Rəşid Mustafa oğlu Hüseynov 1961-ci ilin dekabrın 16-da Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Amaşlı” nəslindəndir (daha ətraflı bu linkdən də tanış olmaq olar).
1979-cu ildə Faxralı orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi-riyaziyyat fakultəsinə daxil olub və 1984-cü ildə həmin fakultəni bitirib.
İş fəaliyyəti:
- 1984-1992-ci illərdə Neft-Kimya Avtomat Elmi-Tədqiqat İnstitutu və “Azərtac” informasiya agentliyi, Aparıcı mühəndis;
- 1996-1997-ci illə “Günəşli” sanatoriyası, Baş həkimin texniki işlər üzrə müavini;
- 1992-1996 və 1997-2010-cu illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında (DİN DQ) xidmət edib və AİS xidmətinin rəisi vəzifəsinədək yüksəlib. Müharibə veteranıdır, Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.
Polkovnik-leytenant Rəşid Hüseynov xidmət etdiyi dövr ərzində dəfələrlə Komandanlıq tərəfindən mükafatlandırılıb.
Onun barəsində “ordu.az” saytında Daxili Qoşunlarda AİS xidmətinin yaradılmasında müstəsna rolu olan ehtiyatda olan “polis polkovniki” Mehrab Tükanöv yazır:
“… İlk xidmətə qəbul olunanlar arasında sonrakı uğurlarımızın “özəyinə” çevrilən, hər zaman savadı, səriştəsi, intizamı ilə başqalarına nümunə olan, gənc kadrlara hamilik edən Yaşar Quliyevin, Vaqif Axundovun və Rəşid Hüseynovun adlarını xüsusilə vurğulamaq istərdim”.
və ya
“… Daxili Qoşunlar ölkəmizdə yeni informasiya texnologiyalarının tətbiq edildiyi ilk öncül qurum oldu. Bu müvəffəqiyyətin əldə edilməsində AİS xidmətinin bütün zabit-gizir heyətinin, ilk növbədə, Yaşar Quliyevin, Vaqif Axundovun, Rəşid Hüseynovun, Dünyabəy Rzayevin, Şahin Cavadovun, Mustafa Sadıqovun, Nəsib İbadovun böyük rolu olub”.
Məqalənin tam mətn ilə bu keçiddən (linkdən) tanış olmaq olar.
Qeyd: O, 2010-cu ildə Daxili Qoşunlardan təqaüdə çıxmış və hal-hazırda özəl şirkətlərin birində işləyir.
Şəkil 1993-cü ilin dekabr ayında 1-ci Qarabağ müharibəsi zamanı Füzuli rayonunda çəkilib. Amaliya Pənahovanın musiqi-teatr kollektivi ilə. Rəşid Hüseynov şəkildə hərbi geyimdə, soldan 2-ci şəxsdir.
Mənbə : Məmməd Sarvan, Musa Nəbioğlu – “BORÇALI”, Bakı – “Nurlan” – 2003, səh.303.
Şəkillər: