Adil İsa oğlu Hüseynov (fizika-riyaziyyat elmləri namizədi)

QISA MƏLUMAT

Adil İsa oğlu Hüseynov 1942-ci il oktyabr ayının 16-da Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1949 – 1959-cu illərdə Faxralı orta məktəbini, 1959 – 1965-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir.  1965-ci ildə təyinatla   Azərbaycan Elmi-Tədqiqat Neft Layihə institutunun yeraltı hidrodinamika laboratoriyasına göndərilmişdir. Bu laboratoriyada 1971-ci ilədək mühəndis vəzifəsində işləməklə bərabər, Universitetin rəyi əsasında 1965-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Mexanika və Riyaziyyat İnstitutunda hidroaerodinamika və qazodinamika ixtisası üzrə aspiranturaya qəbul olunmuş və oranı 1969-cu ildə müvəffəqiyyətlə bitirmişdir. 1971-ci ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almaq üçün BDU-nun mexanika-riyaziyyat fakültəsinin elmi şurasında “Hissə-hissə bircins məsaməli mühitdə süzülmənin fəza məsələlərinin hidrodinamika tədqiqi” mövzusunda dissertasiya müdafiə etmişdir. Adil Hüseynov 1971-1973-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Neft Layihə institutunda kiçik elmi işçi, 1973-1980-ci illərdə isə baş elmi işçi vəzifəsində işləmişdir. 1980-ci ildən isə Azərbaycan Texniki Universitetinin riyaziyyat-2 kafedrasında dosent vəzifəsində çalışır. 25-dək elmi məqalənin və 2 metodik vəsaitin müəllifidir.

Mənbə : REDAKTORDAN

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur