Validə Əhməd qızı Hüseynova

Validə Əhməd qızı Hüseynova 1951-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1969-cu ildə orta məktəbi əla qiymətlərlə bitirmiş və elə həmin ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstututunun pediatriya fakultəsinə daxil olmuşdur.İnstitutu bitirdikdən sonar Sumqayıt şəhərindəki uşaq xəstəxanasında birillik internatura keçmiş, 1977-ci ildə Dəvəçi rayonunda sahə həkimi kimi əmək fəaliyyətinə başlamışdır. Üç il burada çalışdıqdan sonar o, 1980-1981-ci illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kliniki ordinaturada olmuşdur. 1982-ci ildə isə ixtisasartırma kursu keçərək həkim-uroloq kimi fəaliyyətini “Qala-Altı” sanatoriyasında davam etdirmişdir.

Validə Hüseynova 1991-ci ildən fəaliyyətini Bakıda davam etdirir, Mərdəkandakı “Abşeron” mədə-bağırsaq xəstəlikləri sanatoriyasında qastroenteroloqdur. O, həkimlik fəaliyyəti dövründə dəfələrlə təkmilləşdirmə kursunda  olmuşdur.

Mənbə : Məmməd Sarvan, Musa Nəbioğlu –  “BORÇALI”, Bakı – “Nurlan” – 2003.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur