Əli Səməd oğlu Əlizadə

Polkovnik-leytenant Əli Səməd oğlu Əlizadə 1957-ci il aprelin 20-də Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. Kəndin “Mollaöyü” nəslindəndir.

1964-cü ildə Faxralı kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1974-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir.

1975-ci ilin may ayında SSRİ Silahlı Qüvvələrinə müddətli hərbi xidmətə çağırılmışdır. 1977-ci ilin may ayında hərbi xidməti başa vurduqdan sonra, ordu sıralarından taqım komandirinin müavini, çavuş rütbəsində ehtiyata buraxılmışdır.

1977-ci ildə Bakı şəhərində “Neft-Qaz” zavodunda operator kimi əmək fəaliyyətinə başlamışdır. 1978-ci ilin fevral ayında yenidən ordu sıralarına qayıdaraq, SSRİ DİN Daxili Qoşunların Bakı şəhərində yerləşən hərbi hissəsində nəzarətçi vəzifəsində xidmətə başlamışdır. Həmin ilin may-iyin aylarında Gürcüstan Respublikasının Tiflis şəhərində Daxili Qoşunların nəzdində gizirlər məktəbini bitirərək xidmət yerinə qayıtmışdır.

1978-ci ildən 1981-ci ilədək 6500 saylı hərbi hissədə nəzarətçi, taborun komsomol bürosunun katibi vəzifəsində xidmət etmiş, 1981-ci ilin yayında SSRİ DİN Daxili Qoşunların LKGİ-nin  60 illiyi adına Leninqrad Ali Hərbi Siyasi Məktəbinə daxil olmuşdur. 1985-ci ilin iyun ayında həmin məktəbi bitirərək, təyinatla SSRİ DİN Daxili Qoşunların 69-cu Diviziyasının Rusiya Federasiyasının Mordova Respublikasının Yavas şəhərində yerləşənbriqadasına bölük komandirinin siyasi işlər üzrə müavini vəzifəsinə göndərilmişdir. 1992-ci ilin avqust ayınadək bu briqadada tabor komandirinin siyasi işlər üzrə müavini vəzifəsində xidmət etmişdir.

1992-ci ilin avqust ayında RF-in DİN-ə dəfələrlə nüraciətlər etdikdən sonra Azərbaycan Respublikasının DİN Daxili Qoşunlar Komandanının sərəncamına göndərilmiş və 1992-ci ilin avqustun 21-də Xaçmaz rayonunun Yalam qəsəbəsində yeni yaradılan hərbi hissəyə komandir vəzifəsinə təyin olunmuşdur. 1995-ci ilin mart ayının 30-da xidməti vacibliklə əlaqədar Daxili Qoşunlar komandanının sərancamına göndərilmiş və həmin ilin avqust ayında Hacıqabuldakı briqadanın (1996-cı ildən alayın) döyüş hazırlığı bölməsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

1996-cı ilin sentyabr ayından 2000-ci il fevral  ayınadək alay komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmişdir.

Sonralar DİB Daxili Qoşunların Baş İdarəsinin Şəxsi Heyətlə iş üzrə şöbənin baş zabiti vəzifəsində xidmət etmiş və hal-hazırda təqaüdə çıxmışdır.

Mənbə : Məmməd Sarvan, Musa Nəbioğlu –  “BORÇALI”, Bakı – “Nurlan” – 2003.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur