Namiq Zahid oğlu Əlizadə (fəlsəfə doktoru)

GÖRÜNƏN DAĞA NƏ BƏLƏDÇİ

Ulu Borçalının ağır ellə­rin­dən olan Fax­ralı kəndində Koxa­lı nəsli özünün ziya­lıları, alim­ləri ilə hə­mişə seçilib. Bu nəslin nüma­yən­dələrindən neçə-neçə ta­nın­­­mış zi­ya­lını, alimi, müxtəlif peşə sahibi olan tanınmışları gös­­tərəmək olar ki, onların hər uğu­runa təkcə koxa­lılar yox, bütün faxralılar sevinib, şöhrət­ləri təkcə Faxralının deyil, Borçalının da hüdudla­rını aşaraq Azərbay­cana və çox-çox uzaq­lara yayılıb. Harda olma­lırından, hansı sahədə çalışmalırndan asılı ol­ma-yaraq həmişə çalışıblar ki, mənsub olduqları nəslin və kəndin adını uca tutsunlar, elə-obaya şöhrət gətirsinlər.

Bu yazımın qəhrəmanı da Koxalılardandır. Bu nəslin gənc, amma perspektivli nümayəndəsi olan Namiqdən söz açmaq istəyirəm.

Atalar yaxşı deyib, görünən dağa nə bələdçi. Namiqin də təkcə mən­sub olduğu nəslin, babası Yolçu müəllimin və atası Zahid həkimin adını nişan vermək kifayətdir ki, söhbətin kim­dən gedəcəyi bəlli olsun. Daha doğrusu, bu yazının qəh­rəmanı haqqında oxucuda təsəvvür yaransın. Namiqin babası Yolçu müəllim Faxralıda böyüyüb boya-başa çatsa da, sonrakı taleyi Bakı ilə bağlı olub. Azərbaycanda öz ixtisasına dərindən bələd olan bir alim kimi tanınıb. 1955-ci ildə anadan olmuş atası Zahid isə həkimdir, uzun müddətdir ki, Bakıdakı “Azərsu­ti­kin­ti” xəstəxa­na­sın­da həkim-nevropatoloq kimi fəaliy­yət göstərir.

…Namiq Zahid oğlu Əlizadə 1981-ci il yanvarın 31-də Bakı şəhə­rində anadan olub. 1988-1998 ci illərdə orta mək­təbdə oxuyub. 1998-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. 2002-ci ildə universitetin Əmtəəşünaslıq fakültəsində ali təh­silin bakalavr pilləsini bitirərək “İstehlak mallarının keyfiyyət eks­pertizası” ixtisasına yiyələnib. 2002-2004-cü illərdə həmin ixtisas üzrə magist pilləsində təhsil alıb.

Bununla da kifayətlənməyən Namiq təhsilini davam etdir­mək qəra­nına gəlib. 2005-ci ildə Azərbaycan Kooperasiya Uni­versitetinin aspi­ran­tura şöbəsinə daxil olub, 2011-ci ildə aspi­rantura təhsilini də uğurla başa vuraraq “Azərbaycan region­larında istehlak malları bazarının inkişafının təkmilləşdiril­məsi” mövzsununda dissertasiya müdafiə edərək iqtisa­diy­yat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Elmi fəaliyyətini uğurla davam etdirən Namiq Əlizadə ixtisası üzrə 15-dək  elmi, müxtəlif fərdi inkişaf mövzularına dair 30-dan çox məqalənin və bir monoqrafiyanın müəllifidir.

O, ilk əmək fəaliyyətinə 2004-cü ildə Azərbayan Milli Elmlər Aka­de­­miyasının nəzdindəki “Azərbaycan Milli Aero­kosmik Agentliyi”nin kadr­lar şöbəsində mütəxəssis vəzifəsində başlayıb. 2005-ci ildə AMAKA-nın Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosunda baş mühasib vəzifəsinə təyin olunub və 2007-ci ilədək bu vəzifədə çalışıb.

2007-2009-cu illərdə “Nurgün” Şirkətlər Qrupunda “Da­xili Audit, Proses və Keyfiyyətə Nəzarət” Departamentinin direktoru vəzifəsində çalışan Namiq Əlizadə 2009-2010-cu illərdə “Milk-Pro” Süd və süd istehsalı zavodunda “Marketinq və satış direktoru, 2010-2011-ci illərdə isə “KİA Azərbaycan” şirkətində “Marketinq və təlim” Departamentinin direktoru kimi fəaliyyət göstərib.

O, 2011-ci ildə “Cavahir Audit Consulting Centre” şirkə­tini təsis edib və 2014-cü ilə kimi həmin şirkətin direktoru vəzifəsində çalışıb.

Müxtəlif vəzifələrdə çalışsa da, elmi-pedaqoji fəaliyyətlə də məşğul olub, daha doğrusu, elmi fəaliyyətini davam etdirib. 2013-cü ildə Odlar Yurdu Universitetində müəllim kimi fə­aliyyətə başlayıb, “Marketinq”, “Menecment”, “Təşkilatçılıq”, “İqtisadiyyat” və s. fənnləri tədris edib. 2014-2016-cı illərdə isə Odlar Yurdu Universitetində “Biznes, Karyera, Təlim və Marketinq İnnovasiyalar” İnstitutunun dirktoru vəzifəsini daşıyıb.

Elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirən Namiq Əlizadə 2016-cı ildən Azərbaycan Dövlət İqtisad Universite­tinində MBA Proqramı üzrə seçmə üsulla saathesablı müəllim kimi fəaliyyətə başlayıb. 2016-cı ilin noyabr ayında “Azər­bay­can Xəzər Dəniz Gəmiçiliyi” QTSC-nin Təlim-Tədris mər­kəzində “Biznes Grup”unun rəhbəri vəzifəsinə təyin olunub.

2008-ci ildən etibarən müxtəlif şirkətlərdə “Satış texni­kalar”ı, “Müş­təri əlaqələri”, “Xidmət marketinqi” və “Fərdi inkişaf” mövzula­rında 100-dən çox  peşəkar biznes təlimləri keçib, 2016-cı ildə Azərbaycanda ilk dəfə olaraq mini-MBA Peşəkarlıq Porqramının təşkilatçısı və təlimçisi olub.

Namiq Əlizadənin uğurları təkcə Azərbaycan respublikası çərçivə­sin­də məhdudlaşmır. 2008-ci ildən İdarəetmə üzrə beynəlxalq səviyyəli auditordur, 2014-cü ildə isə “Beynəlxalq Sertifikatlı Təlimçi” adına layiq görülüb.

Bu gün Namiqi tanıyanların hamısı qəti əmindirlər ki, o, Koxalı nəslinin layiqli davamçısı kimi, hələ bundan sonra çox uğurlara imza ataraq həm özü ucalacaq, həm də doğma elin-obanın şöhrətini ucaldacaq.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur