Həsən Teymuraz oğlu Namazov

Həsən Teymuraz oğlu Namazov əslən Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndindəndir. Kəndin “Balammədli” nəslindəndir.

O, 21 iyun 1969-cu ildə Bakı şəhərində anadan olub.

1976-cı ildə 20 nömrəli məktəbə daxil olub, 1986-cı ildə 161 nömrəli məktəbi bitirib.

1986-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olub və 1990-cı ildə oranı bitirib.

1990-cı ildə Orta Asiya hərbi bölgəsində tağım komandiri kimi qulluq edib.

1992-cı ildə Rus ordusundan tərxis olaraq Azərbaycan Ordusunda 1994-cü ilin may ayına qədər Ağdərə Fizuli istiqamətində Qarabağ döyüşlərində iştirak edib. 2 dəfə yaralanıb.

1997-ci ildə Ordu sıralarından “baş leytenant” rütbəsilə ehtiyata buraxılıb.

Ailəlidir, 2 övladı var.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur