Almaz Əmirxan oğlu Aşırov

Almaz Əmirxan oğlu Aşurov 1958 – ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Aşırlı” nəslindəndir.

  • 1975-ci ildə Faxralı kənd orta məktəbini bitirib;
  • 1976 – cı ildə Bakı Dövlət Universitetinin Tarix fakultəsinə daxil olub;
  • 1981-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirir. Elə həmin il təyinatla Cəlilabad rayonunun ucqar kəndlərindən birinə göndərilir. Üç il orada tarix müəllimi işlədikdən sonra, Gürcüstan Respublikası, Dmanisi rayonunun Kirov kəndində əmək fəaliyyətinə davam edir;
  • 1990 – cı ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Akademiyasında (indiki ADAU) tarix kafedrasında laborant kimi işə başlayır;
  • 1992-ci ildə könüllü olara Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə qatılan Almaz Aşurov, tezliklə kapitan rütbəsini almış və tabor komandirinin tərbiyə işləri üzrə müavini vəzifəsinə qədər yüksələmişdir;
  • 1994-cü ildə Kəlbəcərdə gedən döyüşlər zamanı öz həyatını təhlükəyə ataraq, mühasirədə qalmış taborun əsgərlərinə vaxtında silah – sursat çatdıraraq heç bir itki vermədən taboru mühasirədən xilas etməyə nail olmuşdur. Həmin döyüşlər zamanı hər iki ayaq barmaqlarını itirmişdir. Qarabağ müharibəsinin 2-cü qrup əlili olan kapitan Aşurov 1996-cı ildə Azərbaycan Silahlı Qüvvələrindən tərxis olunub;
  • 1996 – cı ildən yenidən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Akademiyasının fəlsəfə və tarix kafedrasında tarix müəllimi kimi əmək faəliyyətinə davam edir;
  • 2000-ci ildə Azərbaycan Respublikası,Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Gəncə Şəhər Regional Bölməsinin sədri seçilir. Almaz Aşurov eləcədə, təşkilatın Qərb bölgəsi üzrə koordinatoru vəzifəsinə təyin edilir;
  • 2009-cu ildə Azərbaycan Dövlət Aqrar Universiteti İctimai Elmlər və Multikulturalizm kafedrasının dosenti təyin olunmuşdur;
  • 12 may 2010-cu ildə Azərbaycan Dövlət Aqrar Universiteti Elmi Şurasının (protokol 09) qərarı ilə Azərbaycan tarixi, fəlsəfə və hüquq kafedrası üzrə dosent adı verilmişdir;
  • 2012-ci ildə Sosial Konfliklərdə Zorakılıq və Qeyri-Zorakılıq Prinsiplərinin Fəlsəfi Təhlili mövzusunda fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

“Atasız Qalan Vətən”, “Gözü Yolda Qalan Ellər”, “Bir Ocağın Alovları”, “Nitq Mədəniyyəti” və s. kitabların müəllifidir.”Elturan” ləqəbil ilə tanınan Almaz Aşurov əsərlərini Almaz Elturan ləqəbi ilə yazırdı.

2016 – cı ildə mayın 9 da 58 yaşında vəfat etmişdir. Almaz Aşurov Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Ailəlidir, 3 övladı var.

Almaz Aşurov barədə xatirələr

REDAKTORDAN

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur