Sona Əli qızı Babaşova (Əliyeva)

ŞƏRƏFLİ HƏYAT YOLU

Həyatda hər kəsə Allah-Təala tərəfin­dən bir ömür payı verilir. Bu ömür pa­yın­da insanların seçdiyi bütün peşələr şərə­f­lidir. Lakin bunların içərisində ən vacib və şərəflisi müəllimlik peşəsidir.

Ümummilli liderimiz Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndi­rə­rək demişdir: “Mən yer üzərində müəl­lim­dən yüksək ad tanı­mıram. Hər bi­ri­miz­də müəllimin hərarətli qəlbinin bir zər­­rəciyi vardır. Məhz müəl­lim doğma yur­dumuzu sevməyi, ha­mı­nın rifahı naminə vic­danla işləməyi, müdrik­liklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnət­darlıqla qəlbimizdə yaşadırıq”. Bu müdrik kə­lamda böyük bir hikmət var. İn­sanların cəmiy­yətdə tutduğu möv­qeyindən, vəzi­fə­sindən asılı olmayaraq, hamı öz müəllim­lə­rinə borcludur. Sa­də peşə sa­hiblə­rin­dən tutmuş ən yüksək vəzifələrdə çalışanlar belə hər zaman müəllimlərini ehtiramla yad edir, onların zəh­mətini yük­sək qiymətləndirirlər.

Azərbaycan Milli Konservatoriyasının tərkibində Respub­li­ka İncə­sə­nət Gimnaziyasında çalışan Sona müəllimə də belə ehti­ram göstərilən müəllimlər sırasındadır.

Borçalı mahalının Faxralı kəndi “yerdən göydən güc alan, igidlikdə ucalan” şir ürəkli, şir biləkli oğul və qızlar yetirib.  Bun­lardan biri də haqqında söhbət açacağımız Sona xanımdır.

Sona Əli qızı Babaşova (Əliyeva) 1952-ci ilin yanvar ayının 4-də Bolnisi rayonunun Faxralı kəndində Borçalıda ad-san qazanmış, şərəfli həyat sürmüş, bütün 50 illik ömrünü xalqına ver­miş, saysız-hesabsız xeyirxah işlər görmüş, el fədaisi, eldə bir olan, Borçalının aktiv ziyalıla­rın­dan biri Qaraməmmədli nəslinin görkəmli oğlu Əli Bayram oğlu Əliyevin ailəsində dün­­yaya göz açmışdır. Ailə çoxuşaqlı olsa da, hər bir uşağa xü­susi diqqət və qayğı göstərilərdi. Hələ uşaqlıq illərindən balaca Sona əməksevərliyi, çalışqanlığı və cəldliyi ilə seçilir, hər işdə fərqlənməyə cəhd edirdi.

Sona xanım orta təhsilini Faxralı orta məktəbində almış və 1969-cu ildə məktəbi bitirmişdir. Rus dilini mükəmməl bilən Əli Bayram oğlu övladlarının da rus dilini öyrənməsi üçün əlin­dən gələni edirdi. Ailədə oğlanlar – Bayram, Rəşid və Azad  ra­yon mər­­kəzində rus dilində orta təhsil alırdılar. Qızlar da rus dili­ni öy­­rənir və ali təhsili rus dilində almaq qərarına gəlirlər. Əvvəl ailə­­­nin böyük qızı Güləsər, sonra isə Sona 1969-cu ildə  M.F.Axun­­dov adına Azərbaycan Pedoqoji Dillər İnstitutunun Rus dili və Ədəbiyyatı fakültəsinə daxil olmuşdur. Tələbəlik il­lə­ri ba­cısı Güləsər xanımın və əmisi Əli müəllimin ailəsində keç­mişdir.

Gənc Sona 1974-cü ildə M.F.Axundov adına Azərbaycan Pedoqoji Rus dili və Ədəbiyyatı İnstitutunu rus dili və ədə­biy­yatı müəllimi ixtisası üzrə bitirmiş və gənc mütəxəssis ki­mi təyinatla Gürcüstan maarif nazir­li­yinə göndərilmişdir. O, 1974-cü ildən 1978-ci ilə kimi savadlı müəllim­ləri və tələbələri ilə respublika miqyasında seçilən Faxralı orta məktə­bin­də pedaqoji fəaliyyət göstərmiş, məktəb direktoru işləyən əmisi Vəli Əliyev və öz müəllimləri ilə çiyin-çiyinə çalışmış, onlardan öyrənmiş, bununla qürur hissi duymuşdur. Sona xanım cəmi 4 il doğma elin­də müəllim kimi fəaliyyət göstərsə də, bu gün də  doğma Fax­­ralıda o illərin şagirdləri ona hörmət və ehtiram­la­rını bildi­rir­lər. Sona müəllimə öz çalışqanlığı və məsuliyyəti ilə əmək fə­aliyyətində də fərqlənirdi. Aktiv ictimai və pedoqoji fə­aliy­yətinə görə o, 1977-ci ildə Gürcüstan SSR Maarif nazirliyinin tərifnaməsi ilə təltif olunmuşdur.

Sona xanım 1975-ci ildə Faxralı kəndinin yetirməsi, kəndin dərin tarixi kökə malik nəsillərindən biri, halal zəhmətlə ya­şa­yan, sakit həyat tərzi sürən, kimsəyə zərər verməyən, xeyir­xah­lığı, insanpərvərliyi ilə fərqlənən Babaşlı nəslindən Əmirxan Mehralı oğlu ilə ailə həyatı qurmuş və 1978-ci ildə ailə vəziy­yəti ilə əlaqədar olaraq Bakı şəhərinə köç­müşdür. Bir müddət azyaşlı övladlarının tərbiyəsi ilə məşğul olan Sona xanım pe­da­qoji fəaliyyətinə fasilə vermiş və 1 oktyabr 1982-ci ildən Bakı şəhərindəki 8 saylı internat məktəbində rus dili və ədəbiyyatı ixtisası üzrə yenidən pedaqoji fəaliyyətə başlamışdır. Artıq 30 ildir ki, Sona müəllimə həmin internatın bazasında yaradılmış Azərbay­can Milli Konservatori­ya­sının tərkibində Respublika İncəsənət Gimnaziyasında rus dili və ədəbiy­yatı fənnini tədris edir. Bu il­lər ərzində Sona müəllimə, böyük ba­cı­sı Güləsər xanım, Kəbirə xanım kimi rus dili müəllimlərilə çiyin-çiyinə çalışmış və öz bilik və bacarığını dil öyrətmək kimi çox səbir və hövsələ tələb edən incə bir işə sərf etmişdir.

İncəsənət Gimnaziyasının direktoru, qayğıkeş insan Mahizər  xanım Şabanbəyova deyir: “Sona müəllimə zəhmətkeş, öz üzərində daima çalı­şan, yenilik axtarışında olan, fənnini, pe­şəsini sevən və şagirdlərinə öz övladı kimi qayğı göstərən, bilik və bacarığını şagirdlərindən əsirgə­məyən bir insandır. Mən onu təcrübəli, şagird və müəllim kollektivinin hörmətini qazanmış bir müəllimə kimi tanıyıram.

Sona müəllimə şagirdlərinə bilik verməklə yanaşı, onlara xe­yirxahlıq, düzlük öyrədir, humanist və cəsarətli olmağı, Vətəni sev­məyi, onun müstəqilliyini göz bəbəyi kimi qoruyub saxla­ma­ğı təbliğ edir.”

Sona müəllimə dərslərini günün tələbinə uyğun qurur, yeni tədris metodlarından, müxtəlif əyani və texniki vəsaitlərdən is­ti­­fadə edir. O, müxtəlif illərdə bir neçə dəfə Bakı Pedaqoji Kadr­ların İxtisasartırma və Yenidən Hazırlanma İnstitutunda rus dili müəllimləri üçün təşkil edilmiş İxtisasartırma kurslarını bi­tir­mişdir. O, rus dili ilə yanaşı, doğma Azər­bay­can dilinin də incəliklərini öyrənir və daha da mükəmməl bilik al­maq üçün 2004-2005-ci illər Bakı Slavyan Universitetində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə yenidən hazırlanma təhsilinin tam kursunu bitirir və Dövlət İmtahan Komissi­ya­sı­nın 13 iyul 2005-ci il tarixli qərarı ilə ona Azərbaycan dili və ədə­biyyatı müəllimi ixtisası verilir.

Sona müəllimənin şagird­ləri sırasında onun doğma övladları da var­dır. Ev­də nə qədər qayğıkeş və mehribandırsa, mək­təbdə o qədər cid­di və tələbkar olur. Məhz bu tələbkarlıq nəti­cəsində Sona müəl­limənin 3 övladı bu məktəbi müx­təlif illərdə müvəf­fə­qiy­yətlə bitirmiş və gələcək uğurları üçün möh­kəm bünövrə qur­muş­lar.

Respublika İncəsənət Gimnaziyası orta təhsil verməklə ya­naşı, yüz­lər­lə musiqiçi, rəssam, kino və teatr aktyorları, rejissor, rəqqas və s. kimi ixti­­sasçılar yetişdirmişdir. Bunların yetiş­mə­sin­də Sona müəllimənin də İncəsənət Gimnaziyasındakı uzunmü­d­dətli gərgin əməyi olmuşdur. Sona müəllimə uzun illər gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərinə görə 2006-cı ilin fev­ral ayında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İtti­faqı Respublika komitəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Bu gün onun istər Faxralı orta məktəbində, istərsə də Azər­baycan Milli Konservatoriyasının tərkibində Respublika İncə­sənət Gimnaziya­sında dərs dediyi yüzlərlə şagird Azərbaycan iq­tisadiyyatının müxtəlif sahələrində, Gürcüstanda, yaxın və uzaq xarici ölkələrdə müxtəlif vəzifə­lərdə şərəflə çalışır və öz müəllimlərinə minnətdarlıqlarını bildirirlər. Sona müəllimə öz yetirmələri ilə fəxr edir.

Sona xanım böyük bir nəslin – Babaşlı nəslinin hörmətli gə­lini və həm də ağbirçəyidir. O, artıq 40 ilə yaxındır ki, öz taleyini qayğıkeş və səmimi insan olan Əmirxan müəllimlə bağ­lamış, həyatın enişli-yoxuşlu yollarında çiyin-çiyinə addım­lamış, birlikdə acılı-şirinli günlər yaşamış, böyük bir nəslin  təəssübünü bir­likdə çəkmişlər.

Sona müəllimə nəslin gəncləri üçün hansı qapıya elçi gedib­sə, əliboş qayıtmayıb və onun xeyir-duası ilə neçə-neçə möh­kəm ailələr qurulub. Sona müəllimə tələbkar, qayğıkeş zəhmət­keş, səliqəli, fədakar indiki dövr üçün qəhrəman bir anadır. Məhz onun bu xüsusiyyətlərinin dörd övladının – böyük oğlu Etibar bəyin Türkiyədə ali təhsil almasında, kiçik oğlu Mehralı bəyin mü­vəf­fəqiyyətlə magistraturaya qəbul olunmasında, bö­yük qızı Ay­tənin kimya ixtisası üzrə aspiranturanı bitirməsində, kiçik qızı Ay­nurun biologiya üzrə fəlsəfə doktoru elmi dərə­cəsinə la­yiq görül­məsində böyük rolu vardır. Sona müəllimə həm də qay­ğı­keş nənədir, bu gün də o, nəvələrini başına yığa­raq onların təlim-tərbiyəsi ilə yaxından məşğul olur, qayğı­larını çəkir. O, hə­mi­­şə uşaqlarına və nəvələrinə rus dilinin mükəmməl öy­rə­dil­mə­si­nə xüsusi fikir verir. Heç təsadüfi deyildir ki, onla­rın ha­mısı rus dilini sərbəst bilirlər.

2012-ci ilin yanvar ayının 4-də həyat yoldaşının və uşaqla­rı­nın təkidi ilə təvazökar Sona xanımın təntənəli yubileyi keçi­ril­di. Yubiley bir də ona görə əlamətdar idi ki, burada Sona xa­­nımın 85 yaşlı ağbirçək anası Fatma Şeyx Molla Qurban qızı, bacıları, qardaşları, övladları, nəvələri, mehriban iş yoldaşları, ya­xın qohumları, şagird və tələbə yoldaşları, ailə­nin dostları iştirak edirdi. Yubileydə hər kəs ürək sözünü deyir və Sona xa­nı­mı təbrik edirdi. Sona xanımın kiçik bacısı, fizika-riya­ziy­yat elmləri namizədi Lalə xanım isə öz kövrək hisslərini bacı­sı­na aşağıdakı şeirlə ünvanladı:

Qışda göz açsan da  sən bu dünyaya,
Bahar nəfəslisən, sağ ol, ay bacı!
Qeyrətin bəllidir elə-obaya,
Bahar həvəslisən, sağ ol, ay bacı!

Gecə də, gündüz də hey çalışıbsan,
Zəhmətə uşaqkən çox alışıbsan,
Bir od parçasısan, hey alışıbsan,
İnsanlar gözündə dağ ol, ay bacı! 

Mehriban nənəsən, qayğıkeş  ana,
Vəfalı yoldaşsan sən Əmirxana,
Ərköyün övladsan doğma anana,
İstərəm hey üzü ağ ol, ay bacı! 

Evində həmişə çırağın yansın,
Qəm-kədər qoy səndən uzaq dolansın,
Ömrün sevinclərlə nura boyansın,
Bir budaqdan min budaq ol, ay bacı! 

Süfrəyə düzdüyün xörəklər ləziz,
Qapını döyən kəs səninçün əziz,
Sən də sevinirsən sevinəndə biz,
Özünü gəl məndən soraq al, ay bacı! 

Qoy bağında qaranquşlar uçuşsun,
Ağaclarda hər cür meyvə yetişsin,
Nübarından hər bir kəsə pay düşsün,
Barlı-bərəkətli  bağ ol, ay bacı! 

Altmış yaş nədir, sən yüzdən danış,
Yaşamaq eşqiylə daima alış,
Lalə də söyləyir, afərin, alqış!
Gur çağlayan bir bulaq ol, ay bacı! 

Qoy oxunsun “Sona bülbül”,
Sən də nazlan, ürəkdən gül,
Yaşamağın qədrini bil,
Kef-damağı çağ ol, ay bacı! 

Nəvələrin böyüsün,
Sona nənə öyünsün,
Qəlbin fərəhlə döyünsün,
Məhəbbətlə yanan ocaq ol, ay bacı!

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur