Səlim Tofiq oğlu Eyvazov

Səlim Tofiq oğlu Ayvazov 12.09.1981-ci il tarixində Borçalının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Faxralının Ayvazovlar nəslinin nümayəndəsidir. 1988-ci il tarixində Faxralı orta məktəbinin ibtidai sinifindən təhsilə başlayan Səlim 1999-cu il tarixində həmin məktəbin tam orta təhsilini tamamlayıb.

Dərslərindən başqa uşaq vaxtından onda başlayan şahmat həvəsi bu gün də davam edir.

Universitet həyatı indiki Azərbaycan Tibb Universitetində (ATU) 2000-ci ildə başlayıb, 2005-ci ildə həmin universitetin stomatologiya fakultəsinin həkim-stomatoloq ixtisası üzrə tam kursu bitirib.

İkinci Qarabağ müharibəsində vətənpərvərlik hissi Səlimin könüllü olaraq cəbhəyə getməsinə səbəb olub, ilkin olaraq Naftalan şəhər mərkəzi xəstəxanasında yaralılara ilkin tibbi yardım göstərməsinə, daha sonra Murov dağ yüksəkliyindən yaralıların təxliyyəsi ilə davam edib.

Səlim Ayvazov göstərdiyi vətənpərvər xidmətlərə görə Naftalan şəhər mərkəzi xəstəxanası tərəfindən Fəxri Fərmanla təltif olunub.

Səlim Ayvazov 531 Dental stomotoloji klinikasında director, həkim-stomatoloq olaraq fərdi əmək fəaliyyətini davam etdirir. Həkim olmaq arzusu Faxralıda uzun müddət həkim, xəstəxananın Baş həkimi işləmiş əmisi, bu gün El arasında rəhmətlə yad edilən Şərif Ayvazovun əmək fəaliyyətini gördüyündə yaranıb.

Ailəlidir, 11 yaşlı qızı və 9 yaşlı oğlu olmaqla iki övladı var.

Qarabağ müharibəsi Səlimin də yaddaşında unudulmayacaq xatirələrlə iz salıb. Xatirələrindən bölüşməyini istədiyimiz zaman nə qədər çətin də olsa aşağıdakı xatirələrini ürək yanğısıyla bölüşdü.

  • Ən dəhşətlisi kaloda yaralı gətirəndə bizdən öndəki maşın vuruldu, dayan əmri verildikdən sonra maşınlardan düşərək ətrafdakı özümüzə görə sığınacaq bildiyimiz yerlərə yatdıq. Təxminən 10 dəqiqə davam edən güclü atəş altında qaldıq, atəş kəsdikdən sonra maşınlara minərək yolumuza davam etdik. Götürdüyümüz yaralılardan biri ağız nahiyəsindən yaralanmışdı, ayağından topuq nahiyəsi qopub düşmüşdü, heç nə danışa bilmirdi, kağız qələm istədi, telefon nömrəsini yazıb verdi: Bu nömrədən zəng gəlsə yaralı olduğumu və şəhid olsam şəhid olduğumu anama deməyin qurban olum. Allaha şükürlər olsun ki, həyata qayıtdı.
  • Konullu təxliyyə qrupuna öz Niva markalı maşını ilə kömək edən, döyüş nöqtəsindən yaralıları, şəhidləri çıxaran Naftalan sakini ağır yaralanmışdı, Nivada minaya düşmüşdü, maşın yararsız hala düşmüşdü, sol ayaq barmaqla tamam dağılmışdı, baldır nahiyəsi ağır travma almışdı, böyük ehtimalla amputasiya vəziyyətndədir, çəkdiyi ağrıları çox da hiss eləməsin deyə ürək-dirək verməyə çalışıram, deyirəm ki: Səbr et, Allah qoysa sənə yığılıb yeni Niva alarıq, normal həyatda surərsən, cavabında: Sən nə danışırsan tez yaralarımı sarı, səhər qaranlıqlı döyüş bölgəsinə qayıtmalıyam, bölgədə çoxlu yaralı əsgərlərimiz qalıb, onları çıxartmalıyam, maşına görə də əziyyət çəkməyin, yaralı olanda gördüm, maşın çox yararsız halda idi, elə yerindəcə telefonla zəng edib yeni Niva aldım, hətta nömrəsini də dedi, özünün ağır yaralandığını düşünmürdü, ürəyi döyüş bölgələrindəki yaralılara kömək eləmək istəyir.
  • Yenə bir könüllü əsgər vardı, təsəvvür edin ki, baldır nahiyəsində bütün yumşaq toxuma dağılıb, hətta bud venası da dağılmışdı, xoşbəxtlikdən bud arteriyasına heç nə olmamışdı, cərraha asistentlik etdim, damarlar tikildi gipisi qoyduq, direnaj etdik palataya yerləşdirdik. Səhər ziyarətinə gedəndə gördüm ki, gipisi tamam acıb, direnajı cıxartmağa çalışır, soruşdum ki: Qardaş neynirsən? Bir anlıq yalvırışlı baxışla baxaraq: Xahiş edirəm doktor mənə kömək edin, fikirləşdim ki, yəqin ağrısına görə, ailəsinə görə nə isə istəyir. Eşidəndə dəhşətə gəldim: Bu şunuru (direnajı) çıxar çox çox xahiş edirəm, mənə şərait yarat bu arxa qapıdan çıxım döyüşə gedim, dostlarım hamısı ordadır, mən burda, mənim vicdanım qəbul etmir.

Bəli, Azərbaycan əsgərinin ürəyi, şücaəti, vətənpərvərliyi budur.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur