Əflatun Mürsəl oğlu Həsənov- 1959-cu ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.
Fəaliyyəti
1983‐2003‐cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasında‐Bio Mərkəzdə, Fizika və Radiasiya Problemləri İnstitutlarında müxtəlif vəzifələrdə çalışmış, o cümlədən, 13 il kimyəvi‐fizika laboratoriyasına rəhbərlik etmişdir. 1985‐ci ildə aspiranturaya daxil olmuş və Leninqrad Dövlət Unversitetində (indiki Sankt‐Peterburq) elmi‐tədqiqatlarını vaxtıdan əvvəl yekunlaşdıraraq 26 yaşında namizədlik, 31 yaşımda isə doktorluq dissertasiyaları müdafiə etmişdir.
Nanotexnologiyanın tətbiqi ilə çalışan bir itiram ABŞ Dövlət Departametinin, Kanadanın, Yaponiyanın və Almaniyanın maliyyə dəstəyi ilə həyata keçirilmiş və bu dövlətlərə təqdim olunmuşdur. 2003‐cü ildən isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xeyir‐duası ilə Azərbaycan Milli Aerokosmik Agentliyinə baş direktor vəzifəsinə təyin edilmişdir. Baş direktor olduğu beş il ərzində Beynəlxalq Astronavtlar Federasiyasının üzv seçilmiş, Rusiyanın və XXI əsrin gənc alimi Beynəlxalq Diplomuna layiq görülmüşdür. Baş direktor olduğu dövrdə ilk dəfə olaraq Azərbaycana kosmik məlumatların yerüstü qəbuledici SCANEX kompleksini gətirməyə nail olmuşdur.
Yerli və xarici jurnallarda çap olunan əsərlərinə, kitablarına, ixtialarına, elmi‐pedaqoji fəaliyyətlərinə, o cümlədən, 10 elmlər namizədi və 2 elmlər doktoru yerləşdirdiyinə görə 2004‐cü ildə professor adına layiq görülmüşdür. 2008‐ci ildən isə SOCAR‐ın Ekologiya İdarəsində rəis müavini, Böyük Britaniyanın BP şirkətidə konsultant və SOCAR‐ın Elmin İnkişafı Fondunun meneceri vəzifələrində çalışır. Bir çox mükafat və təltiflərə layiq görülmüşdür. Radiasiya fizikası və kimyası, hidrogen energtikası və plazma fizikası sahəsində çıxan əsərlərinə, ixtiralarına görə 2010‐cu ildə ABŞ‐ın “Qızıl” medalına və ABŞ Bioqrafiya İnstutunun Platin və İridiumdan hazırlanmış “Dünyanın səfiri” ordeninə layiq görülmüşdür. 150‐dən çox yerli və xarici jurnallarda çap olunmuş elmi məqalələri, o cümlədən, 13 patenti vardır.
Bu patentlərdən biri Rusiyada xususi “AQVA PLATON” brendi ilə Rusiyanın “Kvanta+” şirkəti tərəfindən sertikatlaşdırılaraq kütləvi şəkildə müxtəlif obyektlərə quraşdırılır. Hal‐hazırda bir patetim mobil telefonlar və kompüterlərə aid olan proqram təminatı ilə bağlıdır. Yaxın zamanlarda onun Azərbaycanda və dünyada, xüsusən ABŞ‐da, Rusiyada və Türkiyədə tətbiqi gözlənilir. Bu proqram təmintı insanların sağlamlığı ilə bağlıdır. Bu layihə üzrə müvafiq sənədlər həm də ABŞ və Avropa patenti almaq üçün təqdim olunmuşdur.
Bütövlükdə isə onun elmi tədqiqat işlərinin içərisində ən çox sevdiyi istiamət insan sağlamlığı ilə bağlı məsələlərdir. 2017-ci ildən Türk Dilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Vitse-Prezidentidir. 2018- ci ildən Dünya şairlər, yazıçılar ittifaqının üzvüdür. Elmi axtarışları davam edir.
Mükafatları:
Radiasiya fizikası və kimyası, hidrogen energtikası və plazma fizikası sahəsində çıxan əsərlərinə, ixtiralarına görə 2010‐cu ildə ABŞ‐ın “Qızıl” medalı, ABŞ Bioqrafiya İnstutunun Platin və İridiumdan hazırlanmış “Dünyanın səfiri” ordeni.
Qeyd: 19 sentyabr 2018-ci il tarixində Əflatun Mürsəl oğlu Həsənov “Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə mükafatlandırılmışdır.
Mənbə: Vikipediya saytı