Professor Dr.Etimad Bayram oğlu Eyvazov

Etimad Eyvazov:  “Şəcərə (Ayvaz öyü, Hasan öyü, Əhməd öyü)”

Professor Dr.Etimad Bayram oğlu Eyvazov 14 mart 1951-ci ilində Gürcüstan Respublikasının Borçalı mahalının Bolnisi rayonunun Dələver (Fahralı/Faxralı) kəndində anadan olmuşdur. 1958-ci ildə Fahralı orta məktəbində I sinifə getmiş və 1968-ci ildə əla qiymətlərlə orta məktəbi başa vurmuşdur. 1968-ci ilində Azərbaycan Texniki Universitetin (keşmiş Politexnik institutu) maşın mühəndisliyi ixtisasında təhsilə başlamış və 1974-cü ilində maşın mühəndisliyi ixtisasını əla qiymətlərlə başa vuraraq məzun olmuşdur. 1975-ci ilində Azərbaycan Memarlıq və İnşaat Universitetində saat hesabı dərs verməklə yanaşı eyni zamanda Azərbaycan Texniki Universitetində tələbələrin diplom (buraxılış) işlərinə də rəhbərlik etmişdir. O, 1979-cu ilində Azərbaycan Memarlıq və İnşaat Unıversıtetinin əyani aspiranturasında (doktora) təhsilinə başlamışdır. 1982-ci ilində doktorasını bitirib, fizika, riyyaziyat elmləri üzrə doktora unvanını almışdır. Azərbaycan Elm və Təhsil Nazirliyinin göndərişi ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) gənc mütəxəssis kimi təyinatla göndərilmişdir. Onu da qeyd etmək lazımdır ki, Etimad Bayram oğlu 1974-cü ildən 1979-cu illər arası dövrdə Azərbaycanda və eyni zamanda keçmiş post sovet məkanında tikilən yeganə məişət kondisionerləri zavoduna gənc savadlı kadrları cəlb edilməsiylə əlaqədar olaraq orada da mühəhdis, böyük mühəndis, aparıcı mühəndis və aparıcı konstruktor vəzifələrində çalışmışdır.

1982-1994-cü illər arasında Azərbaycan Memarlıq və İnşaat Universitetində baş laborant, asistent və dosent əvəzi olaraq çalışmışdır. 1994-2010-cu illər arasında Azərbaycan Memarlıq və İnşaat Universitetində “Nəzəri mexanika” kafedrasında dosent olaraq fəaliyyətimi davam etdirmişdir. Azərbaycanda fərqli yayın evlərində 1994, 1996 və 2003 (S.A. Quliyev ilə) və 2009-cu illərində “Nəzəri mexanika” (Statika və kinematika) (C.E. Musayev ilə birlikdə) dərsinə aid universitet tələbələri üçün dərslikləri çap olunnmuşdur. Professor Doktor Etimad Bayram oğlu Eyvazov 60-a yaxın elmi məqalənin və 20-dən artıq dərslik, dərs və metodiki vəsaitlərin müəllifidir. Onun məqalələri dünya miqyaslı nüfuzlu indeksli elmi jurnallarda nəşr olumuşdur. Elmi araşdırmaları və yayınladığı dərs kitabları qardaş Türkiyə Cumhuryyətinin elm adamlarının diqqətini çəkmişdir. Bu səbəbdən onu Türkiyədə ali məktəblərinin birində çalışmağa davət etmişlər. Fərqli şəhərlərdə yerləşən Universitetlər içərisindən o, təbiətcə mənzərəli və gözəl olan və Qara dənizin sahillərində yerləşən yeni yaradılmış Bartın Universitetini seçərək maşın mühəndisliyi bölümündə əvvəlcə dosent, sonralar isə professor ünvanlarında çalışmışdır. Orada elmi fəaliyyətini davam etdirməklə yanaşı gənc alimlərin yetişməsində də böyük əməyi olmuşdur. Professor Etimad Eyvazov tərəfindən Türkiyə Cümhuriyyətində çalşdığı illərdə 2014-2017-ci illər arasında tərəfindən tələbələr üçün yazılmış olduğu “Statik”, ”Kinematik”, ”Dinamik”, ”Mexanizma Tekniği” və “Makine Dinamiği” adlı dərs kitabları Ankarada Nobel Yayınevi tərəfindən böyük tirajla çap edilərək yayınlanmışdır. Oxucuların ilgisin çəkdiyindən bu kitablar sonradan 2018 və 2019-cu illərdə təkrarən ikinci dəfə eyni tirajla Nobel yayın evi tərəfindən yayınlanmışdır. Sonradan 2018-ci il 31 dekabrda Bartın Universitetindən görəvindən istefa edərək Azərbaycana çalışdığı doğma Universitetinə dönmək qərarı verdikdən sonra Bakıya Azərbaycana qayıdır. Əsas səbəb olaraq onu qeyd etmək istərdik ki, Bartın Universitetinə yeni təyin olunan azərbaycan türklərinə qarşı mənfi fikirdə olan bir rektorla işləri uyğun gəlmədiyindən dolayı istefa edir. Hocanı sevən tələbələrin kütləvi surətdə imza toplayaraq rektorluğa və dekanlığa təqdim edərək onun geri dönməsinə tələb etmişlər. Tələbələr eyni zamanda Universitetin rektorluğu binasının qarşısında əyləm keçirikdən sonra, rektorun onunla görüşmək istəyi və üstünə dekanını və bölüm başqanını göndərməsinə baxmayaraq Etimad Bayram oğlu Eyvazov bu görüşdən imtina edərək geri dönmək qərarından vaz keçmir. Lakin sonradan Yüksək Öyrətim Kurulunun yetkilisi təkidlə onu başqa bir Universitetə dəvət etmiş və o da öz növbəsində Karabük Dövlət Universitetinə dönməyi tərcih etmişdir və yenidın 2019-cu il yanvarından 100 mindən çox tələbə kontingenti olan Universitetdə Maşın mühəndisliyi bölümündə Professor vəzifəsində çalımağa başlamışdır.

Əsrin bəlası korona virus səbəbindən dolayı 2020-ci ilin avqustundan Vətənə dönür və dərslərini onlayn şəklində Bakıdan verməyə başlayır. Eyni zamanda doğma, əziz Azərbaycan Memarlıq və İnşaat Universitetində də çalışmağa başlayır.

Professor Etimad Bayram oğlu Eyvazov tərəfindən Universitet tələbələri üçün hazırlanmış və nəzərdə tutulan iri sanballı 650 səhifəlik Mühəndis mexanikası kitabı çapa verilmiş və onun prezentasiyasını keçirilmişdir.

Bu dərsliklər Azərbaycanda 1994, 2003 və 2007-ci illərdə Təhsil Nazirliyinin yayın evi tərəfindən çap olunmuşdur. Digər dərsliklər isə 2014 və 2017-ci illər arası Türkiyə Cümhuriyyətində Nobel yayın evi tərəfindən çap olunan dərsliklərdir.

Bu kitablar Türkiyənin paytaxtı Ankara şəhərində Nobel evi tərəfindən 2018-2019-cu illərdə təkrar yenilənmiş halda çap olunan dərsliklərdir.

Bu şəkildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəzəri mexanika kafedrasının müdiri Prof.K.Əliyev, Dosent Ə.G.Həsənov və kafedranın assistenti Etimad Bayram oğlu Eyvazovdur. Kafedranın tələbələr üçün nəzərdə tutulan tətbiqlərin (hesablama qrafiki işlərin) müəllifi indiki Prof.Etimad Bayram oğlu Eyvazov olmuşdur. Bu şəkildə o hesablama qrafiki işlərin təqdim olunmasından bir görüntüdür.

Sağdakı şəkildə Etimad Bayram oğlu Eyvazovun yetişkin dövrünün fotosu təqdim olunur.

Statika  fənnindən fraqment 28.04.2025

Bu dərsliklər isə Türkiyədən Azərbaycana dönəndən sonra Universitetimizin dəstəyi və himayəsi ilə azərbaycan türkcəsində yenilənmiş halda Bakıda 2022-ci ildə nəşr olunan kitablardır.

Türkiyəyə Unuversitetinə davət aldıqdan sonra Universitetin Rektoru gözəl İnsan dəyərli elm adamı ən böyük sayğı və etiram bəslədiyim Dilçi və ədəbiyyatçı elm adamı Professor Doktor Ramazan Kaplan Hocayamızla aramızda bağlanmış sözləşmənin təqdim edilmə törənindən bir görünüşdür. Bu foto Türkiyə Cümhuriyyətin Haber Ajans mediya nümayəndələrinin hazırladığı kadrlardır.

Materiallar Müqaviməti dərsindən  əyici moment, kəsici qüvvə və yayılmış yüklər arasında diferensial aslılıqlar mövzusuna aid mühazirə dərsindən bir fraqment.

Bütün bununla yanaşı Etimad Bayram oğlu Eyvazovun dünya miqyasında qəbul edilən elmi əsərlərindən bir qismini də və ən son nəşr olunan elmi məqalələrini sizlərə təqdim edirik (məqalələrin ön səhifələri verilmişdir). Bu məqalələr Scopusda Q2 indeksli (Elsevier) dərgilər qrpuna aid jurnallarda nəşr olunmuşdur. Bu məqalələrə görə müəllif Türkiyə Cümhuriyyətinin Tubitak qurumu tərəfindən yüksək pul mükafatı ilə mükafatlandırılmışdır.

 

REDAKTORDAN

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur