Temuraz Məhəmməd oğlu Abbasov

Temuraz Məhəmməd oğlu Abbasov 1962-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1979-cu ildə Faxralı orta məktəbini bitirib.

1984-cü ildə Bakıda İnşaat İnstitutunu bitirdikdən sonra BMST, Q.Musabəyov adına Maşınqayırma zavodlarında, “Bərpaçı” trestində (idarə rəisi), Qaradağ sement zavodunda (direktor müavini) işləyib. 1996-cı ildən “Oğuz-Azəri” şirkətinin prezidentidir, iş adamıdır.

Sərbəst güləş üzrə 4 dəfə Azərbaycan çempionu olub, SSRİ idman ustasıdır.

Üç övladı var.

Mənbə : Rəşid Faxralı –  “Oğuz eli Faxralı”, Bakı – 2002.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur