Ramiz Məhərrəm oğlu Babaşov

Ramiz Məhərrəm oğlu Babaşov 22.03.1965-ci ildə Gürcüstan Respubilikasının Bolnisi rayonun Faxralı kəndində anadan olmuşdur.

Faxralıda orta məktəbi bitirdikdən sonra 1983-1985-ci illərdə ordu sıralarında xidmət etmişdir.

1987-ci ildə Astraxan xüsusi polis məktəbinə qəbul olunmuş və 1989-cu ildə Buryatiya ASSR DİN Ulan-Ude şəhərində polis inispektoru vəzifəsində işləmişdir.

1992-ci ildən etibarən Azərbaycan Respubilikası Gəncə şəhər Kəpəz rayon polis söbəsində polis sahə inispektoru vəzifəsində isləməyə başlamışdır.

Ramiz Babaşov Gəncə şəhər Kəpəz rayon polsi şöbəsinin cinayət axtarış bölməsində əməliyyat müvəkkili, cinayətkarlığa qarşı mübarizə şöbəsində baş əməliyyat müvəkkili vəzifələrində işləmişdir.

Sonralar o, Gəncə şəhər Kəpəz rayon polis idarəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi vəzifəsinədək yüksəlmişdir. Rütbəsi – polis mayoru.

Ramiz Babaşov Daxili işlər naziri tərəfindən dəfələrlə xüsusi Fəxri Fərmanla mükafatlandırılmış, 2010-cü ildə ilın bas əməliyyat müvəkkili adına layiq görülmüşdür. Ümumilikdə mükafatlarının sayı 15-dəkdir.

O, işlədiyi dövrdə kollektiv arasında və şəxsi həyatda böyük hörmət qazanmışdır.

Ramiz Babaşov 13.01.2017-ci ildə vəfat etmişdir. Allah rəhmət eləsin!

Məhərrəm Babaşov

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur