahanından mənə 5/4 yazdılar ki, medal verməsinlər. Ançaq məktəbin direktoru rəhmətlik Vəli müəllim attestatı yazanda mənə özü qəsdən bütün fənləndən 5 yazmışdı. O vaxtı Azərbaycan Dövlət Universitetinə sənədlərimi verəndə mənə dedilər ki, bu necə attestatdlr hamısı əladır, ancaq medal yoxdur. Mən də dedim ki, Gürcüstanda belədir. Medal vermirlər.

Yəni bütün bunları yazmaqda məqsədim odur ki, atam çox obyektiv, təmiz, yaltaqlığa və rüşvətxorluğa düşmən olan bir insan idi.

Qohumlar, rəhmətlik Namaz əmim danışardılar ki, atamın uşaqlığı çox ağır keçmişdir. İki yaşı olarkən anası rəhmətə getmiş və onu bibisi Yetər saxlamışdır. Deyilənlərə görə o, çox ağır ailə vəziyyəti ola-ola orta məktəbi müvəffəqiyyətlə bitirmiş və 1953-cü ildə qəbul imtahanlarından “4” və “5” qiymət alaraq instituta daxil olmuşdur.

Çox kasıb ailədə böyüdüyündən institut illəri də onun üçün çox ağır keçmişdir. O, özü bizə danışardı ki, atası ona çox kitab almağa pul vermirmiş və deyirmiş ki, oxuyan bir kitabla da oxuyuar. O vaxtlar kənddə elektrik işığı olmadığına görə səhərlər hava işıqlaşanda kitabı damın bacasından düşən işığa tutub, o şəkildə oxuduğunu danışardı.

Bütün bu əziyyətlərə baxmayaraq o, 1957-ci ildə institutu əla və yaxşı qiymətlərlə bitirib azad təyinat alaraq Gürcüstana gəlmişdi ki, qoca və tək-tənha olun atasını saxlasın. 1958-ci ildə öz əmisi qızı olan Gülsufa Şərif qızı ilə ailə həyatı qurmuş və 4 övlad böyüdüb boya-başa çatdırmışdır. Övladlarının hamısı ali təhsil almış, ev-eşik sahibi olmuşlar. O, ömrünün sonuna kimi həmişə övladlarının qayğısına qalmşdır. Ancaq çox heyf ki, nəvələrinin də hamısının ali təhsil alıb, ailə qurmalarını və nəticələrini görmək ona qismət olmadı.

Qohumların, iş yoldaşlarının dediyinə görə atam öz işinə çox məsuliyyətli, obyektiv və haram mala göz dikməyən, gözü-könlü tox bir insan olmuşdur.

Anam danışır ki, atam qonşu İmirhəsən və Saraclı kəndlərində müəllim işləyən zaman qış fəslində qarda-buzda (hətta 40 dərəcə hərarəti ola-ola) bir neçə kilometrlik yolu pay-piyada işə gedib-gələrdi.

Müəllim yoldaşlarının, məktəb direktorlarının söylədiklərinə görə atam işlədiyi dövrdə yeganə müəllim olub ki, ömründə 1 saat dərs buraxmamış və xəsftəlik vərəqəsi almamışdır.

Atamın bir üstün cəhəti də o idi ki, istəyirdi bütün millətimizin övladları savadlı olsunlar. Ona görə də bütün şagirdlərinə, qohum-əqrabalarına, övladlarına yaxşı oxumağı tövsiyə edirdi. Allaha şükürlər olsun ki, onun bu tövsiyələri biz övladlarına da sirayət etdi və biz hamımız ali savadlı mütəxəsisslər olduq.

1976-cı ilin iyul ayında atam məni Bakı şəhərinə qəbula gətirdi. Biz Sumqayıt şəhərində rəhmətlik bibim oglu Əlinin evində qalıb, bibioğlu Kamalla imtahanlara hazırlaşmağa başladıq. Sənədləri vermək məqamı gələndə atam məni İnşaat instituna gətirdi və gələcəkdə yaxşı inşaatçı-mühəndis olarsan, dedi. Mən isə institutun həyətindən qaçdım və riyaziyyatçı olacağımı dedim. Düzdür, atam əvvəlcə bir az hirsləndi, lakin qərarımın qəti olduğunu görüncə, axırda mənimlə razılaşdı. Beləliklə, mən sənədlərimi Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) riyaziyyat fakültəsinə verdim və həmin il də universitetə qəbul oldum.

Onu da qeyd edim ki, tələbəlik illərində də mənim (atamın qəlbinə dəyən) bir çox səhvlərim olub. Onun böyüklüyü onda idi ki, məktəb illərindən fərqli olaraq tələbəlik dövründə mənimlə ünsiyyətdə o özünü artıq təmkinli aparırdı. Səhvlərimi görsə də, heç vaxt üzümə söz deməzdi və bütün iradlarını, tövsiyələrini anam vasitəsi ilə mənə çatdırardı. Şıltaq hərəkətlərimi, hətta siqaret çəkməyimi belə səbrlə qarşılayırdı.

Mən Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib riyaziyyatçı, riyaziyyat müəllimi ixtisasına yiyələndim və bu gələcək karyeramda mənə çox kömək oldu.

Bacım Rəhilə Azərbaycan Dövlət Pedaqoji İnğtitutunun ümumi-texniki fənnlər fakültəsini bitirib doğma kəndimizdə neçə illər müəllim işlədi. Hal–hazırda Bakıda yaşayır və başqa ixtisas sahəsində çalışır.

Bacım Kəmalə orta məktəbdə təhsilini başa vurduqdan sonra dərzilik sənətinə yiyələndi və hal-hazırda doğma kəndimiz Faxralıda yaşayır və məktəbdə işləyir.

Qardaşım Qurban Azərbaycan Politexnik İnstilutunu bitirib mühəndis ixtisasına yiyələndi və sovet dönəmində öz ixtisası üzrə mexanizasiya sahəsində çalışdı. Hal-hazırda Bakı şəhərində yaşayır və özəl müəsisədə istehsalat sexində rəis vəzifəsində işləyir.

Atamın daha bir üstün cəhəti də o idi ki, o, son dərəcə ailəcanlı, ailəsinin və övladlarının qayğısma qalan bir insan idi.

Mənim Sabirabad rayonunda müəllim işlədikdən sonra Bakıya qayıdıb işə düzəlməyimdə rəhmətlik Əli dayımla atamın çox köməyi oldu. Atamın 1985-ci ildə mənə toy etməsi və elə həmin il də biz kirayədə qalmayaq deyə, mənə bir otaqlı mənzil alımağı heç yadımdan çıxmır.

Nəhayət, 1990-cı ildə evimizin darısqallığı onun xoşuna gəlmədi və bir otaqlı mənzili üç otaqllya dəyişdirdi və anam ilə bərabər yeni ili bizimlə təzə mənzilimizdə qarşıladıq. Həmin ərəfədə o çox darıxırdı və elə bil ürəyinə dammışdı ki, həyatdan köçəcək, odur ki, hər şeyi tez görməyə tələsirdi. Elə də oldu, heç bir ay keçməmiş onu əhvalı pisləşməyə başladı və 1991-ci ilin fevral ayının 2-də ömrünü bizə bağışladı. Çox heyf ki, atamın xəsləliyinə heç bir əlac eliyə bilmədik və o 57 yaşında vaxtsız-vədəsiz bu dünyadan köçdü.

Allah ona qəni-qəni rəhmət etsin!

Mənbə: “Maarif və ədalət fədaisi” kitabından.

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur