Ənvər Allahyar oğlu Qasımov

 “MƏN QORXARDIM ÖLÜMDƏN”…

Qara torpağına sürtdüm üzümü,
Üzüm el yanında ağardı, Vətən.

Abbas Abdulla

…Müharibənin çətin anlarını və məşəq­qət­lərini yaşayan in­­sanlar çox yaxşı bilirlər ki, bu nə deməkdir. Mü­haribə həm dəhşətdir, həm də ölüm! Bu dəhşətli anın içində olan insanlar hə­mişə müharibəni maraqlı filmə bənzədiblər. Çünki odun-alo­vun içində olan döyüşçülər hər an irəliyə getməyə can atıb­lar. Fikir­ləşiblər ki, qarşıda ya qələbə var, ya da ölüm! Mühari­bə­nin ölümü də gözəldi, qələbəsi də!

Ənvər Allahyar oğlu Qasımov 1921-ci ildə Faxralı kəndində anadan olub. Əlbəttə, hər bir insanın ömür yolu və alın yazısı var. Öncədən Ulu Tanrı bu alın yazısını insana yazır və insan da yaşadığı ömürdə həmin anların şahidi olur.

Ənvər Qasımov son dərəcə ziyalı və ağayana bir nəslin nümayəndəsi olub. O, Gənc kommunistlər məktəbini bitirib. Elə ilk günlərdən məktə­bin pioner baş dəstə rəhbəri, sonra isə komsomol təşkilatının katibi vəzifələrində çalışıb. Savadlı və bacarıqlı olması onu müəllim kimi elm oçağına aparıb. Yəni orta məktəbdə müəllim kimi dərs deyib.

Müharibə hər insanın ömrünə bir cür həkk olunur: biri mü­haribədə həlak olur, digəri qəhrəman adını qazanır, başqa birisi isə sağ-salamat odun-alovun içindən Vətəninə dönür. Ənvər Qa­sımov 18 yaşında Sovet ordusu sıralarına çağırılır. Həmin dövrdə o, SSRİ ilə Finlandiya arasında gedən döyüşə gön­də­ri­lir. Döyüşdən öncə hərbi məktəbə qəbul olur və pulemyot atı­cısı kimi yetişir. Sonra vzvod komandiri kimi döyüşə baş­layır. Hər an od-alov, hər an ölüm saçan güllələr olur. Amma bu ölüm saçan güllələrin heç biri ona dəymir. Finlandiya müha­ri­bəsi bitən kimi o, yenidən 1941-ci ildə 1-ci Ukrayna cəbhəsinə göndərilir.

Burada bir haşiyə çıxmaq istəyirəm. Hörmətli şairimiz və müəlli­mimiz mərhum Əli Səngərli öz xatirələrində yazırdı: Mən orta məktəbin aşağı siniflərində oxuyurdum, Ənvər Qası­mov isə mənim böyük qarda­şım Hüseynqulu müəllimlə yuxarı sinifdə oxuyurdular. Onlar həm də yaxın dost idilər. Birlikdə gəzərdilər, dərslərini hazırlayıb qurtardıqdan sonra idmanla məş­ğul olar və öz yoldaşlarına güləşməyin sirrini öyrədərdilər. Ənvər Qasımov özünün cəldli­yi­ və çevikliyi ilə həmişə həmyaşıdlarından seçilirdi. Yay aylarında birlikdə bi­nələrimizi dolaşar, sərin bulaqlarımızdan içə-içə meşələ­ri­mizi, dağlarımızı gəzərdilər.

Onların ən çox əyləndiyi yer Təhməz bulağı idi, bu bula­ğın ətrafında olan Vələs ağacının kölgəsində toplaşardılar.

Əli müəllim danışırdı ki, bir dəfə onların söhbətinin şahidi oldum. Belə ki, müharibənin başlanacağı haqqında danışırdılar. Ənvər inad edirdi ki, mən mütləq müharibəyə gedəcəm. Hü­seyn­­­qulu isə yaşlarının az olmasını bildirirdi və bizi müha­ribəyə aparmazlar deyirdi.

Ənvər fikrindən dönmədi və könüllü olaraq 1939-cu ildə hərbini seçdi və hərbi məktəbə daxil oldu. O, müharibə döv­ründə Hüseynqulu müəllimə yazdığı məktublarında vətən sev­gi­sindən və göstərdiyi şüca­ətin­dən danışırdı.

Sonralar Əli müəllim, Ənvər Qasımova və daha yeddi nəfər olan həmyaşıdlarına özünün “Qoca Vələsin hekayəti” poemasını həsr etdi. Poemada Qoca Vələsdən soruşulur: Sənin ətrafında toplaşıb deyib-gülən gənclər indi haradadırlar?

“Qoca Vələs” gənclərin hamısının haqqında məlumat  verir. Əli Səngərlinin həmin poemada Ənvər Qasımova həsr etdiyi bir parçanı nəzərinizə çatdırıram:

Bayrm şahin kimi qanad çalırdı,
Mürsəl vuruşduqca ilham alırdı.
Adətkar olmuşdu Ənvər savaşa,
Əlini atdığı çıxmazdı boşa.

…Mürsəl, Bayram, Ənvər, Cəbrayıl, Əli,
Hər biri bir ordu, bir hünər əli.
Düşdülər alova, düşdülər oda,
Yandılar quruda, batdılar suda.
Namuslu ölümü şərəf sandılar,
Vətən torpağına arxalandılar.

Alman faşist işğalçılarına qarşı hər döyüşdə qəhrəmanlıq nü­munəsi göstərir. Təbii ki, onun döyüş taktikası, çevikliyi diqqəti cəlb etməyə bilməzdi. Buna görə də Ənvər Qasımovu İjevsk Hərbi Akademiyasına göndərirlər. Akademiyanı bitirib baş leytenant rütbəsi alır və yenidən odun-alovun içinə atılır. Kiyevin azad olunması uğrunda döyüşlərdə öz sözünü deyir.

Düşmənin neçə-neçə zabit və əsgərini məhv edir, möv­qe­lərini darma­­dağın etməklə yeni qələbələrə imza atır. Ancaq bir müddətdən sonra 1942-ci ilin sonlarında Kiyev uğrunda gedən döyüşdə qəhrə­man­casına həlak olur. Onun həlak olması ilə bağlı kəndə məktub da gəlir. Ancaq bu «qara kağız»a heç kim inanmaq istəmir. Çünki Borçalıda hamı yaxşı bilirdi ki, Ənvər Qasımov necə ürəkli oğlandı.

Müharibədə döyüşərkən silahdaşları bir-birinə öz ünvan­la­rını verir­miş. Ənvər də bir silahdaşına öz yaşadığı ünvanı yazıb verir. Həmin adam ötən əsrin 80-ci illərində Azərbaycan radi­osunda çıxış edərkən deyib ki, mən cəbhə yoldaşım Ənvər Allahyar oğlu Qasımovu axtarıram. O, mənimlə birlikdə dö­yüşüb və Berlinin azad olunması uğrunda vuruşda iştirak edib. Bu adam müharibə iştirakçısı, əslən Kürdəmirdən olan və Ba­kı­nın 8-ci km. qəsəbəsində yaşayan Mazan Əliyev idi. O bildirib ki, Ənvər Qasımov, mən, Qambay Məmmədov (60-70-ci illərdə Azərbaycan Respublikasının keçmiş baş prokuroru işləyib) bir yerdə döyüşmüşük. Mən ağır xəstə olanda kapitan Qasımov iydə meyvəsi ilə məni sağaltdı. Hər üçümüz mühari­bə­nin sonuna kimi bir yerdə olduq. Qələbəyə iki gün qalmış Berlin uğrunda gedən döyüşdə Ənvər Qasımov ağır yaralandı və onu hospitala göndərdik. Ondan sonra bizim əlaqəmiz kəsildi.

Bax, beləcə, bilmək olmur ki, Ənvər Qasımov 1942-ci ildə həlak olub, yoxsa 1945-ci ilin mayında. Hər halda, Allah hər şeydən ucadır və insanın köməyində olur. Otaqların küncünə cəkilməyən, düzlər keçib, dağlar aşan şairimiz, Hüseyn Arif  yazır:

Mən qorxardım ölümdən,
Dünyaya məndən sonra
Gələnlər olmasaydı.
Mən qorxardım dənizdən,
Sinəsi sal qayalı
Sahillər olmasaydı.

Hazırda Ənvər Qasımovun adını daşıyan Ənvər Qasımov  Vətəni­mizin dəyərli oğullarından biridir. Deməli həyat davam edir. Qəhrə­manlarsa heç vaxt ölmürlər!

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur