Eyvaz Məhərrəm oğlu Qasımov

Eyvaz Məhərrəm oğlu Qasımov – 01 iyul 1931-ci ildə  Gürcüstan respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.

Faxralı orta məktəbini bitirdikdən sonra 1951-ci ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutuna daxil olmuş və 1955-ci ildə “fransız dili” ixtisası üzrə tam kursu bitirmişdir.

Dövlət imtahan komissiyasının 1955-ci il 29 iyun tarixli qərarı ilə ona orta məktəb fransız dili müəllimi və orta məktəb müəllimi ixtisası verilmişdir.

Eyvaz Qasımov uzun müddət Faxralı orta məktəbində fransız dili üzrə müəllimlik etmiş və bu illər ərzində müəllim-şagird kollektivi arasında xüsusi hörmət qazanmışdır.

Eyvaz müəllim, eyni zamanda gözəl ailə başçısı olmuşdur. Onun aşağıdakı 5 övladı vardır:

  1. Qasımov Məhərrəm Eyvaz oğlu, ali təhsilli, 15.10.1957-ci il təvəllüdlü
  2. Qasımov Bəhram Eyvaz oğlu, ali təhsilli, 12.05.1960-cı il təvəllüdlü
  3. Qasımova Qızbəs Eyvaz qızı, ali təhsilli, 23.03.1962-ci il təvəllüdlü
  4. Qasımova Gülbəs Eyvaz qızı, ali təhsilli, 06.05.1964-cü il təvəllüdlü
  5. Qasımov Tahir Eyvaz oğlu, ali təhsilli, 26.12.1970-ci il təvəllüdlü

Eyvaz Məhərrəm oğlu Qasımov 28.12.1990-cı ildə 59 yaşında vəfat etmişdir. Allah rəhmət eləsin!

REDAKTOR

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur