Ehtiram Etibar oğlu Nəsibov 6 Oktyabr 2000-ci ildə Bakı şəhərində anadan olub, əslən Gürcüstan Respublikası, Bolnisi rayonunun Faxralı kəndindən olan babası Qarayev Məmmədəlinin himayəsində böyüyüb.
Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən 94 nömrəli məktəbdə tam orta təhsilini tamamlayıb.
2019-cu ilin aprel ayından həqiqi hərbi xidmətə çağrılıb, vətənə olan borcunu yerinə yetirmək üçün əsgərliyə gedib. Hərbi xidmət müddətinin bitməsinə 1 ay qalmış 2-ci Qarabağ müharibəsi başlayıb hərbi xidmətin son günlərini cəbhə bölgələrində yerinə yetirib.
Hərbi xidmətdəki döyüş yolları Talış, Suqovuşan kəndlərinin azad olunması uğrunda gedən döyüşlər zamanı həmin ərazilərin azad olunmasında iştirak edib.
Vətən torpaqlarının azad olunması uğrundakı xidmətlərinə görə Azərbaycan Respublikası Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Suqovuşan və Vətən Uğrunda medalları ilə təltif olunub.