İsaxan Qara oğlu Aşurov 1955-ci il avqustun 1-də Gürcüstan Respublikası Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Aşırlı” nəslindəndir.
1972-ci ildə Faxralı kənd orta məktəbini bitirib, elə həmin ildə də Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. 1977-ci ildə həmin fakültəni bitirib.
1977-1981-ci illərdə Qazax Polis Şöbəsində, 1981-84-cü illərdə Tovuz rayon Polis Şöbəsində müstəntiq, 1984-89-cu illərdə isə SSRİ DİN-in Baş İstintaq Qrupu istintaq briqadasının müstəntiqi vəzifəsində çalışıb.
1989-1991-ci illər ərzində Tovuz Rayon Polis Şöbəsində istintaq bölməsi rəis, 1991-1992-ci illərdə Göyçay rayon Polis Şöbəsində baş müstəntiq, 1992-1993-cü illərdə Qazax Rayon Polis Şöbəsinin rəisi vəzifəsində işləyib.
1996-cı ildən vəkil kimi çalışıb.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olub.
Ailəli idi. 4 övladı var.
İsaxan Aşurov uzunsürən xəstəlikdən sonra 2012-ci il iyunun 22-də vəfat etmişdir.
2012-ci il iyunun 23-də «İsaxan Aşurov» adına mükafat təsis edilib.
«Sülh və Demokratiya İnstitutu (SDİ) insan hüquqları, demokratiya uğrunda mübarizə aparanlara «İsaxan Aşurov» mükafatının verilməsi nəzərdə tutulur.
Mükafat hər il qanun və hüquq uğrunda mübarizə aparan vətəndaşlara verilir [1].
İsaxan Aşurav barədə video rolikə buradan tanış ola bilərsiniz.
Azad Fikir Universitetinin ilk mühazirəçilərindən biri hazırda həyatda olmayan tanınmış vəkil İsaxan Aşurov idi. 2009-cu ildə keçirilən “Azərbaycan məhkəmə sistemi” mövzusunda mühazirəinin tam videosu burada – https://youtu.be/99W9Y7XSiBA
Gepostet von Azad Fikir Universiteti am Montag, 2. März 2020
Mənbə: Vikipediya saytı və digər VEB resurslar